Həzrət Əli (ə) bu mübahisəni həll etmək üçün bu on yeddi dəvəyə bir dəvə əlavə etdi. Bu qayda ilə birinci şəxsə doqquz dəvə, ikinci şəxsə altı dəvə, üçüncü şəxsə isə iki dəvə düşdü. Həzrətin əlavə etdiyi dəvə isə yerdə qaldı. Beləcə, böyük mübahisəyə səbəb olmuş məsələ asanlıqla həll oldu. İndi sual olunur ki, artırılmış dəvə yerdə qaldığı halda hər üç şəxs öz payını necə aldı ki, artıqlamasıyla aldı?
Cavab: Bəli, əgər on yeddi dəvə ikiyə bölünsəydi, birinci şəxsə səkkiz dəvə düşməzdi. Eyni qayda ilə on yeddi dəvənin üçdə biri altı dəvə etmirdi. Üçüncü şəxsin də payı bu sayaq artıq oldu. Məlum olur ki, mübahisə edən üç şəxs on yeddi yox, daha az dəvələrin bölünməsinə çalışırmışlar.
Bir mal neçə hissəyə bölünmüşsə, həmin hissələr toplandıqda bir alınmalıdır. Dəvələri bölmək istəyənlər anlamırdılar ki, onların istədikləri pay üst-üstə toplandıqda vahid alınmalıdır. İmam isə bir dəvə artırmaqla payların cəmini vahidə çatdırdı. Bu adamlar anlamırdılar ki, onların bölgüsündən sonra on yeddi dəvədən hansısa bir hissə artıq qalasıdır. Həzrət bir dəvəni artırmaqla onların nəzərdə tutmadıqları hissəni də tələblər nisbətində böldü. Bu məsələnin həllində ən maraqlı nöqtə Həzrət Əlinin (ə) bir dəvə əlavə etməklə 17 dəvəni üç nəfərə qalıqsız bölməsi oldu.
Nur-az.com


more post like this