ALLAH TƏKDİR

Bu  bəhsdə məqsəd, bütün varlıq aləminin xaliqinin Allah olması və Onun tək  olub şəriki olmamasıdır. Bu mövzuda iki məsələni araşdırmaqla davam etdiririk:

Birinci məsələ: Varlıq aləminin xaliqini sübut etmək. Bu varlıq dünyası təsadüfən yaranmayıb. Bütün bu məsələlri isbat etməkdən ötrü müxtəlif dəlillər vardır. Onlardan bə`zilərinə işarə edirik:

BİRİNCİ DƏLİL:

Varlıq aləmində olan bütün mövcudatlar məhv olub aradan getməkdədir. Butün bu hadisələri özümüz müşahidə edirik. Bunlarla da aydın olur ki, hər bir yaranmış varlıq öz varlığını başqa birisindən alır və onun vasitəsilə saxlayır. Yaranmışların heç biri zatən varlıq qabiliyyətinə malik deyillər. Çünki, əgər onların zatən varlıq aləmində qalmaq qüdrətləri olsaydı heç vaxt məhv olmazdılar.    Beləliklə, əgər hər hansı varlıq və vücud məhv olmaq və aradan getməyi qəbul edirsə onun yaradanı var və bu yaradan həmən Allah-taaladır. Allah-taala Özü isə aradan getməz və əbədidir. Fikrimizi tamamlamaqdan ötrü bir nümunə gətiririk:

Fərz olunsun ki, qarşımızda bir topa güzgü var və onlardan ətrafa nur saçılır. Bu nur şüalarna uzaqdan tamaşa etdikdə nəhayətdə, aydın olur ki, nurların hamısı güzgünün özündə yox, bəlkə də başqa yerdəndir. Ona görə ki, güzgü üzündən heç bir nur vermir. Həmin səbəbdən insan bu nurların mənşəyini güzgülərin özündə axtarmır. Nurlar güzgüdən xaricdə, günəş, ay, çıraq və ya alov kimi yerlərdə axtarılır. Çünki, güzgü belə şeylərdən nur ala bilər.

Nurun özünün zaatına qayıtdığı və əsl kökünə müraciət etdiyi kimi  insanın varlığının və vücudunun da öz kökü və qayıdış yeri vardır. İnsan da həmin kökdən mənşələnir və ordan ayrıla bilməz. İnsanın o kökdən müstəqil şəkildə olması mümkün deyil. Həmin kök  və mənşə Allah-taaladır.

İKİNCİ DƏLİL: NİZAM-İNTİZAM

Bu dəlilin xülasəsi bundan ibarətdir: həqiqətən bu kainatın dəqiq şəkildə nizam-intizamı vardır. Kainatın bütün xırdalıqları və zərrəcikləri bir-biri ilə möhkəm bağlıdır.  Bütün bunları bugünkü müasir elm də bu məsələni dəqiqliklə varlıq aləminin dəqiqlik və nizam-intizamını təsdiq edir. Belə olan halda bu varlığın xaliqi də tək, alim və hikmətli olmalıdır. Heç də ağıla batan deyildir ki, bütün bu varlığın mənşəsi təsadüfdür. Halbuki, ağıl bütün bu zahiri sadə hadisələri və ya bir-biri ilə bağlı hadisələrin dərkindən sonra qəbul etmir ki, bir-biri ilə bağlı bütün müxtəlif hərəkətlər və hadisələr təsadüf nəticəsindədir.                       Bəs, ağıl belə bir şeyi qəbul etmirsə, necə təsəvvür etmək olar ki, bütün bu möhkəm və əcaib nizam-intizamın və varlığın alim və hikmətli xaliqi olmasın və təsadüf nəticəsində olsun?!

