Cavab: Salam olsun haqq yolda olanlara!
1. Allah-təala bəzi işləri mələklərin vasitəsi ilə əncam verir məsələn insanın canın mələk alır, ruzini mələk paylayır Allahın əmri ilə və s. Bəzən Allahın Quranda “biz” əvəzliyini işlətməsi Onun böyüklük və əzəmətini ifadə etmək üçündür. Adətən vasitəsiz olan işlərdə Allah-təala mən, vasitə olan yerdə Allah biz deyir.
2. Ruhun nə olması barədə müxtəlif nəzərlər var. Bəzi hədislərdə ruhdan məqsəd Hz. Cəbrail olmağı qeyd olunur. Başqa nəzər budur ki, ruh ən əzəmətli mələkdir. Bəzi alimlər isə ruhu Allahın xilqətdə olan vasitəsiz təsərrüfünü yazırlar, necə ki, Allah insanı yaradanda belə buyurur: Sad / 72. Elə ki, onun bədəninin yaradılmasını tamamladım və Öz ruhumdan ona üfürdüm, hamınız səcdə halında onun qarşısında yerə düşün.»
3. Məsələ 322: Yeddi şey dəstəmazı batil edir:
1. Bövl (sidik). Zahirən insandan, bövldən sonra və istibradan əvvəl xaric olan bələl (nəmlik) də bövl hökmündədir.
2. Ğait (nəcis).
3. Mə`də və bağırsaqdan gəlib ğaitin məxrəcindən çıxan yel.
4. Gözün görmədiyi, qulağın eşitmədiyi yuxu halı; amma gözün görməyib, qulağın eşitdiyi hal, dəstəmazı batil etməz.
5. Əqli aradan aparan şeylər: dəlilik, məstlik, ürəkkeçmə və s. kimi.
6. İrəlidə açıqlanacağı kimi, qadınların istihazə halları.
7. Cünub olmaq, hətta ehtiyat müstəhəbb olaraq qüslü vacib edən hər bir iş dəstəmazı pozar.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
Salam Aleykum Tovbe edib sora Tovbeni pozan wexs ne etmelidiki gunah olmasin? Allah Razi Olsun…
Cavab: Salam olsun haqq yolda olanlara!
Yolu səhv salmış sürücü əvvəlcə geri qayıtmalı, sonra yoluna davam etməlidir. Amma səhv yolu davam edərək yalnız dildə “səhv etmişəm” desə heç vaxt mənzilə çata bilməz. Tövbə səhv yoldan qayıtmaqdır. Getdiyi səhv yolu geri qayıdanı Allah sevir və onun tövbəsini qəbul edir. Zürarə İmam Baqir (ə)-dən rəvayət edib ki, buyurdu: Bütün bəndələrin qəlbində ağ bir nöqtə var. Günah etdikdə, qara bir nöqtə onda tapılır. Sonra əgər tövbə etsə, o qara nöqtə aradan gedər. Əgər günah etməyə davam etsə, o qara nöqtə böyüyər. Belə ki, ağ nöqtəni örtər. Ağ nöqtə bütövlüklə qara ləkə ilə örtüldükdən sonra, o şəxs heç vaxt yaxşılığa doğru qayıtmaz. Allah-taalanın tövbə qapısı həqiqi tövbə edənlər üçün həmişə açıqdır. insan gərək bütün günahlardan və hər gün tövbə etsin.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
salam alekum. qedr suresinda min-ay ifadesi.neye qore min-ay ishlenib?
Cavab: Salam olsun haqq yolda olanlara!
Peyğəmbər (s) yuxuda görür ki, Bəni-üməyyə meymun kimi O həzrətin minbərinə çıxıb düşürlər Peyğəmbər (s) bu yuxudan narahat olur Hz. Cəbrail (ə) Qədr surəsin nazil edir Peyğəmbərə (s). Bəni-üməyyə min ay hökumət edib. Allah-təala Qədr gecəsin Bəni-üməyyənin min il hökumətindən xeyirli qərar verib. Əlbətdə başqa səbəblərdə deyilib. Bəni israil qövmündə bir mücahid var idi ki, min ay cihad libasın əynindən çıxartmadı müsəlmanlar bu şəxsin savabına qibtə edirlər Allah-təala bu surəni nazil edir və Qədr gecəsində oyaq qalanın savabın min ildən çox qərar verir.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

(5
Namaz qilarken fikrimi Allaha yonelde bilmirem cox vaxt,aglima baska baska seyler gelir,fikrimi toplaya bilmirem ve buna gore men ozumu cox pis hiss edirem,ne etmeliyem bimirem.xahis edirem bu haqda mene meslehet veresiniz
Cavab: Bismillahir-rəhmanir-rəhim.
Namaz əsnasında yad fikirlərin zehnə gəlməməsəindən ötrü namazdan əvvəl zehni dolaşıq fkirlərdən təmizləmək lazımdır. Yəni insan gün ərzində hər bir addımına diqqət etməli, yalınız Allahın razılığını nəzərə almalıdır. Belə olan halda insan namazda diqqətli olar, ibadətdən ruh ala bilər. Habelə pis fikirlərin zehndən getməsi üçün Allaha təvəssül, səmimi qəlbdən onların yox olması üçün dua etmək lazımdır. Azan verilməmişdən öncə 5-10 dəqiqə namaz qıldıqınız yerdə əyləşib zikir deyin və kimin qarşısında namaz qıldıqınız barədə fikirləşin.

salamun aleykun mene bir qardash sual verdi arashdirmami isdedi neye gore hemd surede (Bismillahirrahmanirrahim ve ya Er rahmanir rahiym) rahmanir rahiym iki kerem seslenir
Cavab: Salam olsun haqq yolda olanlara!
Təfsirlərdə buna müxtəlif səbəblər yazıblar: Bismillahda Allahın zatı məqamda rəhman və rəhim olduğu Həmd surəsində isə feli məqamda rəhman və rəhim olduğunu bildirir. Bismillahda inşa məqsədi ilədir yəni Allahdan kömək istəmək məqamında Həmd surəsində isə xəbər verir Allahın rəhman və rəhim olmağından və s.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this