“Cəməl” müharibəsi harada baş vermişdi və onun müxalifətçi rəhbərlərindən biri kim idi? Cavab: Bu müharibə Əli (əleyhissalam)-ın xilafəti zamanında “əsrə şəhərində baş vermişdir. Camaatı Əli (əleyhissalam)-ın əleyhinə qaldıran və Əli (əleyhissalam)-ın ziddinə olan müxalifətçilərdən biri də Aişə idi. Ayişə Osmanın intiqamını almağı bəhanə edərək Həzrət Əli (əleyhissalam) ilə müxalifətə qalxıb başda özü olmaqla camaatı onunla qiyam etməyə çağırdı. Ümmül-möminin Ayişə Quranın Peyğəmbərin arvadları barəsində çoxlu aşkar hökmlər bəyan etməsinə baxmayaraq Əli (əleyhissalam) və Osmanla müxalifət etdi. Bəlkə də əvvəlki xəlifələrdən artıq onlarla müxalifət etdi. Bu əməllər də onun lazımınca tanınması üçün gözəl bir nümunədir. Allah “Əhzab” surəsində Peyğəmbərin zövcələrinə əmr edib buyurur: “(Ey Peyğəmbərin zövcələri,) öz evlərinizdə qalın və cahiliyyət dövrünün qadınları kimi olmayın. Namaz qılın, zəkat verin, Allaha və Peyğəmbərə itaət edin.” [4554] Lakin Ümmül-möminin Ayişə camaatın Əmirəl-möminin Əli (əleyhissalam) ilə beyət işi qurtardıqdan, şəhər ağsaqqalları bu iş barəsində fikir birliyinə çatdıqdan sonra, o Həzrətin əleyhinə qiyama başladı. Halbuki hamıdan əvvəl İslamda gözəl keçmişə malik olan Təlhə və Zübeyr Həzrətlə beyət etmişdilər. Ayişə bu qiyamı o evdən başlamışdı ki, Allah Quranda Ayişənin həmin evdə (Peyğəmbərin evində) oturmasını əmr etmişdi. O, dəvəyə minmişdi, alçaq fitrətli və quldurlardan ibarət olan üç min nəfər onu müşayiət edirdi. Təlhə və Zübeyr son dərəcə təəssüflə Əmirəl-möminin Əli (əleyhissalam) ilə bağladıqları əhd-peymanı pozaraq Ayişə ilə birlikdə qiyama başladılar. [4554] “Əhzab” surəsi, ayə:33 NUR-AZ.COM


more post like this