Bilmirsiniz?! Doğurdan bilmirsiniz nə ləzzəti var?! Çadramın qara rəngi gözü rəngarəng və xoş rəngli qadınların dalınca olan kişiləri qəlbindən vuranda hansı ləzzəti aldığımı bilmirsiniz?!

Bilmirsiniz necə ləzzətlidir ki, mağazaya girib soruşuram: -“Cənab! Bunların qiyməti neçəyədir?” Satıcı cavabımı vermir. Yenidən soruşuram: -“Cənab! Bunlar neçəyədir?” Başqa bir qadının rənglənmiş, bəzənmiş saçlarına heyran olan satıcının halı təşvişlidir. O, qətiyyən mənə cavab vermir. Yenə də sualım cavabsız qalır. Mən isə, sevinclə mağazadan çıxıram.

Bilmirsiniz?! Doğurdan bilmirsiniz nə ləzzəti var?! Elə ki, kişilər küçələrə çıxırlar ki, ləzzət alsınlar, sənə zərrə qədər məhəl qoymurlar.

Bilmirsiniz?! Doğurdan bilmirsiniz nə ləzzəti var?! Küçələrdən şad və sevinclə keçirsiniz. Daha həyəcan keçirmirsiniz ki, bəlkə də gözəlliyinizin bir hissəsi silinib. Məcbur deyilsiniz ki, özünüzü həyəcanla ən yaxın təhlükəsiz yerə çatdırıb, olduqca tez müddətdə öz gözəlliyinizi kontrol edəsiniz. İtirilmiş gözəlliyinizi öz üzünüzə qaytarasınız və özünüzü bərpa edəsiniz.

Bilmirsiniz?! Doğurdan bilmirsiniz nə ləzzəti var?! Küçədə, məktəbdə, universitetdə və … gedərkən – daha yüz qafilə qara qəlbli sizinlə deyil.

Bilmirsiniz?! Doğurdan bilmirsiniz nə ləzzəti var?! Daha siz öz şəhərinizin murdar baxışlı və çirkin fikirli kişilərinin qarşısında cövlangahda deyilsiniz.

Bilmirsiniz?! Doğurdan bilmirsiniz nə ləzzəti var?! Artıq siz şəhərin kişilərini tələyə salmaq üçün şeytanın balıq tutmaq üçün qırmağa keçirdiyi qurdlar deyilsiniz?!

Bilmirsiniz?! Doğurdan bilmirsiniz nə ləzzəti var?! Artıq görürsən ki, sən daha Allahına itaət edə bilərsən, nəfsi istəklərinə deyil.

Bilmirsiniz?! Doğurdan bilmirsiniz nə ləzzəti var?! Küçə ilə yol gedən zaman; hərəkətdə olan bir gəlincik deyilsiniz; yoldan keçən bir insansınız!

Bilmirsiniz?! Doğurdan bilmirsiniz nə ləzzəti var bu hicabın?!

İlahi! Ləzzətimi daimi et!

 

Müəllif: Zəhra Qədyani

Mənbə: Porseman

Çevirən: M. Əhmədov

islammektebi.org


more post like this