islamtimes.org/az/ – Çox vaxt çalışırıq ki, cəmiyyətdə baş verən çatışmamazlıqları, nöqsanları digər insanların üstünə yıxaraq səbəbkar onları bilək. Düzdür həmin səbəbkar bildiyimiz insanların bu nöqsanların ortaya çıxmasında günahları var, ancaq bütün günahları, bütün nöqsanalrı onlarda axtarmaq düzgün deyil.

Çünki ayə və hədislərə nəzər saldıqda görürük ki, insanın başına gələn hadisələr, ətrafında baş verən nöqsanlar məhz insanın əməllərinin nəticəsidir. Bizim başımızda duran rəhbərlərimiz, cəmiyyətdə baş verən əxlaqsızlıq və yaşadığımız bütün çətinlik və iztirablar bir növ bizim əməllərimizin təcəllisidir.

İlk növbədə insan gərək öz üzərində işləsin, özündə olan naqislikləri islah etsin və bundan sonra zalım rəhbərlərlə, cəmiyyətdə baş verən mənfi hallarla mübarizə aparsın və inşallah ki, mübarizəsinin də nəticəsini görər. Allah təalada Quranda bu məsələyə işarə edərək buyurur: “Hər hansı bir tayfa öz tövrünü (vəziyyətini) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz.” (Rəd-11)

Bəli, həqiqətən də bugün biz müsəlmanların bir – birimizə olan münasibətlərimiz və ətrafımızda baş verən hadisələrə qarşı biganəliyimiz müsəlman toplumunun zəif nöqtəsidir.

Allah təala bizləri bir – birimizə qardaş qərar verdiyi halda və bir – birimizin üzərinə haqqlar qoyduğu halda bugün cəmiyyətimizdə müsəlmanlar arasında bu qardaşlıq prinsip və haqlarına riayət olunmur.

Hər bir müsəlman hər vəchlə çalışmalıdır ki, əlində olan imkanlardan istifadə edərək müsəlman qardaşına köməklik etsin. Məxsusən də bugünkü zamanda gərək möminlər hər bir sahədə bir – birilərinə köməklik etsinlər. Ancaq çox təəssüflər
” Bu cür çətin şəraitdə gərək iş sahibi olan müsəlmanlar digər işsiz qardaşlarını əllərində olan imkanlardan istifadə edərək işlə təmin etsinlər. “
olsun ki, bugün cəmiyyətimizdə bunun əksinin şahidi oluruq.

Məlum olduğu kimi bugün Azərbaycanda işsizlik problemi var. Neçə milyon vətəndaşımız ya vətəndə iş tapa bilmədikləri üçün, ya da işləmələrinə imkan vermədikləri üçün vətəni tərk edərək qərib torpaqlara getmişlər. Vətəndə qalan insanlar isə bir təhər gündəlik çörək pullarını qazanaraq keçinirlər.

Məxsusəndə imanlı insanlar iş tapmaqda daha çətinlik çəkirlər. Çünki, təklif olunan işlərin çoxu demək olar ki, harama bulaşmış işlərdir. Bu cür çətin şəraitdə gərək iş sahibi olan müsəlmanlar digər işsiz qardaşlarını əllərində olan imkanlardan istifadə edərək işlə təmin etsinlər.

Şükürlər olsun Allaha ki, bu cür mömin müsəlmanlar var. Ancaq bunlar azlıq təşkil edir. Birdə görürsən ki, namaz qılandır, mömindir, iş sahibidir və işsiz mömin qardaşı ola –ola cahil insanları işlə təmin edir. Ümumiyyətlə hər bir məsələdə gərək möminlər bir – birlərinə dayaq olsunlar və yardım etsinlər.

Əgər nəsə almaq lazımdırsa və bilirəm ki, alacağım həmin əşyanı bir mömin qardaşım satır, niyə mən gedib başqasından almalıyam həmin şeyi. Qoy xeyri elə möminə verim.