Allah-taala buyurur:

سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ

    “Tezliklə, Biz, onlara dünyada və nəfslərində Öz nişanələrimizi göstəririk ki Onun (Qur`anın) haqq olması onlar üçün aşkar olsun. Məgər Allahın hər şeyə şahid olması sizə kifayət deyilmi?!”[1]

 

ƏQİDƏMİZ NƏDİR? (ON DƏRS) KITABI

 

 

 

 

İKİNCİ DƏRS

İKİNCİ MƏSƏLƏ

VARLIĞI YARADAN YEGANƏ ALLAHDIR VƏ ŞƏRİKİ YOXDUR

Bu məsələnin dəlili: Əgər bu məsələdə (varlığın yaradılışında) bir neçə tanrı fərz olunub hər birisi digərindən ehtiyacsız təsəvvür olunsaydı sözsüz ki, onların məqsədləri və iradələri bə`zi yerlərdə bir-birinin ziddinə olardı. Bununlada kainatın nizam-intizamı pozular, yer və göylərdə fitnə-fəsad olardı. Bu barədə Allah-taala Özü Qur`ani-şərifdə  buyurur:

   لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا

“ Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı.”[2]

İKİNCİ ƏSAS

ALLAH ADİLDİR

Mə`na budur ki, Allahın kiməsə zülm etməsi qeyri-mümkündür. Çünki, adillik və ədalət sifəti xeyir sifətlərindəndir. Amma zülm şərr xüsusiyyətlərindəndir. Zülm işə ədaləti icra edə bilməyən zəif və şərr adamlardan başqa birisi əl atmaz. Halbuki, Allah-taala bütün xeyirlərin mənşəyi və məxluqatın hamısına feyz verən və onların hamısından ehtiyacsızdır. Allahın zülm etməyə heç bir ehtiyacı yoxdur. Necə ki bu məsələyə Qur`an işarə edir:

     أَيُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاء إِلَى اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

     “Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tə’rifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)” [3]

Başqa ayədə buyurur:

“Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun savabını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!”[4]

ÜÇÜNCÜ ƏSAS

PEYĞƏMBƏRLİK

Allah-taala insanı və kainatı əbəs yerə yerə xəlq etməmişdir. Qur`ani-Kərimdə də Allah-taala bu məsələyə tə`kid etmişdir:

  وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ (38) مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

   Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq!  Biz onları yalnız haqq olaraq yaratdıq, lakin onların (insanların) əksəriyyəti (bunu) bilməz!”[5]

Həqiqətən bu dünya insana axirətdən ötrü körpü qərar verilmişdir. Həmin cəhətdən insan bu dünyadakı öz hərəkət və davranışlarına görə axirət dünyasında insana mükafat və cəza vardır.  O səbəbdən Allah-taala insana düzgün yolu göstərmiş və xeyir işləri ona tanıtdırmışdır. Bütün bu hidayət yolları insanlar arasında saleh və bu ağır İlahi vəzifənin ümmətlər arasında məsuliyyətini öhdələrinə ala bilən şəxslər vasitəsilə insanlara çatdırılmışdır. Belə şəxslər peyğəmbər adlanır.

Peyğəmbər, ümmətlər arasında İlahi risalət və tə`limləri öz öhdəsinə alan  şəxsdir. Həqiqətdə Allah-taala keçmiş zamandan insanlara çoxlu peyğəmbərlər göndərmişdir. Bu peyğəmbərlərin ən çox tanınmışlarıdan həzrət Nuh (əleyhissalam), İbrahim (əleyhissalam) və yəhudilərə Tövrat kitabı gətirmiş  Musa ibni İmran, xaçpərəstlərə İncil kitabı gətirmiş İsa (əleyhissalam) və nəhayət böyük İslam dinini yaymış və bütün insanlara Qur`anı gətirmiş həzrət Məhəmməd ibni Əbdullah ibni Əbdul-Müttəllib (səlləllahu ələyhi və alehi və səlləm)-in  adlarını çəkmək olar. Məhəmməd peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm) sonuncu peyğəmbər olduğuna görə O həzrətdən sonra heç bir peyğəmbər gəlməyəcəkdir.  O həzrət bütün İlahi elçilərin sonuncusu olduğuna görə Ondan sonra iddia olunmuş bütün hər hansı peyğəmbərlik iddiası yersiz və bu iddianı edən yalançı sayılır. Qur`an bu barədə buyrur:

  مَّا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَكِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيماً

   “Mühəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!”[6]

Adlarını çəkdiyimiz beş peyğəmbər “Ulul-əzim”[7] peyğəmbərlər adlanır.

