Cavab: Buxari öz “Səhih” kitabında Əhli-beyt hədislərinə istinad etmir, onları dəlil və şahid kimi gətirmir; çünki o, özü ilə müasir olan İmam Sadiq, İmam Kazim, İmam Cavad, İmam Hadi və İmam Həsən Əskəridən heç bir hədis nəql etməmişdir!
Bundan əlavə o, sair Əhli-beyt rəvayətçilərindən: Həsən ibni Həsən, Zeyd ibni Əli ibni Hüseyn, Yəhya ibni Zeyd, Məhəmməd ibni Əbdüllah ibni Həsən Nəfsi-Zəkiyyə və onun qardaşı İbrahim ibni Əbdüllah, Hüseyn ibni Əli, Şəhid Fəxx, Yəhya ibni Əbdüllah ibni Həsən və onun qardaşı İdris ibni Əbdüllah, Məhəmməd ibni Cəfər Sadiq, Məhəmməd ibni İbrahim Təbatəba və onun qardaşı Qasim Rəssi, Məhəmməd ibni Məhəmməd ibni Zeyd ibni Əli, Məhəmməd ibni Qasim ibni Əli ibni Ömər, Əşrəf ibni Zeynul Abidin (əleyhissalam) (o, Taliqanın hökmranı və Buxarinin müasiri idi, Buxarinin vəfatından altı il əvvəl (250-ci ildə) İraqda şəhid edilmişdi), Əhli-beyt xanədanının sair böyük şəxsiyyətlərindən: Əbdüllah ibni Həsən, Əli ibni Cəfər Ərizi, həmçinin Rəsuli Əkrəmin ümmət arasında olan sair varislərindən, hətta Peyğəmbərin reyhan gülü, o Həzrətin böyük nəvəsi və behişt cavanlarının sərvəri olan İmam Həsən (əleyhissalam)-dan da heç bir hədis nəql etməmişdir. Halbuki Əhli-beytin qəddar düşməni, xəvaricin təbliğatçısı olan İmran ibni Həttandan hədis rəvayət edərək ona istinad etmişdir. Belə ki, o Əli (əleyhissalam)-ın qatili və böyük cinayətkar olan ibni Mülcəmi tərifləyərək deyir:
Onun Əliyə vurduğu zərbə) necə qəribə bir zərbə idi!
Ki, pərhizkar və təqvalı şəxs tərəfindən vurulmuşdu.
Allahın razılığından başqa heç bir məqsədi yox idi!
Mən hər gün onu (ibni Mülcəmi) yad edəndə görürəm ki,
Onun yaxşı əməli bütün insanların əməllərindən çoxdur.[4530] [4530] “Ənnəssu vəl-ictihad” kitabından
NUR-AZ.COM


more post like this