Cavab: “Yəhul” sözü “hövl” kökündən olub, iki şey arasında vasitə olmağa deyilir. Əgər söz fasilə salmaqdan gedirsə onda iki şey təsəvvür olunmalıdır ki, üçüncü şeylə onların arasında fasilə salınsın. İkincisi, qaydaya əsasən o iki şey bir-birinə o qədər yaxın olmalıdır ki, deyilsin ki, üçüncü şey onların arasında bu yaxınlığı aradan apardı və fasilə saldı. Qəlb: Quranda qəlbdən məqsəd insanın zahirdə zehnimizə gələn əsas bədən üzvü deyil, bəlkə də məqsəd insanın gövhər və şəxiyyətini təşkil edən mücərrəd mənəvi cəhətidir ki, insanın insaniyyəti ona bağlıdır. İnsanın bir çox ruhi və psixoloji halətlərini də qəlbə nisbət verirlər. Məsələn. hüzuri və ya çalışmaqla ələ gələn dərk qüvvəsi, məhəbbət, qəzəb və sair…hətta, insanın Quranı inkar etməsi, qəlbinin sağlam olmamasına dəlalət edir. Qəlbi ki, əmirəl-möminin Əli (əleyhissalam) buyrur: “Bu qəlblər qabdırlar ki, onların ən yaxşısı haqq maarifini və yaxşı niyyətləri özündə saxlayandır.” Ona görə də qəlbin arasına girmək və fasilə salmaq tam şəkildə mənəvi və mücərrəd mənadadır. Əslində, Allah-taala bununla insanın bütün fikr və əməllərində Özünün hakiyyətinin olmasını bəyan edir. “Biz, insana onun şah damarından da yaxınıq.” Birinci ayədə hazır olmaqdan, bu ayədə isə İlahi hakimiyyətdən söz gedir. Şübhəsiz ki, hakimiyyətin əsas şərti hazır olmaqdır. Əlbəttə, bu mövzuda başqa təfsirlər də söyləmək olar. Məsələn, Allah-taala insanla onun arasında ölüm hökmü ilə fasilə salır. Çünki, ölüm Allahın əlində olub, Onun hakimiyyətinin əlamətidir. Deməli, ölümlə insanla özü arasında fasilə düşür. Ayənin ardında gələn cümlə də ola bilər həmin ölümə dəlalət etsin: ”siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!” Yaxud, insanın qəlbinin mənəvi cəhətdən ölməsi ilə bir növ ölü hesab olması və bununla də qəlbi ilə özü arasında fasilə yaranır. Məsələn, insanın yolunu azması bir növ ölümdür. Necə ki, Peyğəmbərin (səllallahu ələyhi və alihi və səlləm) dəvətini qəbul edib, hidayət olmağın özü bir növ həyatdır. Yəni, insan Allah-taalanın dəvətini qəbul etməyib haqqa cavab vermədikdə, bir növ zəlalətə düşür və sonda mənəvi ölümüylə nəticələnir. “Allah onların ürəyinə və qulağına möhür vurmuşdur.” Ən mühüm məsələ budur ki, özünü unutmağın və özündən məyus olmağın ən mühüm səbəbi Allahı unutmaqdır. O Allah ki, insana onun ən yaxınından da yaxındır. Bu unutqanlıq harda olur? Cavabında demək olar ki, insanın özünü unutması, bir növ onun əqli ilə özü arasında fasilə salır. Bununla da insan gözlənilmədən mənəvi ölümlə üzləşir. Allah-taalanın insanla özü arasında fasilə salmasının təsirləri haqqında xülasə belə işarə etmək olar: Bu yaxınlıq, Allah-taalanın hər yerə və bütün varlıqlara tam əhatəsi və hər yerdə hazır olduğunu bildirir. Qüdrət və tofiq Ondandır. Ruhun və əqlin də faliyyəti Onun əlindədir. Bəs, insan bir an da olsa bu mütləq qüdrətdən qəflətdə olmamalıdır. Daha geniş cavab Ayənin əsas terminləri “yəhulu” və “qəlb” sözləridir. a) “yəhulu” – yəni fasilə salır və mane olur deməkdir. Bu söz ərəbcədən “hovl” kökündən olub dəyişən, dəyişiklik və iki şey arasında fasilə salmaq mənasındadır. [3948] İkinci mənaya əsasən, əgər ay günəşlə yerin arasında qərar tutursa onda deyilir ki, onun ikisinin arasında