Qeyri-qanini dünyaya gələn uşaq haqqında mövcud suallar: a) Qeyri-qanuni (vələdüz-zina) digərləri kimi kamal mərhələlərini adlaya bilərlərmi? Ya ümumiyyətlə, bilməzlər? Yaxud da kamal mərhələlərini adlamaq mümkün, lakin çətindir? Əksər ilahiyyatçılar 3-cü nəzəri dəstəkləyirlər. b) Bu nöqsan Allah tərəfindən qeyri-qanuni (vələdüz-zina) uşağa zülm deyilmi? İlahiyyatçıların cavabı: Birincisi, əgər ortada zülm varsa, bu Allah tərəfindən yox, zinakar(ata və ya ana) tərəfindəndir. İkincisi, Allah hər kəsi ixtiyarı və istedadına görə dəyərləndirir. Zinazadənin yaxşı əməli (kamal mərhələlərini adlamaq onun üçün çox çətin olduğu üçün) digərlərindən daha tez, günahları da daha tez bağışlanır. Zinazadə eynilə fiziki qüsurlu uşaq kimidir. Beləki, fiziki qüsurlu dünyaya gələn uşağın imkanları məhdud olsa da, kamal mərhələlərini adlaya və maddi və mənəvi məqamlara yüksələ bilər. Bir halda ki, fiziki cəhətdən sağlam olan şəxs tənbəllik və səhlənkarlıq ucbatından geri qala bilər. Qeyri-qanuni (vələdüz-zina) uşaq da böyük səy və talaşı və Allahdan yardım diləmək sayəsində mənəvi və maddi məqamlara yiyələnə bilər.


more post like this