“TƏHRİF” TERMİNİNİN TƏDQİQİ

 

“Təhrif” termini ərəb dilində “təfil” modelinin məsdəri olub, etimoloji baxımdan “hərf” sozü ilə əlaqədardır. “Hərf” sözü lüğətdə bu və ya digər əşyanın kənarı, ucu mənasını, təhrif sözü isə bu və ya digər əşyanın kənarlaşdırılması, tərəflərinin dəyişdirilməsi mənalarını ifadə edir.

 

Allah-təala Quranda buyurur:

 

 

 

وَمِنَ النَّاسِ مَن يَعْبُدُ اللَّهَ عَلَى حَرْفٍ﴾

 

 

 

“İnsanlardan eləsi də vardır ki, Allaha birtərəfli ibadət edirlər”.[ Həcc, 11.]

 

 

 

Bu kimi şəxslər imanı zəif olan insanlardır. Belələri döyüş zamanı uzaqda dayanıb tamaşa edən insanlara bənzəyirlər. Hansı ki, qoşun qələbə çaldıqda yaxına gələr, qənimət yığar, əks təqdirdə isə qaçaraq aradan çıxarlar.[ Kəşşaf, c. 2, səh. 146.]

 

Bu termin hərfi məna etibarı ilə mütləq şəkildə dəyişdirilmək mənasını kəsb edir. Elə buna görə də təhrif termininin ilkin mənasının “Ləfzi təhrif” (sözdə təhrif, sözlərin dəyişdirilməsi yolu ilə baş verən təhrif) olduğunu iddia etmək heç də əsassız deyil. Lakin Quranda müxtəlif dəlillər olduğu üçün ikinci mənada – “Mənəvi təhrif” (mənada təhrif, mənanın dəyişdirilməsi yolu ilə baş verən təhrif) mənasında işlədilmişdir. Belə ki, yəhudi alimlərini məzəmmət edərək buyurur:

 

 

 

مِنَ الَّذِينَ هَادُواْ يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِه﴾

 

 

 

“Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin mənasını dəyişərək ilahi məqsədlərdən yayındırır və ilkin zahiri (ibtidai) mənalarına yozmurdular”.[ Nisa, 46.]

 

 

 

Bu ayədə “عَن مَّوَاضِعِهِ” (ən məvazihi) qeydinin gətirilməsi təhrifdə məqsədin “mənəvi təhrif” olduğuna aydın sübutdur. Məhz elə buna görə də Rağib İsfahani “təhrifül-kəlam” sözünü izah edərkən yazır:

 

“Sözü təhrif etmək, onu ehtimal oluna biləcək iki mənadan birinə yozmaqdır”.[ Müfrədat, səh. 112.]

 

Təbii ki, Rağib İsfahani bu sözü təhrif termininin hərfi mənasını açıqlamaq məqsədi ilə deməmişdir. Əksinə, o, “təhrifül-kəlam” dedikdə Quranda buyurulan mənəvi təhrifi (mənanın dəyişdirilməsi yolu ilə baş verən təhrifi) nəzərdə tutmuşdur.

 

Fəxr Razi məlum ayəni şərh edərkən bir çox versiyaları qeyd etmiş və onların bəzisinin ləfzi təhriflə (sözlərin dəyişdirilməsi yolu ilə baş verən təhriflə) uyğun gəldiyini bildirmiş, lakin sonda nəticə alaraq düzgün versiyanin mənəvi təhrif olması fikri üzərində dayanmışdır. O yazır: “Təhrifdə məqsəd bid`ətçilər kimi yanlış ehtimallar verərək şübhə toxumu səpmək, sözü müxtəlif ləfzi hiylələrlə düzgün mənaya deyil, tamamilə əks mənaya yozmaqdır.[ Təfsire-kəbir, c. 10, səh. 117 (Köhnə çap).]

 

QURAN TƏHRİF OLUNMAYIB – kitabından… 

 


more post like this