ƏQİDƏMİZ NƏDİR? (ON DƏRS) KITABI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ÜÇÜNCÜ DƏRS

 

PEYĞƏMBƏRLƏRƏ MƏXSUS SİFƏTLƏR

Hər bir peyğəmbər, Allah tərəfindən ağır və məs`uliyyətli bir vəzifəni öhdəsinə aldığına görə aşağıdakı bə`zi sifətlərə malik olmalıdır:

 

1 –  ŞÜCAƏT:  Peyğəmbər zalimlərin müqabilində heç bir qorxu və zəiflik göstərməli deyil. Müsibətlər və hədə-qorxulardan çəkinməməlidir.

2 – DOĞRU VƏ DÜZ DANIŞAN:  Ona görə ki peyğəmbər Allahın dinin və şəriətin həml edir. Belə olan halda peyğəmbərin düz və doğru danışan olması vacibdir. Başqa tərəfdən yalançının din risalətini öhdəsinə alması düzgün deyil və insanlar heç vaxt belə şəxsi təsdiqləməz.

 

3 – ƏMANƏTDAR:  Peyğəmbər Allahın göndərdiyi dini və hökmləri olduğu kimi dəyişmədən insanlara çatdırmalıdır. Peyğəmbər Xaliqinə xəyanət etməməlidir.

 

4 – ALLAHA BƏNDƏÇİLİK VƏ İTAƏTDƏ MÖHKƏM OLMALIDIR: Bununla da insanlar ona tamamilə tabe olsunlar, onun əmr və göstərişlərinə əməl etsinlər. əgər peyğəmbər Allaha qarşı günah etmiş olsa başqaları da günaha meyl etmiş olarlar.

 

Bütün bu səbəblərə görə deyirlər ki peyğəmbər mə`sum (günahsız) olmalıdır. Mə`sum, bir adətdir ki, onun sayəsində insan imanında möhkəm olur və Allaha qarşı günah etməkdən çəkinir.

MÖ`CÜZƏ

Peyğəmbərlər Allah-taalanın dinini və hökmlərini insanlar arasında yayırlar. Həmin səbəbdən peyğəmbərlik iddiası elə bir dəlillə (məs. mö`cizə) olmalıdır ki, o şəxsin sözünün doğruluğuna və Allah-taala ilə rabitəsinə tam şəkildə və şəkksiz dəlalət etsin.

Mö`cüzə: elə bir şey və ya hadisənin baş verməsidir ki, onunla peyğəmbərin peyğəmbərliyi sübuta yetir və adi insanlar o işi görməkdə acizdirlər.

Əgər peyğəmbərin peyğəmbərlik iddiası mö`cüzə ilə birgə olmasa, onda Allah-taalanın göndərdiyi həqiqi peyğəmbərlərlə, Müseyləmə və Əsvəd Ənəsi kimi özlərinə məqam qazanmaq niyyətində olan yalançılar, şöhrətpərəstlər və sairləri ayırmaq mümkün olmaz.

PEYĞƏMBƏRLƏRİN MÖ`CÜZƏLƏRİNDƏN NÜMUNƏ

1 – Allah-taalanın peyğəmbəri həzrət İbrahim (əleyhissalam)-ın zamanında Nəmrud adlı yolunu azmış bir kafir var idi. Elə ki, İbrahimin (əleyhissalam) peyğəmbərlik və Allah-taala yoluna təbliğat iddiasını eşidir onu çağıtdırır və ondan Allah-taalanın qüdrəti barəsində sorğu-sual edir. İbrahim (əleyhissalam) deyir: Allah-taala həm dirildir, həm də öldürür. Nəmrud cavab verir: Mən də həm dirildir və həm də öldürürəm. Bu mə`nada ki, ölüm hökmü oxunmuş bir şəxsi əfv edirəm və onu ölümdən azad edib diri saxlayıram. Amma, sağ insana da ölüm hökmü verib onu öldürürəm. Bu sözün müqabilində necə ki, Qur`anda nəql olunur, İbrahimlə (əleyhissalam) əhvalat belə olur:

 

  أَلَمْ تَرَ إِلَى الَّذِي حَآجَّ إِبْرَاهِيمَ فِي رِبِّهِ أَنْ آتَاهُ اللّهُ الْمُلْكَ إِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّيَ الَّذِي يُحْيِـي وَيُمِيتُ قَالَ أَنَا أُحْيِـي وَأُمِيتُ قَالَ إِبْرَاهِيمُ فَإِنَّ اللّهَ يَأْتِي بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِي كَفَرَ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