hail oldu, yaxud, fasilə saldı. Əgər söz fasilə salmaqdan gedirsə onda iki şey təsəvvür olunmalıdır ki, üçüncü şey onların arasında fasilə salsın. İkincisi, qaydaya əsasən o iki şey bir-birinə o qədər yaxın olmalıdır ki, deyilsin, üçüncü şey onların arasında bu yaxınlığı aradan apardı və fasilə saldı. Qəlb, insanın şərəf və fəzilətinin mayası olduğuna görə onun digər əzəmətli məxluqatlara üstünlüyü vardır. b) “Qəlb” sözünün lüğətdə mənası inqilab və dəyişiklikdir. İnsanın sol tərəfində olan üzvə qəlb deyilməsinin səbəbi də budur ki, insanın orqanizmini tənzimləmək üçün həmişə dəyişən olub, hərəkətdədir. [3949] Quranda qəlbdən məqsəd insanın gövhər və şəxsiyyətini təşkil edən mücərrəd mənəvi cəhətidir ki, insanın insaniyyəti ona bağlıdır. İnsanın bir çox ruhi və psixoloji xüsusiyyətlərini də qəlbə nisbət verirlər. Məsələn. hüzuri və ya çalışmaqla ələ gələn dərk qüvvəsi, məhəbbət, qəzəb və sair…hətta, insanın Quranı inkar etməsi, qəlbinin sağlam olmamasına dəlalət edir. [3950] Qəlbin insanın bədənində ən üstün üzv olmasını nəzərə alaraq onu insan bədənin əsli və ya varlığının əsası kimi təsəvvür edirlər. Deməli, Quran mədəniyyətində düşüncəsiz və anlamı olmayanları qəlbsiz insan kimi vəsf etmək olar. Əllamə Təbatəbi də qəlbi insanın canı kimi tərif edir və bütün batini qüvvələri ilə insanın həyatbəxş işlərinin idarəsini ona nisbət verir. [3951] Qəlb, həmin hökm edən, sevən və düşmən biləndir. Başqa sözlə desək, nəyə görə Allah-taala insanın o qədər bədən üzvlərinin arasından yalnız qəlbdən ad aparır və insanla qəlbi arasında fasilədən söhbət açır? Halbuki, O, insanın yaradanıdır və onun hər bir əzasına hər bir üzvünə elmi var və istədiyi kimi o üzvlərdə istifadə edə bilər. İnsanla qulağı, qəlbi, yaxud hər hansı üzvü arasında fasilə sala bilərdi. Cavab: Quran sırf elmi kitab yox, bəlkə də insanların hidayəti üçün gəlib. Digər tərəfdən ilahi maarifə yetişməkdən ötrü təkcə əql və fikrin gücü kifayət deyil, bəlkə də qəlb rolu da var. Beləliklə, Quranın əksər ayələrində birbaşa qəlbə müraciət olunur və Quran bütün bəşərin hidayətindən ötrü səmavi kitab olduğuna görə hər bir əsrdə və nəsillərdə qəlb və fitrət yoluna fikr və bilik yolundan dəfələrlə üstünlük verib. Bəzən insanın güclü təfəkkürü var və onun sayəsində qəlbi də hərəkətə gəlir, bəzən isə əksinə, insanın qəlbinin hərəkətinin nəticəsində təfəkkür vücuda gəlir. Quran hər iki yolu bizim üzümüzə açıq qoymuşdur, amma insanın əsas tərbiyəsi onun qəlbinin diri olmasına bağlıdır. İnsanın qəlbi dəyişdikdə və Allaha tərəf döndükdə dəyər tapır. [3952] Bu haqda mövla əmirəl-möminin Əli (əleyhissalam) buyurur: “Bu qəlblər qabdırlar ki, onların ən yaxşısı haqq maarifini və yaxşı niyyətləri özündə saxlayandır.” Təhqiqatçılardan bəziləri bu haqda yazır: Qəlb, insanın şərəf və fəzilətinin mayası olumasına görə onun digər əzəmətli məxluqatlara üstünlüyü vardır. İnsan qəlbin vasitəsi ilə Allahı tanyır və Onun sifətləri ilə tanış olur və bununla da ilahi nemətləri almağa hazır olur. Deməli, əslində Allaha iman gətirən, Allahın əmrini yerinə yetirən və Ona tərəf gedən və çalışan qəlbdir. Allah-taalanın sorğu-sualı, müxatəbi, savab və əzabı da qəlblədir. Bəs, əgər insan qəlbi tanısa, özünü tanımış