Qeyri-müsəlman bir şəxsi doğru yola hidayət etmək, ona İslamı tanıtdırmaq məqsədi ilə Quran tərcüməsi ilə bu işi görmək mümkün olmadıqda ona Quran vermək mümkündür. Amma başqa məqsədlə belə bir işin görülməsi qadağandır. Çünki Quran İslamın haqq olmasının ən böyük sübutu və İslam Peyğəmbərinin əbədi möcüzəsidir. O canlı bir sənəd tək qaranlıqları işıqlandırır. Qurandan faydalanmağın bir yolu onun nəfis şəkildə çap olunub bütün dünyaya yayılmasıdır. Həqiqət axtaran insanlar Quran ayələrinin işığında Quran ayinləri ilə tanış olmalıdırlar. Quran zaman və məkandan asılı olmayaraq dünya xalqları arasında yayılmalı və insanlar onun haqqa çağırışlarını mütaliə etməlidirlər.
Qurani-kərim həzrət Peyğəmbərə göstəriş verir ki, hətta döyüş əsnasında bir qeyri-müsəlman Allah kəlamını eşitmək istəyərsə, Peyğəmbər ona icazə versin. Dönməyə meyl etdikdə onu ilkin yerinə qaytarmaq tapşırılır.[5108]
Beləcə, Quranı ona qarşı hörmətsizlikdən qorumaq hər bir müsəlmana vacibdir. Qurana qarşı hörmətsizlik edəcəyi ehtimal olunan qeyri-müsəlmana bu ilahi kitabı vermək olmaz. İslam fəqihlərinin də nəzəri budur ki, doğru yola çağırış məqsədi olmadıqda, Quranı kafirlərin ixtiyarında qoymaq olmaz. Bir sözlə, Quran çirkin əllərə verilməməlidir və bu iş o zaman mümkün sayılır ki, həmin şəxsin doğru yola qayıdışı ehtimal edilsin.
[5108] “Tövbə”, 6.
NUR-AZ.COM


more post like this