   “(Ya Rəsulum!) Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədinmi? (Və ya əhvalatını bilmirsən?) İbrahim: “Mənim tanrım həm dirildir, həm də öldürür”, – dediyi zaman, o (Nəmrud): “Mən də həm dirildir, həm də öldürürəm”, – demişdi. İbrahim ona: “Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!” – dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah zülm edənləri düz yola yönəltməz!”[8]

İbrahimin (əleyhissalam) sözü önündə mat qalıb cavab tapa bilməyən Nəmrud qərara alır ki, onu öldürməklə intiqamını alsın. Necə ki, bütün zalim və ədalətsiz hakimlərin adəti belədir. Qərara alır ki, İbrahimi (ə) odda yandırsın. Bununla həm ürəyi soyusun, həm də əhalini İbrahimin təbliğ etdiyi Allah-taalaya iman gətirməkdən qorxutsun. Çoxlu odun yığdırıb od vurur. İbrahimi (əleyhissalam) oda atdırır. Amma Allah-taala Nəmrudun yandırdığı atəşi İbrahimə (əleyhissalam) soyuq etməklə ona ölümdən nicat verir. Qur`an bu barədə belə nəql edir:

 

    قُلْنَا يَا نَارُ كُونِي بَرْداً وَسَلَاماً عَلَى إِبْرَاهِيمَ

 

“ Biz də: “Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! (Hətta soyuğun belə ona zərər yetirməsin!)” – deyə buyurduq.”[9]

Beləliklə, İbrahimin (əleyhissalam) bu şəkildə atəşin içindən xilas olması onun peyğəmbərliyinə dəlalət edən mö`cüzə sayılır.

 

2 – Allah-taala Öz peyğəmbəri həzrət Musa ibn İmranı (əleyhissalam)  Öz risaləti ilə Firon və tayfasına peyğəmbər göndərib onları Allah-taalaya ibadət edib iman gətirməsinə də`vət etdikdə ona bir neçə mö`cüzə də verdi. O mö`cüzələrdən ən mühümlərindən biri Musanın (əleyhissalam) əsası idi. Belə ki, Musa (əleyhissalam) əsanı yerə atdıqda o böyük bir əjdahaya çevrilib ətrafdakıları qorxudur. Firon elə başa düşür ki, bu hadisə Allah-taala tərəfindən yox, bəlkə də Musanın (əleyhissalam) öz sehridir. Ona görə də Misirdə olan bütün sehirbazları cəm edir və onlara əmr edir ki, Musanın (əleyhissalam) müqabilində bütün sehr və cadularını işə salsınlar. Onlar da əllərində olan aldadıcı iplərini və cadularını işə salır və kəndirlərinə sehr oxuyub əhalinin gözü önündə yerə atırlar. Bu kəndirlər əhalinin gözü önündə ilan şəkilində görünür. Bu zaman Musa (əleyhissalam) da əsasını yerə atır və əsa böyük bir əjdahaya çevrilib bütün bu ipləri və əşyaları udur. Elə ki, sehrbazlar bunu  görür anlayırlar ki, Musanın (əleyhissalam) bu işi sehr deyildir. Həqiqətən o, Allah-taala tərəfindən olan bir mö`cüzədir. Bununla da əhali və sehirbazların hamısı Musaya (əleyhissalam) inanır və Allah-taalaya iman gətirirlər.  Qur`an bu hadisəni belə nəql edir:

 

   فَلَمَّا جَاء السَّحَرَةُ قَالُوا لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْراً إِن كُنَّا نَحْنُ الْغَالِبِينَ (41) قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذاً لَّمِنَ الْمُقَرَّبِينَ (42) قَالَ لَهُم مُّوسَى أَلْقُوا مَا أَنتُم مُّلْقُونَ (43) فَأَلْقَوْا حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ الْغَالِبُونَ (44) فَأَلْقَى مُوسَى عَصَاهُ فَإِذَا هِيَ تَلْقَفُ مَا يَأْفِكُونَ (45) فَأُلْقِيَ السَّحَرَةُ سَاجِدِينَ (46) قَالُوا آمَنَّا بِرَبِّ الْعَالَمِينَ

