islamic mənbələri

    1. home

    2. article

    3. Bid’ət

    Bid’ət

    Bid’ət
    Rate this post

     

    215.Bidət qoymaq

    735.Allahın Peyğəmbəri (s):«Ən pis iş yeni ortaya çıxan və əvvəlcə misli görünməmiş işdir. Bilin! Hər bir bid’ət azğınlıqdır. Bilin! Hər bir azğınlığın sonu oddur.»[1]

    736.Allahın Peyğəmbəri (s):«Məbada bid’ət bir sünnə yaradasan. Çünki əgər bəndə pis bir sünnə və adətin təməlini qoysa, onun günahı və ona əməl edənin günahı onun boynunadır.»[2]

    737.İmam Əli (ə):«Qoyulan hər bir bid’ətə görə bir sünnə tərk edildi. Bid’ətlərdən çəkinin və aydın yolu tutun! Ən yaxşı iş keçmişi olan işdir. Onların ən pisi isə yeni yaranan və keçmişi olmayandır.»[3]

    738.İmam Əli (ə):«Bid’ətlər kimi heç nə dini viran və məhv etməyib.»[4]

     

    216.Bidət qoyanlar

    739.Allahın Peyğəmbəri (s):«Bid’ət qoyanlar insanların və yaradılmışların ən pisidir.»[5]

    740.Allahın Peyğəmbəri (s):«Bid’ət qoyanlar od əhlinin itləridir.»[6]

     

    217.Bidətin mənası

    741.İmam Əli (ə):«Bid’ət qoyanlar Allahın əmri, Onun Kitabı və Peyğəmbəri ilə müxalifət edərək öz rə‘y və nəfsi istəkləri əsasında əməl edənlərdir, hərçənd ki, belələrinin sayı çoxdur.»[7]

    742.İmam Sadiq (ə):«Aralarında daha savadlı və alim ola-ola camaatı özünə tərəf çağıran kəs azğın bid’ətçidir.»[8]

     

    218.Bidət qoyandan üz döndərmək

    743.Allahın Peyğəmbəri (s):«Kim nifrət və ədavətlə bid’ət qoyandan üz döndərsə Allah onun qəlbini rahatlıq və imanla doldurar.»[9]

    744.Allahın Peyğəmbəri (s):«Bidət qoyan şəxsin üzünə təbəssüm edən kəs öz dininin məhv edilməsinə kömək edib.»[10]

     

    219.Bidət qoyan ibadət

    745.Allahın Peyğəmbəri (s):«Şeytan bid’ətə əməl edən şəxsi ibadətlə tək qoyar və ona itaətkarlıq hissi və göz yaşları verər.»[11]

     

    220.Bidət qoyanların əməllərinin batil olması

    746.Allahın Peyğəmbəri (s):«Sünnəyə əsaslanan az əməl bid’ətlə olan çox əməldən daha yaxşıdır.»[12]

    747.Allahın Peyğəmbəri (s):«Allah bid’ət qoyanın tövbəsini qəbul etməz.»[13]

     

    221.Bidət yaranan zaman alimlərin vəzifəsi

    748.Allahın Peyğəmbəri (s):«Ümmətimin arasında bid’ətlər yaranan zaman alim öz elmini üzə çıxarmalıdır. Kim belə etməsə, Allahın Lənəti olsun ona!»[14]

     

     

     

    Mizanulhikmətin (xülasəsi)I cild

     



    [1] Əmali-Mufid, səh.188, hədis 14

    [2] Biharul-Ənvar, c.77, səh.104, hədis 1

    [3] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.9, səh.93

    [4] Biharul-Ənvar, c.78, səh.92, hədis 98

    [5] Kənzul-Ummal, hədis 1095, 1126

    [6] Kənzul-Ummal, hədis1125

    [7] Kənzul-Ummal, hədis44216

    [8] Tuhəful-Uqul, səh.375

    [9] Kənzul-Ummal, hədis 5599

    [10] Biharul-Ənvar, c.47, səh.217, hədis 4

    [11] Biharul-Ənvar, c.72, səh.216, hədis 8

    [12] Əmali-Tusi, səh.385, hədis 838

    [13] Biharul-Ənvar, c.72, səh.216, hədis 8

    [14] əl-Kafi, c.1, səh.54, hədis 2

    al� l:js�^,0O(style=’mso-footnote-id: ftn3′ href=”#_ftnref3″ name=”_ftn3″ title=””>[3] Kənzul-Ummal, hədis 34615

     

    [4] Biharul-Ənvar, c.60, səh. 299, hədis 5

    [5] Zariyat, ayə 56

    [6] Hud, ayə 118, 119

    [7] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.3, səh.108

    [8] Biharul-Ənvar, c.23, səh.83, hədis 22

    [9] Biharul-Ənvar, c.10, səh.167, hədis 2

    [10] Nurus-Səqəleyn, c.2, səh.404, hədis 250

    [11] Nisa, ayə 28

    [12] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid,c.20, səh.62

    [13] Ğurərul-Hikəm, hədis 2089