Peygemberin Olu olmasi hakda bu Ayeni getirir (Ya Petgember) sen de oleceysen onlarda olecey ) , ve bashga bir ayede Peygember olse ve yaxud oldurulse siz gerimi doneceysiz? bu ayeleri delil kimi getirir ki Peygember oludu. xaish edirem buna cavab yazardiz. Teshekkur
Cavab:
Qurani-kərimdə “Fatir” surəsinin 22-ci ayəsində oxuyuruq: ” Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara öz sözünü eşitdirə bilməzsən”. Yuxarıda qeyd edilən ayəyə əsasən iki sual qarşıya çıxır: 1- Allah-taala Peyğəmbərinə (s) ” Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara öz sözünü eşitdirə bilməzsən” dediyi halda, məşhur bir hədisdə oxuyuruq: “Peyğəmbər (s) “Bədr” döyüşündən sonra kafirlərin cəsədlərinin bir çalaya tökməsini əmr etdi. Sonra onları səsləyərək buyurdu: “Siz Allahın və onun rəsulunun vədələrinin haqq oduğunu gördünüzmü? Mən ki, Allanın mənə vərdiyi vədəsinin haqq olduğunu gördüm”. Bu zaman Ömər etiraz edərək dedi: “Ey Allahın rəsulu (s), bədənlərində ruhu olmayan cəsədlərləmi danışırsınız?” Allahın rəsulu (s) buyurdu: “Sz mənim sözlərimi onlardan yaxşı eşitmirsiniz. Yalnız onların cavab vermək gücü yoxdur”. (“Nurul bəyan” təfsiri, Fatir, 22-ci ayənin şərhi; “Səhihi Buxari”də eyni hədis az bir fərqlə qeyd edilmişdir. (“Səhihi Buxari”, c. 5, səh. 97, bab. “Qətle Əbu Cəhl”) 2- Meyyitə səhih etiqadı təlqin etmək dini rəsmdir. Bu, məlum ayə ilə necə uyğun gəlir? Məlum ayədə ölü şəxslərin təbii və adi halda insanların səsini eşitməməsindən söz açılır. Lakin “Bədr” hadisəsi və ya meyyitə təlqin etmək qeyr-adi şəraitə aiddir və Allah-taala qeyri-təbii halda öz peyğəmbərinin səsini ölülərin qulağına çatdıdır. Başqa ifadə ilə desək, Bərzəx aləmində olan insanların dünya ilə əlaqəsi kəsilir. Lakin müstəsna hallarda Allahın əmri ilə bu əlaqə yarana bilir. Buna görə də addi halda biz ölülər ilə əlaqə yarada bilmirik. 3- Əgər ölülər bizim səsimizi eşitmirlərsə, Peyğəmbər (s) və imamlara (ə) salam vermək və onlara təvəssül etmək, qəbirlərini ziyarət etmək və Allah dərgahında onlardan şəfaət istəməyin nə mənası var? Bu sualın cavabı ikinci suala verdiyimiz cavabla aydınlaşır. Çünki, Peyğəmbər (s) və İlahi övliyalar digərləri ilə fərqlənir. Onlar şəhidlər kimi və hətta onlardan daha üstündürlər, Allahın izni ilə bu dünya ilə əlaqələrini qoruyub saxlayırlar. Necə ki, bu dünyada ölülər ilə- “Bədr” döyüşündə olduğu kimi- əlaqə yarada bilirdilər. Bu səbəblərə görə, Əhli-sünnə və Şiə kitablarında qeyd edilən bir çox rəvayətlərdə oxuyuruq: Peyğəmbər (s) və imamlar (ə) onlara salam verən şəxslərin yaxında və uzaqda olmasına baxmayaraq, səslərini eşidir və onlara cavab verirlər. Hətta ümmətin əməllərini onlara təqdim edirlər.(“Kəşfül-irtiyab”, səh. 109) Habelə, bizə əmr olunub ki, namazın salamında Peyğəmbərə (s) salam verək. Şiə və sünnü olmasından aslı olmayaraq, bütün müsəlmanlar bu əqidəyə malikdirlər. Mümkündürmü biz Peyğəmbərə (s) müraciətlə salam verək, o isə heç vaxt bizim səsimizi eşitməsin? “Səhihi Müslim”də müxtəlif rəvayətlərdə Peyğəmbərdən belə nəql olunub: “Ölülərinizə “La ilahı illə Allah”ı təlqin edin”. (Səhihi-Müslim, c. 2, səh. 631, “Əl-Cənaiz”, h. 1-2).

Sual:
(2 Salam aleykum.Emevi kim olmuwdur ki, bu sulalelinin hakimiyyeti emeviler adlanir?
Cavab:
Qureysh soyundan olan Beni-Umeyye hicri teqvimile 41-132-ci iledek İslam dunyasina hakim olmushlar. Beni-Umeyyenin ulu babalari Umeyye ibn Ebd Shemsdir. O, Osman ibn Effanin ve Muaviye ibn Ebi Sufyanin babasidir. Umeyye ibn Ebd Shems barede yaliniz bir-iki revayet movcuddur.

Sual:
(3 salam! 1) Qadin ve kisi namazlarinda ne kimi ferqler var? 2) Bezen insandan dini sual ve ya hokm sorusurlar. Ele olur bu hokmler muxtelifdi. Insan utanmadan birbasa hemin suala cavab vermeyi duzgundu?
Cavab:
Namaz qilarken qiyam halinda qadinin ayaqlarinin birleshdirmesi, kishinin ise bir qeder (3 barmaq ve ya bir qarish) arali qoymasi mustehebdir.

Kishi subh, sham ve isha namazlarini bir qeder ucadan, qadin ise astadan qilir.

Ruku halinda kishinin ellerini dizleri uzerine, qadinin ise budlari uzerine qoymasi mustehebdir.

Secdeye gederken qadinin once oturmasi ve sonra secdeye getmesi mustehebdir.

Secde halinda qadinin dirseklerini, qarnini yere qoymasi, butun uzvlerini bir-birine yapishdirmasi mustehebdir. Lakin kishinin dirseklerini ve qarnini yere qoymamasi ve dirseklerini bedenlerine yapishdirmamasi mustehebdir.

haqyolu.com


more post like this