Həzrəti Əlinin (ə) gözəl sözü var: “Məbada düşmənlər İslama, haqqa riayət etməkdə sizdən qabağa keçsinlər.” Bəli, bəzən düşmənlərdən də ibrət götürmək lazımdır. Bir türk müəllimi danışır ki, şagirdlərindən biri türk yəhudisi idi. Müəllim bütün şagirdlərə tapşırır ki, hamı dəftər alıb gətirsin. Bütün şagirdlər dəftər alıb gətirir, ancaq bu yəhudi şagirddən başqa. Müəllim həmin şagirddən bunun səbəbini soruşur. Şagird deyir ki, bizim məhəllədə cəmi bir yəhudi mağazası var və ora bağlı olduğundan dəftər ala bilmədim. Müəllim ona digər mağazalarda da dəftər satıldığını bildirir. Ancaq yəhudi “biz hər nə almaq istəsək yalnız yəhudilərdən alaraq bir – birimizə yardım etmiş olarıq” deyir. Bu məsələ bugün müsəlmanların diqqət etməli olduğu çox mühüm məsələlərdən biridir.

Ya bizlər bir – birimizin üzərində
” Ümumiyyətlə hər bir məsələdə gərək möminlər bir – birlərinə dayaq olsunlar və yardım etsinlər. “
olan haqları bilmirik, ya da ki, iman hələ bizim qəlblərimizə daxil olmayıb. Hər bir şeyə qarşı biganə yanaşmağımız dediklərimizə sübutdur. Bugün haqq uğrunda zindanda yatan qardaşlarımız var. Boynumuzda onların haqqı var. Əgər biz mömin olsaydıq imkan verməzdik qardaşlarımız orda qalsınlar.

Bu bir qırağa, heç görəsən onlarla maraqlanan varmı? Özlərinə, ailələrinə baş çəkən varmı? İmkanı olan hər bir kəs gərək bu qardaşlara və ailələrinə ham maddi, həm də mənəvi cəhətdən yardım edələr.

Bugün Azərbaycan müsəlmanalarının ən mühüm məsələsidir bu məsələ. Möminin məqamı Kəbənin məqamından üstündür. Bugün canlı kəbələrin haqqları tapdalanır.

Gərək bizlər bugün bu qardaşlara hər cür köməklik edək ki, sabahsı gün belə bir məsələ ortaya çıxanda heç kəs fikirləşməsin ki, görəsən ailəm necə olacaq. Əksinə qoy arxayınlıqla qardaşlarına güvənərək heç nədən qorxmadan haqqa doğru hərəkət etsin. Bütün bunlar bizlərin qardaşlıq haqqıdır.

Bugün bizlər var gücümüzlə çalışıb bir – birimizin arasında doğmalıq, səmimilik, bir sözlə əsl qardaşlıq münasibətləri qurmalıyıq. Necə ki, bir gün bir şəxs İmamlardan (ə) birinin yanına gələrək şiələrdən olduğunu bildirir. İmam ondan mömin qardaşlarının bir –biriləri ilə münasibətlərinin nə cür olduğundan xəbər alır. Həmin şəxs münasibətlərin çox yaxşı olduğunu bildirir. İmam buyurur ki, sizin münasibətləriniz bu cürdümü ki, hər hansı biriniz istədiyiniz vaxt digər mömin qardaşın evinə gedərək onun xəbəri olmadan evindən müəyyən miqdar pul götürsün və həmin şəxsdə bundan xəbər tutanda halı pis olmasın? Həmin şəxs deyir ki, xeyr bu cür deyil. İmam (ə) bu zaman buyurur siz hələ bir-birinizə qardaş deyilsiz deyir.

Bəli, bizlər qardaşlıq, doğmalıq münasibətlərimizi nə qədər çox inkişaf etdirsək, düşmən bir o qədər bizdən çox qorxacaq. Allah təala bizləri bir-birimiz mehriban, güləriz və səmimi qərar versin. AMİN.

ISLAMTIMES – ƏLİ SADİQLİ

http://www.islamtimes.org


more post like this