Cavab: Bəzi uşaqlar belə həyat tərzini daha çox xoşlayırlar. Digər bir qrup uşaq isə ikili həyatdan narahat olurlar. Amma belə bir həyat tərzinin necəliyi daha çox valideynlərin necəliyindən asılıdır. Əgər uşaqla görüş zamanı hər bir valideyn o biri haqqında eyhamlara yol verəcəksə, bu çox pisdir.
Mütəxəssislər bu fikirdədilər ki, uşaq üçün ana ilə qalmaq daha yaxşıdır. Amma boşanmadan psixoloji zərbə almış, özünü bədbəxt hiss edən ananın münasibliyi Suallar doğurur. Hər dəfə uşağa baxanda özünü bədbəxt hiss edən ana ilə yaşamaqdansa, uşağın xoşbəxtliyini düşünən ata ilə yaşamaq daha üstündür.


more post like this