olur və özünü tanısa, Allahı da tanıyar. Əgər qəlbə cahil olsa, özünə də cahil olar. Özünə cahil olma yəni, Allaha cahil olmaq. Şübhəsiz ki, özünü tanımayan insan qeyrisini də tanımağa qadir deyil və insanların əksəriyyəti qəlblərindən qəflətdədir, bununla da özləri ilə qəlbləri arasında fasilə salırlar. [3953] Nəticədə ayədə buyurulur: “Bilin ki, Allah insanla onun qəlbi arasına girər.” İnsanın qəlbi ilə özü arasında bağlılıq və yaxınlıq olmalıdır ki, Allah-taala onların arasında fasilə salsın. Beləliklə, ayədə qəlbdən məqsəd sözün lüğətdəki zahiri mənası deyil. Ona görə də qəlbin arasına girmək və fasilə salmaq tam şəkildə mənəvi və mücərrəd mənadadır. Necə ki, əgər digər ayədə buyrursa: “Biz ona şah damarından da yaxınıq!” [3954] – bu yaxınlıq maddi və zahiri yox, bəlkə də mənəvi və tamamilə metafizikdir. Damarın insana ən yaxın olması buna dəlalət edir ki, Allah-taala mənəvi cəhətdən ona şah damarından da yaxındır. Bundan əlavə, insanın qəlbi dərk, şüur və mərifət çeşməsi olub, insanın əqli həyatının əsasıdır. Onsuz həyatın yalnız maddi və zahiri görnüşü qalar. Ayədə əslində buyurur: “Biz insanın dərk və şüuru ilə onun özünün arasına giririk.” Əgər qəlbin insanda (damar kimi) ona ən yaxın şeylərdən biri olduğunu nəzərə alsaq, Allah-taala insana ən yaxın olan bir şeylə onun arasında fasilə salır. Deməli, Qaf surəsinin 16-cı ayəsində Allah-taala Özünün hər yerdə hüzuru olduğunu, bəhs etdiyimiz ayədə isə bütün varlıqlara tam hakimiyyətini bəyan edir. Qəflət hicabının təsirindən bunu hiss edə bilməsək də, insana şah damarından da yaxın olmaq Allah-taalanın tam hüzuruna dəlalət edir. [3955] İnsanın özü ilə qəlbi arasında olmaq, Allah-taalanın insanın qəlbinə və özünə tam hakimiyyəti mənasındadır. Bu hazır olmaqlıq hakimiyyətin əsas şərtindəndir. Deməli, hamımız Allah-taalanın tam hakimiyyət və iradəsi altındayıq. Qəlblə insan arasında fasilənin digər mənaları da ola bilər: a) Allah-taala insanla onun arasında ölüm hökmü ilə fasilə salır. Çünki, ölüm Allahın əlində olub, Onun hakimiyyət əlamətidir. Deməli, ölümlə insanın özü arasında fasilə düşür. Ayənin ardında gələn cümlə də ola bilər, həmin ölümə dəlalət etsin: ”siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!” Çünki, birincisi, ölüm insanla özü arasında fasilə salır. İkinci, insan ölümlə məşhər və Axirət aləminin ilk mərhələsinə daxil olur. b) Ölüm, təkcə ruhun bədəndən çıxması ilə deyil, ölümün əsərlərini özündə cəm edən bütün lazımı halətlərin baş verməsi ilə də olur. Bu hallar tam baş verdikdə isə insanla qəlbi arasında fasilə düşür. Məsələn, insanın yolunu azması bir növ ölümdür. Necə ki, Peyğəmbərin (səllallahu ələyhi və alihi və səlləm) dəvətini qəbul edib, hidayət olmağın özü bir növ həyatdır. Bu ayənin ilk qisməti də ona işarədir: “Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin.” [3956] Allah-taalının dəvətini qəbul etməyib haqqa cavab verməyən insan bir növ zəlalətə düşür və sonda onun mənəvi ölümüylə nəticələnir. Allah-taala da belə bir insanın qəlbinə möhr vurur: “Allah onların ürəyinə və qulağına möhür vurmuşdur.” [3957] Bununla da insanla onun qəlbi arasında fasilə icad olur. Bəli, hidayət yolundan qaçıb qəflət və zəlalət içində çabalayan insan ölümə