Yoxsulluğun müxtəlif növləri vardır:
1. Bəzən tənbəlliyə görədir,
2. Bəzən nadanlıq üzündəndir,
3. Bəzən özün aşağı bilib və təhqir olunmuş sayır,
4. Bəzən də təbii haldır,
5. Bəzən də şəxs öz ixtiyarıyla seçibdir.
Əgər yoxsulluğun kökü tənbəllikdə, nadanlıqda, özünü təhqir olunmuş saymaqda, istemar və istismar olsa, İslam bunu şiddətli tənqid edibdir. Ancaq o yerdə ki, yoxsulluq insanın öz ixtiyarı ilə seçilmişdir. Yəni insan sadə həyatı, zahidliyi seçir ki, sərvət, mal-dövlət toplamağa, onları qoruyub saxlamağa, başqalarının həsəd çəkməsinə, paxıllığına və tamahına giriftar olmasın. İslamın nəzərində bu yoxsulluq dəyərlidir.
Zəkata aid olan mövzu təbii yoxsulluqdur. Məsələn; iki nəfər balıqçı dəniz kənarında balıq tutmaqla məşğuldurlar. Onlardan birinin toruna çoxlu balıqlar düşür, digərinin toruna isə balıq düşmür. Burada biri sərvətli, digəri isə yoxsul olur. Bu yoxsulluq tənbəllik, nadanlıq, özünü təhqir olunmuş hiss etməklə, istemar və istismar olunmaqla deyil. Burada yoxsulluq təbii və sərvətli adamla yoxsul üçün ilahi bir imtahandır. İslam dini bu növ yoxsulluğun həll olunması üçün xüms və zəkat ödəmək, infaq etmək, sədəqə vermək . . . kimi əmrlər vermişdir.
Beləliklə heç kəs deyə bilməz ki, dini nizam cəmiyyəti iki, fəqir və yoxsul qütbünə bölünür və sonra isə infaq etməyə, xüms və zəkat verəyə sifariş edir. Əksinə, bu hikmət əsasında olan və təbii bir nizamdır. Burada cəmiyyət fərqli istedadlar, bacarıqlar və bəzən də ilahinin hikmətli təqdirləri əsasında iki dəstəyə bölünür. Lakin bu fərqlər vacib və müstəhəb əmrlər vasitəsi ilə öz qaydasına düşür.

NUR-AZ.COM


more post like this