Möhtərəm alim, filosof, müctəhid, zamanədə nadir və müasir qadın kimi tanınmış Xanım İsfəhani Nüsrət Əmindir. O, 1274-cü hicri şəmsi ilində İsfahanda anadan olub. Atası mərhum Hacı Seyyid Məhəmməd Əli Əminut-Tuccar idi. Onun anası da abidə və pak bir qadın, üç oğlundan sonra həmin bu qızı vardı. O, on beş yaşında İsfahanın tanınmış və mötəbər tacirlərindən olan öz əmisi oğlu Hacı Muinut-Tuccarla evlənib. O uşaqlıq dövrlərindən istedad sahibi və İslam elmlərini öyrənməyə çox meyilli idi. Onun ustadlarından biri mərhum Ayətullah Hacı Mir Seyyid Əli Nəcəfabadidir. O deyir: “Bir gün eşitdim ki, Xanım İsfəhaninin uşağı dünyadan gedib. Öz-özümə dedim, yəqin Xanım İsfəhani dərsi tətil edəcək. Ancaq iki gündən sonra xəbər göndərdi ki, mənzilinə gedib tədris edəm”.

Bu qadın İslam elmlərindən fiqh, üsul, fəlsəfə və irfanda ictihadın ali dərəcəsinə nail oldu. Böyük alimlərin ona verdiyi icazələr buna aydınlıq gətirir.

ceferiler.com


more post like this