düçar olmuşdur. Necə ki, hidayət olunmuşlar zahirdə ölsələr də diridirlər və əsl həyata çatırlar. Quranda oxuyuruq: “Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.” [3958] Təbidir ki, ölümlə insanın özü ilə qəlbi arasında fasilə düşsə, onda ağıl, təfəkkür, eşitmək, dərk və sair qüvvələri işdən düşər. “Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət və haq sözü) eşitməzlər.” [3959] ç) Hər kəs Allahı unutsa, Allah-taala onların özlərini özlərinə unutdurar. Yəni, Allahı unutmaq insanın özünü unutmağına səbəb olur. Hər kəs özünü unutmaq bəlasına düçar olsa, onun dərk qüvvəsi ilə əqli arasında fasilə düşər. Özü ilə dərrakəsi arasında fasilə olar. Dərk və təfəkkür qüvvəsini əlindən verər və Allah-taalanın buyurduğu kimi: “Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin!” [3960] – ilahi unutqanlığa düçar olarlar. Bəli, bununla da insan özü də istəmədən ilahi zikrə bağlı olan pak həyatı itirib, ölümə düçar olur. Bu pak həyat Allaha itaət və Ona tabe olmağın nəticəsidir. İnsan Allahı unutmaqla, təkcə Allahı yox, bəlkə də özünü də unudur. d) Bəziləri ayədəki “fasilə” sözünü fasilə qüdrəti kimi mənalandırır və deyirlər ki, – bilin ki, Allah insanla onun qəlbi arasına girər – ayəsində məqsəd budur ki, insan öz işlərində fikirləşir və qərara alır ki, bir işi görsün. Sonra Allah-taala onu peşman edir və o işi görməsinin və ya həyata keçirməsinin qarşısını alır. [3961] Bu məna, təxminən orta səviyyəlidir. Lakin, əgər bizim ayəyə uyğun əqli dəlilimiz və təsdiq edən digər dəlillərimiz də olsa, ayənin “Allah insanla onun qəlbi arasına girər” – mənasından əl çəkməyimiz düzgün olmazdı. Ona görə ki, hədislərə uyğun olaraq əql də təsdiq edir ki, insan digər mümkün varlıqlar kimi bir növ içi boş məxluqdur. (Yəni, həmişə özü ilə ruhu arasında bir növ boşluq var. tər.) Necə ki, mərhum Kuleyni (rəhmətullah) bu mətləbi rəvayətlərin birində bəyan edir. İmam Kazimdən (əleyhissalam) nəql olunur: “ Allah-taala Adəm övladını içi boş xəlq etmişdir.” [3962] Əgər insan içi boşdursa, yəni, özü ilə nəfsi arasında fasilə varsa, Haqqın onunla özü arasında fasilə salması təbiidir. Deməli, Allah-taala hamıya yaxındır və Allahın yaxın olması Onun bütün sifətləri ilə birgə olmasını tələb edir, çünki, Onun sifəti həm də Onun zatıdır. [3963] Bununla da, zatı sifətlərin təsirindən feli sifətlər də öz təsirini göstərməlidir. [3964] -– Bu fasilənin təsirləri: 1.Bilirik ki, hər bir fasilə salan özünün iki tərəfinə o iki tərəfin biri digərinə nisbətdə daha yaxındır. Bəs, insan Allah-taalanı daha tez və öz qəlbindən yaxşı tanıyır və hüzuri elmi ilə Allahın varlığını dərk edir. Nəticədə, hidayət yolunu tanımaqla zəlalətə düşmür, haqqa dəvət edənlərin tövhid çağırışını qəbul edir və bu məsələdə üzr gətirməyə bəhanə tapmır; 2. Allah-taala insanın qəlbinə onun özündən çox agahdır. Ona görə də insan haqqı ilk çağırışda qəbul etməlidir və bu yolda tərəddüd edə bilməz. Ona görə də haqqı dil və qəlblə qəbul etməli, imanını həyatda əməli ilə təsdiq etməlidir. 3. İnsana nisbət verilən yaxşı sifətlər Allah-taalaya vasitəsiz nisbət verilir. Bəs, əgər insan öz batini və fitrəti ilə uyğun olan yaxşı sifətlərin onda zahir olmasına məğrur olursa və bu yaxşılıqları özündən bilirsə, əslində bu onun cahilliyinin son mərtəbəsidir. [3965] İnsanın öz qəlbinə həqiqi malikiyyətə malik olması iddiası, özünü müstəqil və mütləq qüdrət sahibi bilməsi, onun nadanlığının əlamətidir. 