İmam Baqir əleyhissalam buyurur: “Yer üzündə Peyğəmbər və ya imam olan zaman Allah təala yer əhlindən əzabı dəf edər.”
Peyğəmbər (s.ə.v.v) buyurur: “Ulduzlar asiman əhlinin əmin-amanlıq vasitəsi olduğu kimi, mənim Əhli-beytim də yer əhlinin əmin-amanlığı vasitəsidir.”
Peyğəmbərlərin göndərilməsində əsas məqsəd cəmiyyəti səadətə aparan yolu insanlara göstərməkdir. Çünki Peyğəmbər və imamlar bütün günahlardan pakdırlar və məhz onların xatirinə Allah-təala Öz nemətini insanlara nazil edir.


more post like this