    “Sehrbazlar gələn kimi Fir’ona dedilər: “Əgər biz (Musaya) qalib gəlsək, yəqin ki, bizə bir muzd (mükafat) veriləcək, elə deyilmi?” 42. (Fir’on) dedi: “Bəli! Və üstəlik siz (mənə) yaxın adamlar olacaqsınız!” 43. Musa onlara dedi: “(Sehr alətlərinizdən yerə) nə atacaqsınız, atın!” 44. Onlar iplərini və əsalarını yerə atıb: “Fir’onun şan-şövkətinə (qüdrətinə) and olsun ki, biz üstün gələcəyik!” – dedilər. 45. Bundan sonra Musa da əsasını (yerə) atdı. (Əsa) dərhal (bir əjdaha olub) onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu. 46. Sehrbazlar (bunu görən kimi) səcdəyə qapandılar. 47. Və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə! “[10]

 

3 – Allah-taala həzrət İsa (əleyhissalam)-ı peyğəmbər göndərdikdə o həzrətə İncil kitabını da vermişdir. Bundan əlavə İsa (əleyhissalam)-a bir sıra mö`cüzələrdə verilmişdi. Onlardan biri budur ki, əlacsız xəstələri, anadangəlmə korları, karları, müxtəlif əlacsız dəri xəstəliklərini sağaldır, ən başlıcası ölüləri dirildirdi. Həmçinin,  palçıqdan müxtəlif heyvanların cüssəsinin şəkilini düzəldib onlara üfürməklə Allah-taalanın izni ilə onlara can verirdi. Allah-taalanın izni ilə əhalinin evlərində nə və harda saxladıqlarını, nə etdiklərini qeybdən dəqiqliklə deyirdi.

Allah-taala Qur`anda bu hadisəni belə nəql edir:

 

     وَرَسُولاً إِلَى بَنِي إِسْرَائِيلَ أَنِّي قَدْ جِئْتُكُم بِآيَةٍ مِّن رَّبِّكُمْ أَنِّي أَخْلُقُ لَكُم مِّنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيْراً بِإِذْنِ اللّهِ وَأُبْرِئُ الأكْمَهَ والأَبْرَصَ وَأُحْيِـي الْمَوْتَى بِإِذْنِ اللّهِ وَأُنَبِّئُكُم بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ إِنَّ فِي ذَلِكَ لآيَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

      “Və onu İsrail övladına peyğəmbər göndərəcək. (İsa onlara deyəcək: ) “Mən, həqiqətən, Rəbbinizdən sizə mö’cüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər mö’minsinizsə, bunda bir dəlil vardır.”[11]

ƏQİDƏMİZ NƏDİR? (ON DƏRS) KITABI

 

 

 

 

 

 

 

 

 

 

DÖRDÜNCÜ DƏRS

 

HƏZRƏT MÜHƏMMƏD PEYĞƏMBƏRİN  (səlləllahu ələyhi və alehi və səlləm) MÖ`CÜZƏSİ

İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alehi və səlləm) insanları islam dininə də`vət etməsi bir sıra mö`cüzələrlə birgə olub. Onlardan bə`zilərinə işarə edirik:

1 – İslam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) insanları İslama də`vət edir və risalət vəzifəsini öhdəsinə alır. Müşriklər gördülər ki, Peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm) öz iddiasına israr edir və əshabı islamın yayılması və tövhid əqidəsini də`vətdən ötrü hər çətinliyə sinə gəlirlər.  Müşriklərin bütlərə ibadət etmələri, şirk qoşmaları və Peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm) və əshabına əziyyət vermələrinə baxmayaraq islam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) və əshabı öz təbliğ yollarında möhkəm dayanmışdılar. Müşriklər qərara gəlirlər ki, islam Peyğəmbərini (sələllahi əleyhi və alehi və səlləm), əshabını, əmisi Əbi Talibi, bəni Haşim övladlarını və bəni Əbdülmüttəlib övladlarını iqtisadi və ictimai cəhətdən sıxıntıda saxlamaqdan ötrü onları mühasirə şəraitində Şö`b əbi Talib adlı xüsusi bir yerdə saxlayırlar.  İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alehi və səlləm) peyğəmbər elan olunmasından altı il sonra bu qərara gəlirlər. Qureyş tayfasının böyükləri öz aralarında belə bir zalimanə əhd bağlayırlar ki, bu gündən sonra heç kim bəni haşim tayfası Məhəmmədi (səlləllahu ələyhi və alehi və səlləm) onlara öldürmək üçün təhvil verməyincə heç kimin ixtiyarı yoxdur ki, onlarla nə ticarət etsin, nə qız alsın və nə də qız versin. Yazdıqdan sonra qureyşin səkkiz nəfər böyük şəxsiyyətlərindən bu kağıza möhür də vururlar.  Bütün bunları mənsur ibni Əkrəmənin əli ilə yazırlar. (Allah onun əlini şil eləsin!)