4. Allah-taala hər zaman istəsə insanı qəlbinin bəhrəsindən məhrum edə bilər. Deməli, insan heç də həmişə ondan baş vermiş günahların yuyulmasına müvəffəq ola bilməz. Ona görə də insan Allahın itaətinə və vacibatlarının yerinə yetirilməsində tələsməlidir. [3966] 5. Bu fasilə, Allah-taalanın hər yerə və bütün varlıqlara əhatəsinin olduğunu və hər yerdə hazır olduğunu bildirir. Qüdrət və tofiq Ondandır. Ruhun və əqlin də faliyyəti Onun əlindədir. Deməli, insan heç bir şeyi Allah-taaladan gizlədə bilməz. Əksinə, bütün işlərində və bütün hallarda Ondan kömək istəməlidir və Ondan başqasına tərəf getməməlidir. [3967] Sonda iki rəvayətlə bəhsimizi başa çatdırırıq. İbn Hişam imam Sadiqdən (əleyhissalam) nəql edir ki, qeyd olunan ayədə məqsəd budur ki, Allah-taala heç kimə haqqı batil etmək üçün istifadə etmək istədiyi elmi verməz. [3968] Digər rəvayətdə yenə də imam Sadiqdən (əleyhissalam) nəql olunur: “İnsan qulağı, gözü, əli və hissi ilə iş görür. Amma elə ki, bir iş insana tərəf gələndə qəlbi o işi görməkdən çəkinirsə, başa düşür ki bu iş haqq deyil.” [3969] Daha çox mütaliə üçün mənbə: 1.Təbatəbai, Məhəmməd Hüseyn, təfsir Əl-Mizanın tərcüməsi, 9-cu cild, Ənfal surəsi, 24-cü ayə. 2. Qiraəti, Möhsin, Təfsir Nur, 4-cü cild, 9-cu cild, Ənfal surəsi, 24-cü ayə. 3. Subhani, Cəfər, Mənşur cavid Quran, səh-295. 4. Məkarim Şirazi, Nasir, Təfsir nümunə, 1-ci cild, səh-89. [3948] Rağib İsfahani, Əl-Müfrədat fi ğəribil-Quran, səh-137. [3949] Subhani Cəfər, Mənşur cavid Quran, səh-295. [3950] Məkarim Şirazi, Nasir, Təfsir nümunə, 1-ci cild, səh-89. [3951] Təbatəbai, Məhəmməd Hüseyn, Təfsir Əl-Mizan, tərcümə Seyyid Məhəmməd Baqir Musəvi, 9-cu cild, səh-58. [3952] Cavad Amuli, Əbdullah, Zən dər ayineyi camal və calal, səh-281. [3953] Feyz Kaşani, Möhsin, Mühəccətül-Beyza, 5-ci cild, səh-3. [3954] Qaf surəsi, 16. [3955] Şer: Yar mənə məndən də yaxındır, amma ən qəribəsi budur ki, mən Ondan uzağam! [3956] Ənfal surəsi, 24. [3957] Bəqərə surəsi, 7. [3958] Ali İmran, 169. [3959] Ənfal surəsi, 179. [3960] Həşr surəsi, 19. [3961] Təbərsi Əbu Əli Fəzl ibn Həsən, Təfsir Məcməul-bəyan, 4-cü cild, səh-820. [3962] Kuleyni Məhəmməd ibn Yəqub, Kafi, 6-cı cild, səh-282. [3963] Allah-taalanın sifətləri neçə qismdir: 1. Zati sifətlər; Onların təsəvvüründə Allah-taalanın pak Zatını nəzərə almaq kifayətdir. Məslən, alim, qüdrət, həyat və sair sifətlər …..2. Feli sifətlər; Bunlar o sifətlərdir ki, onları təsəvvür etməkdən ötrü Haqq-taalanın pak Zati sifətlərini nəzərə almaq kifayət deyildir. Bəlkədə, pak Zatı ilahi sifətləri fel və yaradan məqamında nəzərə almaq və bu sifətləri ələ gətirmək lazımdır. Məsələn, yaradan, bağışlayan, ruzi verən və sair sifətləri … [3964] Cavad Amuli Əbdullah, Hikməti ibadət, 7-ci qism, səh-213. [3965] Təbatəbai, Məhəmməd Hüseyn, təfsir Əl-Mizanın tərcüməsi, 9-cu cild, səh-58-60. [3966] Təbatəbai, Məhəmməd Hüseyn, təfsir Əl-Mizanın tərcüməsi, 9-cu cild, səh-58. [3967] Qiraəti, Möhsin, Təfsir Nur, 4-cü cild, səh-313. NUR-AZ.COM


more post like this