islamic mənbələri

    1. home

    2. article

    3. Cənnət

    Cənnət

    Cənnət
    Rate this post

     

    357. Cənnət

    Quran:

    «Rəbbiniz tərəfindən bağışlanmanıza, genişliyi səmalar və yer qədər olan və təqvalılar üçün hazırlanmış Cənnətə tələsin.»[1]

    Hədis:

    1147.İmam Əli (ə):«Bilin! Mən Cənnət kimi elə bir yer görmədim ki, onu axtaran yuxuya dalsın və Cəhənnəm kimisini də görmədim ki, ondan qaçan yuxuya gedib uyusun.»[2]

    1148. İmam Əli (ə):«Cənnət ən üstün məramdır.»[3]

    1149. İmam Əli (ə):«Cənnət əmin-amanlıq və rahatlıq sarayıdır.»[4]

     

    358. Sizin canlarınızın Cənnətdən başqa qiyməti yoxdur.

    Quran

    «Həqiqətən, Allah-taala möminlərin canlarını və mallarını (satın) aldı ki, (əvəzində) onlara Cənnət nəsib olsun.» [5]

    Hədis

    1150. İmam Əli (ə):«Həqiqətən sizin canlarınızın qiyməti (dəyəri) Cənnətdən başqa bir şey deyil: Onu Cənnətdən başqa heç nəyə satmayın.»[6]

     

    359. Cənnətin qiyməti

    1151. İmam Əli (ə):«Cənnətin qiyməti saleh və yaxşı əməldir»[7]

    1152. İmam Əli (ə):«Cənnətin qiyməti qəlbdən dünya məhəbbətini silməkdir.»[8]

    1153. İmam Sadiq (ə):«Cənnətin qiyməti «la ilahə illallah» sözüdür.»[9]

     

    360. Cənnətə daxil olmağın şərtləri.

    Quran:

    «Əgər mömin olan hər bir kişi və ya qadın saleh əməllər yerinə yetirsə, Cənnətə daxil olacaq və onlara xurmanın çərdəyi qədər də zülm edilməyəcək.»[10]

    «Bu həmin Cənnətdir ki, onu təqvalı bəndələrimizə miras verəcəyik.»[11]

    Hədis:

    1154. Allahın Peyğəmbəri (s):«Ümmətim daha çox iki şeyə görə Cənnətə daxil olacaq: ilahi təqva və gözəl əxlaq.» [12]

    1155. Allahın Peyğəmbəri (s):«Üç şey var ki, onlarla Allahın dərgahına gedən kəs istədiyi qapıdan Cənnətə daxil olacaq: gözəl əxlaqı olan, gizlində və aşkarda Allahdan qorxan, haqq onun tərəfində olsa belə mübahisəni tərk edən şəxs.»[13]

    1156. Allahın Peyğəmbəri (s):«Hər biriniz Cənnətə daxil olmaq istəyirmi?» Ərz etdilər: «Bəli, ey Allahın Rəsulu.» Peyğəmbər buyurdu:«Arzularınızı qısaldın, ölüm anını gözlərinizin önünə gətirin və Allahdan Allaha layiq olduğu kimi həya edin.»[14]

    1157. Allahın Peyğəmbəri (s):«Kim dəvənin iki sağımı arasındakı vaxt qədər olsa belə Allah yolunda cihad edərsə, Cənnətə daxil olar.»[15]

    1158. İmam Sadiq (ə):«Üç əməl var ki, hər kəs onlardan birini yerinə yetirsə Allah-taala Cənnəti ona vacib edər:  kasıb vaxtında ehsan etmək, hamı ilə gözəl rəftar etmək, insaflı olmaq.»[16]

     

    361. Cənnət çətinliklərlə bürünübdür.

    Quran:

    «Elə düşünürsünüz ki, Allah-taala sizin aranızdan cihad edən və dözümlü olanları məlum etməmiş Cənnətə daxil olacaqsınız?»[17]

    Hədis

    1159. İmam Əli (ə):«Cənnət çətinliklər və məhrumiyyətlərlə qazanılır.»[18]

    1160. İman Bağır (ə):«Cənnət çətinliklər və səbrlə əhatə olunub. Dünyada çətinliklərə səbr edən Cənnətə daxil olar. Cəhənnəm ləzzətlər və nəfsin istəklərinin əhatəsindədir, ləzzətlərin və nəfsin istəklərinin ardınca gedən Cəhənnəmə gedər.»[19]

