Salavat zikr etməyin dünyəvi və uxrəvi xüsusiyyətləri çoxdur. Nümunə olaraq istəklərin həyata keçməsi (“Kafi”, c. 2, səh. 493), Qiyamətdə həzrət Peyğəmbərə (s) yaxın olmaq (“Came əl-əxbar”, səh. 67), günahların tamamilə bağışlanılması (“Səvab əl- Əmal”, səh. 184), qəbrin işıqlanması (“Qurb əl-isnad”, səh. 12) və s. qeyd etmək olar.
Şübhəsiz, bir zikrin iksir xarakterli olması qeyi-adi deyil. Lakin nəzərə çarpır ki, salavat üçün xatırlanan bütün keyfiyyətlər təkcə bir səbəbdir. Yəni kamala gedən yolun bütün maneələrini ortadan qaldıran, gözəl əməllər görən, dərin imanlı şəxslər üçün salavatın məlum təsirləri ola bilər. Lakin bu o demək deyil ki, hər bir şəraitdə zikr edilən salavat bütün günahların bağılanmasına səbəb olur. NUR-AZ.COM


more post like this