Quranda nese bir aye variydi deyesen ki Allah hamidan ehd alibdir. Onun bununla baqliliqi varmi nese? Allah razi olsun elminizi bolushduyunuz uchun. Salam Aleykum
Cavab:
Bismillahir-rəhmanir-rəhim.
Sizə Allahın salam və rəhməti olsun.

“Mən xəlq olmaq istəmirdim. Allah məni niyə xəlq edib ki, günah edib cəhənnəmə gedim?”, – bu və s. suallar qarşımıza çıxa bilər. Biz oxşar sualların üstündən ötəri adlamaq əvəzinə, onlara doğru və məntiqli cavab tapmağa çalışmalıyıq.
“Mən xəlq olmaq istəmirdim” iddiası kökündən yanılışdır. Ona görə ki, əslində “mən” olmamışam ki, xəlq olmağı və ya olmamağı istəyə bilim. Belə isə “Mən xəlq olmaq istəmirdim”, – demək düzgün deyil. Əslində iddia belə olmalıdır: “Mən hazırda var olmağımla razı deyiləm.”
Şübhəsiz, belə bir insan yoxdur ki, var olmağı istəməsin. Əksinə hamı var olmağı və bu varlığı bəxş edəni sevir. Ona görə ki, Xaliq varolma sevgisini insanın qəlbində yaratmışdır. Bu insanın mahiyyətidir və heç vaxt dəyişməz.
Kim qara torpaqdan ağıllı, gözəl, mütərəqqi bir varlığa çevirlməyi, yer üzündə Allahın xəlifəsi olmasını istəməz? Ona görə də “Mən var olmağıma qarşıyam” iddiası bizim mahiyətimizə ziddir və bu, yalnız bizə aşılanan yanlış fikirdir.
“Allah məni niyə xəlq edib ki, günah edib cəhənnəmə gedim?”, – fikri də yanlışdır. Allah bizi günüh edib cəhənnəmə getmək üçün xəlq etməyib. Allah-taala heç bir yerdə belə buyurmadığı halda biz niyə Onun adından belə bir yanlış fikri deviz seçməliyik? Allah bizi xəlq edibdir ki, biz yer üzündə onun nümayəndəsi, təcəllası, sevimlisi, aşiqi olaq. Bu təkamülə çatmaq üçün müəyyən bir yolu qət etmək lazımdır. Bun üçün də qanuna, qanunu şərh verənə, bələdçiyə, ülgüyə, rəhbərə ehtiyac duyulur. Bütün bunları Allah öhdəsinə götürür və icra eidr. Bizdən yeganə istəyi isə göstərişlərinə əməl etmək və bu yolu adlamaqdır. Əgər yolu adlayarkən hansısa səhvlər edəcəyiksə, Allah onları da bağışlayır, sanki heç nə olmamış kimi bizimlə rəftar edir. “Ali-İmran” surəsində deyilir: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.”
Amma doğru yolun əksinə gedib günah işlədənlərsə özləri-özlərinə zülm edir.

 

haqyolu.com


more post like this