    1161. İmam Rza (ə):«Cənnəti istəyən və eyni halda çətinliklərə səbr etməyən hər kəs sözsüz ki, özünü ələ salmışdır.»[20]

     

    362. Cənnət onlara vacib olan kəslər.

    1162. Peyğəmbər (s):«Kim mənə dilini və şəhvətini saxlamağı zəmanət verərsə, mən ona Cənnəti zəmanət verərəm.» [21]

    1163. Allahın Peyğəmbəri (s):«Mənim üçün altı şeyi öhdənizə alın, sizin Cənnətə daxil olmağınızı öhdəmə götürüm. Yalan danışmayın, vədinizə xilaf çıxmayın, sizə əmin olana xəyanət etməyin, gözlərinizi (harama) baxmaqdan çəkindirin, şəhvətinizi cilovlayın, əllərinizi və dillərinizi saxlayın.» [22]

     

    363. Cənnət onlara haram olan kəslər.

    Quran:

    «Həqiqətən, Allaha şərik qoşana Allah-taala Cənnəti haram etmişdir və onun yeri Cəhənnəmdir.»[23]

    Hədis

    1164. Allahın Peyğəmbəri (s):«Üç şəxsə Cənnət haramdır:  (Allaha) minnət qoyana, qeybət edənə, şərab içənə.»[24]

    1165. Allahın Peyğəmbəri (s):«Hiyləgər və xəyanətkar Cənnətə daxil olmaz.»[25]

    1166. Allahın Peyğəmbəri (s):«Xalqa rəhbər olan kimsə xalqa xəyanət edib hiylə işlədərsə Allah-taala Cənnəti ona haram edər»[26].

     

    364. Cənnətin qapıları.

    Quran:

    «Qapıları onların üzünə açıq olan əbədi Cənnətlər.»[27]

    Hədis

    1167. Allahın Peyğəmbəri (s):«Həqiqətən, Cənnətin qapıları qılıncların kölgəsindədir.»[28]

    1168. İmam Əli (ə):«Cənnətin səkkiz qapısı var; bir qapısından peyğəmbərlər və siddiqlər (haqq sözü danışanlar), digərindən şəhidlər və əməli saleh insanlar daxil olacaq. Digər beş qapıdan isə bizim şiələr və bizi sevənlər, qalan bir qapıdan Allahın vahidliyinə şəhadət verən və qəlblərində biz Əhli-Beytə qarşı zərrə qədər düşmənçiliyi olmayan müsəlmanlar Cənnətə keçəcəklər.» [29]

     

    365. Cənnətin dərəcələri.

    Quran

    «Onun yanına imanla gələn və xeyir əməllər görənlər ali dərəcələrə sahibdir.»[30]

    Hədis

    1169. Allahın Peyğəmbəri (s):«Cənnətdə elə bir dərəcə və məqam var ki, ona yalnız ədalətli rəhbər, qohumları ilə çox əlaqə  saxlayan (sileyi-rəhm edən) və səbrli böyük ailə sahibi yetişəcək.»[31]

    1170. İmam Əli (ə) Cənnəti vəsf edərək buyurub : «Cənnətin bir-birindən üstün dərəcələri və bir-birindən fərqlənən mənzilləri var.»[32]

    1171. İmam Əli (ə):«Bizim şiələrin mənzilləri Cənnət əhlinə sizin səmada gördüyünüz ulduzlar kimi görünəcək.»[33]

    1172. İmam Səccad (ə):«Həmişə Qur‘an oxu, çünki, Allah-taala Cənnəti yaratdı və Qur‘anın ayələri qədər ona dərəcələr verdi. Hər kim Qur‘an oxuyarsa, Qur‘an ona deyər:«Oxu və yuxarı qalx.» Bu şəxslər Cənnətə daxil olanda yalnız peyğəmbərlər və siddiqlər onlardan ali mərtəbədə olar.»[34]

    1173. İmam Sadiq (ə):«Cənnət əhlindən (imkan cəhətdən) ən aşağı səviyyədə olan şəxsin vəziyyəti elədir ki, əgər bütün insanlar və cinlər onun qonağı olub, süfrəsindən yeyib-içsələr verdiyi təamdan heç nə azalmaz.»[35]

     

    366. Cənnətə daxil olan birinci şəxs.

    1174. Allahın Peyğəmbəri (s):«Allahın yaratdıqlarından Cənnətə hamıdan əvvəl daxil olanlar yoxsullardır.»[36]

    1175. Allahın Peyğəmbəri (s):«Cənnətə daxil olan birinci şəxs şəhid və öz Rəbbinə yaxşı (ixlasla) ibadət edən kimsədir.»[37]