Əhdnaməni yazdıqdan sonra be`sətin yeddinci ilində məhərrəm ayında Kə`bə evinin divarından asırlar. Lövhə üç il Kə`bənin divarından asılı qalır.  Bu üç il mühasirə müddətində Peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm) bəni Haşim və səhabələr çox şiddətlə əziyyət çəkirlər. Peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm), Əbu Talib və Xədicə bütün mal-dövlətlərini bu müddətdə xərc edirlər. Onlar gizlin şəkildə ikiqat qiymətinə çətinliklə də olsa qida məhsulları alıb müsəlmanlara çatdırırdılar. Bununla mühasirədə olanlar acından ölmürlər.

Bu arada həzrət Cəbrail (əleyhissalam)  Peyğəmbərə (əleyhissalam) nazil olur. Xəbər verir ki, Allah-taala qarışqa göndərir ki, Kə`bədən asılan o əhdnaməni yesin. Təkcə, Allah adı olan qismət  toxunulmamış qalır. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) bu xəbəri əmisi Əbu Talibə  çatdırır.

Əbu Talib  qureyşi cəm edib onları qorxudaraq belə deyir: Gedin yazdığınız o əhdnamıni gətirin! Bəlkə ona baxıb bizi mühasirədən çıxarasınız və öz qohum əqrabalarınızla silə-rəhm edib bu qəhətiçiliyi kəsəsiniz! Əhdnaməni gətirirlər. Əbu Talib müraciət edir: Təsdiq edirsiniz ki, bu sizin əhdnamənizdir? Cavab verirlər: Bəli! Soruşur: Bu əhdnaməyə əliniz dəyibmi? Deyirlər: Xeyr!

Əbu Talib cavab verir: Mühəmməd öz Allahından mənə xəbər verib ki, Allah-taala sizin yazdığınız əhdnaməni yeməkdən ötrü qarışqa yollayıb və Allah sözündən başqa orda nə varsa hamısını qarışqa yeyib. Deyin görüm əgər bu söz düzgün olsa nə edəcəksiniz? Cavab verirlər ki: Əgər belə olsa biz sizə qarşı olan bu əməlimizdən əl çəkəcəyik. Əbu Talib cavab verir: Əgər bu söz yalan olsa Məhəmmədi sizə verəcəm onu öldürə bilərsiniz! Cavab verirlər: Nə yaxşı insaflı və gözəl söz danışdın? Əhdnaməni gətirirlər. Qarışqa, “Bismillah” kəlməsindən başqa bütün yazıları yemişdi. Belə olan halda onlar fəryad çəkirlər: Bu ancaq bir sehrdir! Bu vaxt əhalidən böyük bir dəstəsi Bəni Haşim tayfasının müdafiəsinə qalxır və onları bu düşdükləri vəziyyətdən xaric edirlər. Bundan sonra bəni Haşim həmən yerə qayıtmırlar.[12]  Bu mö`cüzə səbəb olur ki, insanlardan bir dəstəsi İslama gəlsinlər.

2. –  İslam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) Mədinə şəhərinə hicrət edir. Əbu Bəkr də o Həzrətlə bir yerdə Məkkədən  Mədinəyə hərəkət edirlər. Qureyşdən bir dəstə atlı yollayırlar ki, Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) tutub Məkkəyə qaytarsınlar və öz nəzarətləri altında saxlasınlar. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) atlıları gördükdə Əbu Bəkrlə birlikdə Məkkə yaxınlığındakı Sur dağının mağarasına girirlər. Atlılar gəlib həmin mağaranın ağzanda Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm) axtarmağa başlayırlar. Bu  zaman Allah-taala bir hörümçək yollayır ki, mağaranın ağzana tor toxuyub üstündə otursun. Hörümçək ona ilham olunduğu kimi mağaranın ağzında tor qurub üstündə oturur. Atlılar mağaranın ağzında hörümçək toru görüb onun dağılmadığını müşahidə etdikdə fikirləşirlər ki, bu mağarada heç kim olmaz və mağaraya daxil olmurlar. Əgər mağaraya kimsə girsəydi sözsüz hörümçək toru dağılardı. Beləliklə atlılar məyus halda geri dönürlər.

