Cavab: “Fəth” surəsinin 18-ci ayəsində buyurulur:
“Allah (Hüdeybiyyədə) ağacın altında səninlə beyət edərkən möminlərdən razı oldu və onların qəlbən vəfalılıqları və ixlasları aydın oldu. Allah onlara vüqar və təmkinlik nazil etdi və onlara yaxın olan fəthi müqdə verdi.”
Bu hadisədən sonra oradan qayıdan müsəlmanlardan bəziləri təbərrük üçün o ağacın altında namaz qılıb, Alalha şükür edirdilər ki, o ağacın səbəbi ilə onları arzularına çatdırdı. (Məkkə fəth olundu və müsəlmanlar həcc mərasimini yerinə yetirə bildilər.)
Ömərin xilafəti dövründə ona xəbər verdilər ki, müsəlmanlar həmin ağacın altında namaz qılırlar. Dərhal göstəriş verdi, o ağacı dibindən kəsdilər. Sonra dedi: Bundan sonra hər kəsi o ağacın altında namaz qıldığı üçün mənim yanıma gətirsələr mürtəd olan kəslər kimi qılıncla boynunu vuracağam.
Peyğəmbər (s) Nəcd diyarı barəsində buyurmuşdur: “Şeytanın buynuzları oradan çıxacaqdır.”
Bu, mənfur vəhhabi məsləkinə işarədir. Bu firqə hal-hazırda Hicaz (Ərəbistan) hökumətinin rəsmi dövlət məzhəbidir. Bu əqidə əsasında məsum imamların, səhabələrin, tabeinin, sünnü və şiə alimlərinin qəbirlərini dağıtmış, yerlə yeksan etmişlər. Onlar belə təsəvvür edirlər ki, qəbrə hörmət bəsləmək şirkdir. Elə bu təsəvvürü də Ömər həmin ağacın altında namaz qılmaqla əlaqələndirirdi.[4521]
[4521] “Ənnəssu vəl-ictihad” kitabından
NUR-AZ.COM


more post like this