islamic mənbələri

    1. home

    2. article

    3. Cəhənnəm

    Cəhənnəm

    Cəhənnəm
    Rate this post

     

    Quran:

    «Həqiqətən Cəhənnəm puşquda dayanıb və (itaətdən) boyun qaçıranların yeridir.»[1]

    Hədis

    1270. İmam Əli (ə):«Cəhənnəm odunun kükrəyən alovundan, yandırıb-yaxan hərarətindən və daim təzələnən əzabından qorxun.»[2]

    1271. İmam Əli (ə) (Cəhənnəmi təsvir edərkən): «Elə bir alovdur ki, qaynayıb coşan şölələri bərk sancar, yandıran dilləri qəzəbli, sönməyi gec və uzaqdır, alovlu hərarəti hər şeyi bürüyür və qorxusu dəhşətəsalandır.»[3]

     

    393. Cəhənnəm alovunun odunu.

    Quran

    «Bu işi görə bilməsəniz – heç vaxt da görə bilməzsiniz- qorxun, kafirlər üçün hazırlanmış, odunu insanlar və daşlar olan Cəhənnəm atəşindən.»[4]

    «Ancaq, haqqdan uzaq olanlar Cəhənnəmin odunu olacaqlar» [5]

     

    394. Cəhənnəm zəncirləri qandalları.

    Quran:

    «Onu tutun və zəncirləyin, sonra Cəhənnəm atəşinə aparın. Onu yetmiş zirə uzunluğu olan zəncirə çəkin.»[6]

    Hədis

    1272. İmam Sadiq (ə) (Cəbrayılın (ə) Allahın Peyğəmbərinə (s) söylədiklərindən): «Əgər yetmiş zirə uzunluğunda olan bu zəncirin bir həlqəsi yer üzünə qoyulsa, dünya onun istiliyindən əriyər.» [7]

     

    395. Cəhənnəm əhlinin libasları

    1273. İmam Sadiq (ə): («Cəbrayılın (ə) Allahın Peyğəmbərinə(s) söylədiklərindən): «Əgər Cəhənnəm əhlinin libaslarından birini göylə yer arasında assalar, dünya əhalisinin hamısı onun iyindən ölər.»[8]

    396. Cəhənnəm əhlinin yeməyi

    Quran:

    «Cəhənnəm əhlinin zəridən (quru tikan) başqa yeməyi yoxdur. Bu yemək nə kökəldir, nə də aclığı aradan aparır.» [9]

    «Həmin gün onun orada heç bir dostu olmayacaq. Onun yeməyi Cəhənnəm əhlinin çirkindən başqa bir şey deyil.»[10]

    Hədis

    1274. Allahın Peyğəmbəri (s):«Əgər Cəhənnəm əhlinin çirkindən bir  vedrə dünyanın şərqinə töksələr, onun təsirindən dünyanın qərbində olanların beyinləri qaynamağa başlayar.»[11]

    1275. İmam Sadiq (ə): (Cəbrayılın (ə) Allahın Peyğəmbərinə (s) söylədiklərindən): «Əgər zərin (quru tikan) bir damcısı dünya əhalisinin içməli suyuna düşsə bütün insanlar onun iyindən ölər.»[12]

     

    397. Cəhənnəm əhlinin içdikləri şeylər.

    Quran:

    «Və orada zəqqum (qaynar su) içəcəksiniz. Təşnə dəvələr içən kimi.» [13]

    Hədis:

    1276. İmam Əli (ə):«Zəqqum və quru tikan Cəhənnəm əhlinin qarnında qaynayan su kimi qaynamağa başlayanda onlar su istəyərlər. Bu zaman onlara ğəssaq (Cəhənnəm əhlinin bədənindən axan çirk və qan) və sədid (çirk və irin) verərlər. Onlar əziyyətlə onu qurtum-qurtum içərlər və hər tərəfdən ölüm onları haqlayar, amma ölməzlər.»[14]

     

    398. Cəhənnəmə birinci daxil olan şəxs

    1277. Peyğəmbər (s):«Cəhənnəmə birinci daxil olan ədalətlə hökm çıxarmayan qüdrətli hökmdar, sərvətinin haqqını (xümsu, zəkatı) ödəməyən var-dövlət sahibi, təkəbbürlü yoxsul olar.»[15]

     

    399. Ən az əzab çəkən Cəhənnəm əhli.

    1278. Allahın Peyğəmbəri (s):«Əzabı ən az olan Cəhənnəm əhlinin ayaqlarında alovdan ayaqqabı olar və onun hərarətindən beyinləri qaynayar.»[16]

     

    400. Ən şiddətli əzab çəkən Cəhənnəm əhli.

