islamic mənbələri

    1. home

    2. article

    3. Böhtan

    Böhtan

    Böhtan
    Rate this post

     

    272.Böhtan

    Quran:

    «Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər.»[1]

    Həmçinin müraciət et: İsra 36; Nur 12-15; Hucurat 12

    Hədis:

    921.Allahın Peyğəmbəri (s):«Kim mömin kişiyə və ya qadına böhtan atsa, yaxud onun barəsində onda olmayan şeyi desə, Allah Qiyamət günü onu həmin şəxs barəsindəki sözünü geri götürənə kimi bir od təpənin üstündə saxlayar.»[2]

    922.İmam Əli (ə):«Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur.»[3]

    923. İmam Əli (ə):«Günahsız adama böhtan atmaq səmadan da böyükdür.»[4]

    924.İmam Səccad (ə):«Kim camaatda olan eyb barəsində danışsa, camaat onda olmayan eybi ona aid edər.»[5]

    925.İmam Sadiq (ə) müdriklərin birindən nəql edərək buyurmuşdur:«Günahsız adama böhtan atmaq möhkəm dağlardan da ağırdır.»[6]

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     



    [1] Əhzab, ayə 58

    [2] Biharul-Ənvar, c.75, səh.194, hədis 5

    [3] Ğurərul-Hikəm, hədis 10455

    [4] Biharul-Ənvar, c.78, səh.194, hədis 99

    [5] Biharul-Ənvar, c.78, səh.160, hədis 21

    [6] Biharul-Ənvar, c.75, səh.194, hədis 3