İslamda ədəbiyyata, konkret olaraq incəsənətə normal münasibət var. Bir çox İslam öncülləri, tanınmış dini alimlər şier yazmışlar. Lakin sənət adamları haqqı deməli, yersiz tərif, yaltaqlıqdan uzaq olmalıdırlar. Qurani-kərim yalan, uydurma məsələləri qabardan şairləri məzəmmət edərək deyir. “Şüəra” (Şairlər) surəsində oxuyururq: “Şairlərə gəlincə, onlara yalnız azğınlar uyar! Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? Və onlar etmədikləri şeyləri deyirlər! Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! ” (“Şuəra”, 224-225-226-227) NUR-AZ.COM


more post like this