Cavab:
Salam olsun haqq yolda olanlara!

Xeyr, bu niyyətlə heç eybi yoxdur bəlkədə çox yaxşıdır ki, insan qəflətdən oyansın. Çünki tamam bədbəxliyin kökü qəflətdir.

Alimlərdən biri demişdir: “Qəlbin qəfləti çoxaldıqda, mələyin insana etdiyi ilhamlar da azalar.” Baba Tahir demişdir: “Qəflət məhrum olmaq deməkdir.”

Qəflət-dən çıxmaq üçünsə zehndə növbəti suallar yaranmalıdır: Sənin yaradanın yoxdurmu? Qiyamət olmayacaqmı? Sorğu-sual yoxdurmu? Beləcə, Quran və peyğəmbər zehnlərdə müəyyən suallar doğururlar: “Elə güman edirsiniz ki, sizi əbəs yerə yaratmışıq və Bizim hüzurumuza qayıtmaya-caqsınız?” Möminun 115. Özünə bu cür suallar verməyənlər tamamilə Allah, peyğəmbər və axirətdən qəflətdə-dirlər.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this