    1176. Allahın Peyğəmbəri (s):«Cənnətə daxil olan ilk dörd nəfər  mən, sən, Həsən və Hüseyndir.»[38]

    1177. İmam Baqir (ə):«Cənnət əhli arasında Cənnətə birinci daxil olanlar xeyir əməl sahibləridır.»[39]

     

    367. Cənnət əhli.

    1178. Allahın Peyğəmbəri (s):«Sizə Cənnət əhlindən xəbər verimmi? (Cənnət əhli həmən) Məğlubiyyətə uğrayan acizlərdir.»[40]

    1179. Allahın Peyğəmbəri (s):«Cənnət əhlinin bədənlərinin tükü az, üzləri tüksüz və gözlərinə sürmə çəkilmişdir. Cavanlıqları heç vaxt aradan getmir, paltarları heç vaxt köhnəlmir.»[41]

    1180. İmam Əli (ə):«Həqiqətən, hər bir sakit təbiətli, vüqarlı və xoş xasiyyətli mömin Cənnət əhlidir.»[42]

     

    368. Cənnətin geniş olması.

    1181. Allahın Peyğəmbəri (s):«Dəvə öz sahibindən qaçdığı kimi, Allahın itaətindən qaçanlardan başqa, hamınız Cənnətə daxil olacaqsınız.»[43]

    1182. İmam Səccad (ə):«Ey bizim şiələrimiz, Cənnət gec, ya tez mütləq sizə nəsib olacaq, amma onun dərəcələrinə yetişmək üçün bir-birinizlə yarışın.»[44]

     

     

     

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     



    [1] Ali-İmran, ayə 133

    [2] Nəhcül-Bəlağə, xütbə 28

    [3] Ğurərul-Hikəm, hədis 1024

    [4] Ğurərul-Hikəm, hədis 397

    [5] Tövbə, ayə 111

    [6] Biharul-Ənvar, c.78, səh.13, hədis71

    [7] Ğurərul-Hikəm, hədis 4698

    [8] Ğurərul-Hikəm, hədis 4700

    [9] ət-Tovhid, səh.21, hədis13

    [10] Nisa, ayə 124

    [11] Məryəm, ayə 63.

    [12] əl-Kafi, c.2, səh.100, hədis 6.

    [13] əl-Kafi, c.2, səh.300, hədis 2.

    [14] Tənbihul-Xəvatir, c.1, səh.273.

    [15] Mostədrəkul-Vəsail, c.2, səh.122, hədis 1604

    [16] əl-Kafi, c.2, səh.103, hədis 2

    [17] Ali-İmran, ayə 142

    [18] Ğurərul-Hikəm, hədis 4204

    [19] əl-Kafi, c.2, səh.89, hədis 7

    [20] Biharul-Ənvar, c.78, səh.356, hədis 11

    [21] Məani-Əxbar, səh.411, hədis 99

    [22] Əmali-Səduq, səh.82, hədis 2

    [23] Maidə, ayə 72

    [24] əz-Zohdəl Hüseyin ibn Səid, səh.9, hədis17

    [25] Kənzul-Ummal, hədis43777.

    [26] Tənbihul-Xəvatir, c.2, səh.227

    [27] Sad, ayə 72.

    [28] Əddurul-Mənsur, c.1, səh.597

    [29] əl-Xisal, səh.408, hədis 6.

    [30] Taha, ayə 75

    [31] əl-Xisal, səh.93, hədis 39

    [32] Nəhcül-Bəlağə, xütbə 85

    [33] Ğurərul-Hikəm, hədis 3514

    [34] Biharul-Ənvar, c.8, səh.133, hədis39

    [35] Biharul-Ənvar, c.8, səh.120, hədis 11

    [36] Kənzul-Ummal, hədis 16636

    [37] Tənbihul-Xəvatir, c.1, səh.57

    [38] əl-Mocəmul kəbir, c.1, səh.319, hədis 950

    [39] Əmali-Səduq, səh.210, hədis 5

    [40] Kənzul-Ummal, hədis 39338

    [41] Kənzul-Ummal, hədis 39310

    [42] Ğurərul-Hikəm, hədis 3400

    [43] Kənzul-Ummal, hədis10221

    [44] Biharul-Ənvar, c.74, səh.308, hədis 61