Bu söz ola bilsin bir cəhətdən düzdür, ancaq başqa bir cəhətdən səhv olduğu anlaşılır.

 

İzahı:

1. Bu cəhətdən doğru olardı ki: əgər zikr olunan elm (ki, insanın məsumluğuna səbəb olur) hər kəsdə eyni dərəcədə olsa həmin şəxs təbiidir ki, yaşayışını ümumiyyətlə, günahlardan uzaq olaraq keçirərdi.

2. Səhv cəhəti ondan ibarətdir: belə hesab edirlər ki, bu elm Allah tərəfindən təsadüfi insanlara (könlü istədiyinə) bəxş olunub. Yəni bu sifətə malik olan şəxsin özü-öz üzərində çalışmadan və daim nəfsi istəklərinə qalib gəlmədən əldə edib. Əsla belə deyil! Əgər peyğəmbər və İmamların öz nəfsi istəkləri ilə mübarizəsi və yaradanlarına tam tabeçiliyi olmasaydı o zaman Allah onlarda ləyaqət görməz, öz feyzindən də onlara bəxş etməzdi.

Peyğəmbər və İmamlar hər zaman onları günahlara sövq edən nəfsani istəkləri ilə mübarizə aparmışlar. Onların həyatlarındakı, yaşayışlarındakı çəkdikləri əziyyət və müsibətlərə dözümlülük göstərmək buna tarixi sübutdur. Deməli, deyilənlərdən belə aydın olur ki, «ismət»dən ötəri elmi və mənəvi məqama yiyələnmək təkcə peyğəmbər və İmamlara məxsus deyildir. Əksinə hər kəsin əldə edəcəyi bir xüsusiyyətdir. Necə ki, xanım Fatimeyi Zəhra (s.ə) peyğəmbər və İmam olmamasına baxmayaraq ismət məqamına sahib idi. Eləcə də Həzrəti Zeynəb (s.ə), Həzrəti Əbəlfəzl, Həzrəti Əliəkbər, Həzrəti Məryəm və Həzrəti Məsumə (s.ə) kimi şəxsiyyətlər ismətin müəyyən bir mərtəbəsini əldə edərək ali mənəvi məqama yüksəlmişdilər. Eləcə də bir çox ilahi övliya və alimlər də bir həddə ismət məqamına yiyələnməyi bacarmışlar.

İsmət məsələsi ona görə ciddiyyətlə peyğəmbər və İmamların barəsində bəhs olunur ki, ismətin onlarda mövcudluğu zəruridir. Başqa sözlə desək ismət Nübuvvət və İmamət kimi etiqadi məsələlərin ən mühüm şərtidir. Qəbuledilməz olardı ki, Allah belə ismət xüsusiyyətini bu iki önəmli məqama verməmiş olsun. Sözümüzün yekunu olaraq deyirik: peyğəmbər və İmamlarda olan ismətin zərurətdən dolayı olması vacibdir. Amma, digər insanlarda isə onun olması vacib deyildir. Sözlərimizdən elə başa düşülməsin ki, peyğəmbər və İmam olmayan insan qeyri-məsumdur. Əksinə insanlar da günahı tərk edərək insanlığın elə mərtəbəsinə çata bilərlər ki, ismətin müəyyən mərtəbəsinə yiyələnmiş olarlar.

http://sualcavab.ge

 

 

 


more post like this