    1279. Allahın Peyğəmbəri (s):«Qiyamət günü ən şiddətli əzabı dadacaq

     

    kəs, elmindən fayda görməyən alimdir.»[17]

    1280. Allahın Peyğəmbəri (s):«Qiyamət günü ən şiddətli əzabı dadan şəxs peyğəmbər qatili, ya peyğəmbərin əli ilə öldürülən, xalqı (haqq) yolundan azdıran rəhbər və heykəltəraş olacaq.»[18]

    1281. İmam Əli (ə):«Ən şiddətli cəza, yaxşılığın müqabilində pislik edən şəxsə çatacaq.»[19]

    1282. İmam Əli (ə):«Qiyamət günü ən şiddətli əzabı Allahın qəzavü- qədərinə qəzəblənən və narazılıq edən şəxs görəcək.»[20]

     

    401. Təkəbbürlülərin dərəsi.

    1283. İmam Sadiq (ə):«Cəhənnəmdə təkəbbürlülər üçün bir dərə var, onun adına «səqər» deyərlər. Həmin dərə istiliyin şiddətindən Allaha şikayət edir və bir qədər nəfəs almaq üçün izn istəyir. Dərə nəfəs alan kimi, Cəhənnəmi alov bürüyür.»[21]

     

    402. Cəhənnəmdə əbədi qalanlar.

    1284. İmam Kazim (ə):«Allah-taala kafirlər, münkirlər (Allahın varlığını inkar edənlər), yolunu azanlar və müşriklərdən başqa heç kəsi əbədi odda saxlamayacaq. Böyük günahlardan çəkinən möminlər, kiçik günahlarına görə sorğu-sual olunmayacaqlar.»[22]

     

    403. Cəhənnəmdən çıxarılan kəslər.

    1285. Allahın Peyğəmbəri (s):«Qəlbində zərrə qədər imanı olan kəs Cəhənnəm odundan çıxarılacaq.»[23]

    1286. İmam Baqir (ə):«İnsanların bir qismi Cəhənnəm odunda yanar və əriyəndən (saflaşandan) sonra şəfaət onların dadına yetişər.» [24]

     

    404. Cəhənnəmdə əbədi qalmağın səbəbi.

    1287. İmam Sadiq (ə):«Cəhənnəm əhlinin Cəhənnəmdə əbədi qalmasının səbəbi budur ki, dünyada əbədi qalacaqları halda daim Allaha itaətsizlik edəcəklərini niyyət etmişdilər. Cənnət əhlinin Cənnətdə əbədi qalmasının səbəbi isə dünyada əbədi qalsalar həmişə Allahın itaətində olacaqlarını niyyət etmələridir. Beləliklə, hər iki tayfanın əbədiliyi onların niyyətinə görədir.» Həmin vaxt Həzrət (ə) bu ayəni oxudu:«De ki, hər kəs öz şakiləsinə uyğun əməl edir» Buyurdu:«Yəni, öz niyyətinə uyğun.»[25]

     

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild



    [1] Nəbə, ayə 21, 22

    [2] Ğurərul-Hikəm, hədis 2620

    [3] Ğurərul-Hikəm, hədis 9995

    [4] Bəqərə, ayə 4

    [5] Cin, ayə 15

    [6] Haqqə, ayə 30-32

    [7] Biharul-Ənvar, c.8, səh.280, hədis1

    [8] Biharul-Ənvar, c.8, səh.13, hədis2

    [9] Ğaşiyə, ayə 6, 7

    [10] Haqqə, ayə 35, 36

    [11] Əmali Tusi, səh.533, hədis 1162

    [12] Biharul-Ənvar, c.8, səh.280, hədis 1

    [13] Vaqiə, ayə 54, 55

    [14] Biharul-Ənvar, c.8, səh.302, hədis 58

    [15] Uyunul Əxbarul Reza (ə), c.2, səh.28, hədis 20

    [16] Kənzul-Ummal, hədis 39507

    [17] Kənzul-Ummal, hədis 28977

    [18] Əddurul-Mənsur, c.1, səh.178

    [19] Ğurərul-Hikəm, hədis 3217

    [20] Ğurərul-Hikəm, hədis 3225

    [21] əl-Kafi, c.2, səh.310, hədis 10

    [22] ət-Tovhid, səh.407, hədis 5

    [23] Kənzul-Ummal, hədis 284

    [24] əl-Zohd lil Hüseyin ibn Səid, səh.96, hədis 260

    [25] əl-Kafi, c.2, səh.85, hədis 5