Başqa bir mö`cüzə də budur ki, Süraqət ibni Cuşə`m Peyğəmbərin (səlləllahu ələyhi və alehi və səlləm) tutulmasına görə Müğeyrə tərəfindən qoyulmuş mükafatı almaqdan ötrü Məkkədən xaric olur və Peyğəmbəri (səlləllahu ələyhi və alehi və səlləm)  gəzməyə başlayır. Qureyş bu işə görə yüz dəvə mükafat təyin etmişdi. Məkkə ilə Mədinə arasında məsafə 470 km-ə çatırdı. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Əbu Bəkrlə mağaradan çıxdıqdan sonra Mədinəyə tərəf hərəkətə gəlirlər. Bu zaman möhkəm silahlanmış Süraqə ilə üzbəüz olurlar. Bu halı görən İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Allaha belə dua edir: İlahi! Necə istəyirsənsə elə də Süraqənin şərrini məndən uzaqlaşdır. Elə bu zaman Süraqənin atının ayaqları axıra qədər quma batır. Suraqə fəryad çəkir: Ya Mühəmməd! Mən bilirəm ki, mənim atımın ayaqlarının batması sən tərəfdəndir. Allahdan istə atımın ayaqlarını çıxartsın. Canıma and olsun ki,  məndən sizə xeyir gəlməsə də, şərr gəlməz!

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Allaha dua edir. Allah-taala atın ayaqlarını qumdan azad edir. Süraqə sözünün üstündə durmayıb təzədən Peyğəmbərə (səlləllahu əleyhi və alehi və səlləm) tərəf hücum etmək istəyir. Yenidən atının ayaqları axara qədər quma batır. Bu halət üç dəfə təkrar olur. Hər üç dəfədə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) dua edir at batır və təzədən dua edir at qumdan çıxır.

Süraqə peşiman halda Məkkəyə gəlir və bu halı qureyşə xəbər verir. Lakin onun sözünü qəbul etmirlər. Xüsusilə Əbu Cəhl onu daha çox inkar edir. Süraqə isə onun cavabında bu məzmunda ərəbcə bir şe`r söyləyir:

 

Ey əba Həkəm əgər özün orda olub şahid olsaydın,

Atımın ayaqlarının yerə necə batmasını görsəydin,

Özün bilərdin və şəkkin olmazdı ki, həqiqətən, Mühəmməd,

Peyğəmbərdir, sübutu var, nəyə görə onu inkar edirsiniz?[13]

 

Bu iki hadisə Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) Məkkədən Mədinəyə hicrət etdiyi zaman baş vermiş hadisədir və o həzrətin Peyğəmbərliyinə dəlalət edən dəlillərdəndir.

İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) bütün bu hadisələrdən ən mühüm mö`cüzəsi Qur`ani-kərim sayılır. Və bu mö`cüzə Qiyamətə qədər qalan mö`cüzədir.

 

ƏQİDƏMİZ NƏDİR? (ON DƏRS) KITABI

 



[1] Fussilət surəsi, 53-cü ayə.

[2] Ənbiya surəsi, 22-ci ayə.

[3] Fatir surəsi, 15-ci ayə.

[4] Nisa surəsi, 40-cı ayə.

[5] Duxan  surəsi, 38-39-cu ayə.

[6] Əhzab surəsi, 40-cı ayə.

[7] “Ulul-əzim” yə`ni böyük əzəmət və şəriət sahiblər deməkdir. (tər.)

[8] Bəqərə surəsi, 258-ci ayə.

[9] Ənbiya surəsi, 69-cu ayə.

[10] Şüara surəsi, 41-47-ci ayələr.

[11] Ali-İmran surəsi, 49-cu ayə.

[12] Yə`qubi-Tarixi. Cild-1.səh-32

[13] Usul-Kafidən, cild-8, səh-263. Yə`qubi-Tarixi, cild-2, səh-40.


more post like this