Cavab: Salam olsun haqq yolda olanlara!
Naməhrəmdən uzaqlaşmaq üçün əvvəlcə özünüz iradəli olmalı və bu işə ciddi yanaşmalısız. Buna müqəddimə olan işlərdən belə çəkinməlisiz, məsələn mənasız yerə naməhrəm olan yerlərə getməməli və internetdə naməhrəmlə dosluq yaratmamaq, naməhrəmlə qarşılaşanda Allahı yada salın və zikr edin və s.
Bu barədə bir neçə hədisi xatırladırıq:
«Günahın kiçikliyinə baxma; bax, gör kiminlə müxalifətçilik edirsən. Peyğəmbər (s) buyurur: Ey Əbuzər! Mömin insanın öz günahı üçün keçirdiyi iztirab və narahatçılıq, tələyə düşmüş quşun qorxu və həyəcanından daha çoxdur».
İmam Sadiq (ə) buyurmuşdur: “Naməhrəm qadını görüb gözünü səmaya qaldıran və ya yuman kəs gözünü dolandıranadək izzət və cəlal sahibi olan Allah ona hurul-eynlə izdivac buyurar.”
İmam Sadiq (ə) buyurmuşdur: “ (Naməhrəmə) baxmaq şeytanın zəhərli oxlarından olan bir oxdur. (Qiyamətdə) həsrət
və qəm-qüssə ilə uzanası baxış nə çox!”
“Həzrət Əli (ə) qadınlara salam verirdi. Amma gənc qadınlarla salamlaşmaqdan çəkinirdi. Buyurardı ki, gənc qadınların səsinin məni həyəcanlandıracağından və günаha düşəcəyimdən qorxuram. Bunun zərəri salam verməyin mükafatından böyükdür.”
Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “(Naməhrəmə) baxmaq şeytanın zəhərli oxlarından biridir.Kim (naməhrəmə) baxmasa, Allah ona ilahi xof səbəbindən bir iman əta edər ki, qəlbində onun şirinliyini duyar.”

Bir qılınc düzəldək tiyəsi polad
Çalaq gözlərə ki, qəlb ola azad.

İmam Baqirdən (ə) belə bir rəvayət nəql olunmuşdur:
Mədinəli cavan oğlan yolda bir qadınla rast-laşır. (Həmin vaxtlar qadınlar baş örtüklərini qulaqlarının arxasından bağlayırdılar. Bu halda boyun və sinənin bir hissəsi açıqda qalırdı.)
Qadının açıq boyun-boğazını görən cavan oğlan diqqətini ondan çəkə bilmədi. Cavan oğlan gedə-gedə qadının ardınca baxırdı. O, belə bir halda ensiz dar bir küçəyə daxil oldu. O, qadını sanki öz nəzərləri ilə müşayiət edirdi. Elə bu vaxt oğlanın üzü divara dəydi. Divardakı iti bir daş qırığı onun üzünü parçaladı. Beləliklə, o bu haram əməlinin cəzasını aldı.
Qadın artıq onun gözləri önündən yox olandan sonra cavan oğlan bir an özünə gəldi. Elə bu vaxt üzündən qan axdığını və üst-başının qana bulaşdığını görüb öz-özünə dedi:
And olsun Allaha! Peyğəmbərin (s) yanına gedib bu macəranı ona danışacağam.
Peyğəmbər (s) cavan oğlanın üz-gözünü qanlı görüb soruşdu: Nə olub? Bu nə haldır?
Oğlan başına gələnləri Peyğəmbərə (s) danışdı.
Elə bu vaxt Cəbrayıl (ə) Allah tərəfindən nazil olub “Möminlər” surəsinin 30 və 31-ci ayələrini Peyğəmbərə (s) nazil etdi: “Şübhəsiz ki, bunda (insanlar üçün) ibrətlər vardır. Həqiqətən, Biz (bəla, müsibət göndərməklə bəndələrimizi) imtahana çəkirik! Onlardan sonra başqa bir nəsil yaratdıq.”
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this