Sual: 118. Bir şəxs dolanışıq ehtiyacları üçün bir miqdar borc götürüb istifadə edir. Bu şəxs ilin sonunda borclu olduğu məbləği gəlirindən çıxa bilərmi?

Cavab: İmam (r), Məkarim, Nuri və Sistani: Əgər sonrakı ilin ehtiyacları üçün borc götürübsə, bu məbləği ilin gəlirindən çıxa bilər. Lakin onun götürdüyü borc əvvəlki illərin ehtiyacı üçün olubsa, bu məbləği ilin gəlirindən çıxmaq olmaz. Lakin öz borcunu ilin gəliri ilə ödəyə bilər ki, bu məbləğə xüms düşməsin.

Təbrizi və Vəhid: Əgər öz borcunu ilin sonunadək ödəməzsə, bu məbləği ilin gəlirindən çıxa bilməz. Əgər qazanc əldə ediləndən sonra borc götürülərsə, bu işə icazə verilir.

Fazil, Behcət, Xamenei və Safi: Bəli. Xüms düşür. Və öz borcunu ilin gəlirindən çıxa bilməz. Öz borcunu ilin gəliri ilə ödəyə bilər ki, bu məbləğə xüms düşməsin.

Qeyd: Mərcelərin risalələrindəki tərkiblərdə “kəsr” sözü ilə “əda” sözü arasında fərq var və bu sözləri bir-birləri ilə qatışdırmaq olmaz.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this