islamic mənbələri

    1. home

    2. article

    3. Bey‘ət

    Bey‘ət

    Bey‘ət
    Rate this post

    274.Beyət

    Quran:

    «Sənə bey‘ət edənlər şübhəsiz ki, Allaha bey‘ət edirlər. Allahın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (bey’əti) pozsa, ancaq öz əleyhinə pozmuşdur. Kim Allah ilə bağladığı bey’ətə vəfalı olsa, tezliklə Allah ona böyük bir mükafat verər.»[1]

    «Allahla əhd bağladığınız zaman ona vəfalı olun və andlarınızı möhkəmləndirdikdən sonra onları pozmayın.»[2]

    Hədis:

    928.Əli ibn İbrahim:«Həqiqətən Allah möminlərdən razı oldu»[3] ayəsi «rizvan» (razılıq) bey’əti barəsində nazil oldu və bey’ət edənlərlə şərt kəsdi ki, Peyğəmbərin işlərinə irad tutmasın və onun əmrlərindən boyun qaçırmasınlar. Allah-taala «rizvan» (bey’əti) ayəsi nazil olduqdan sonra buyurdu:«Səninlə bey‘ət edənlər…..»[4]

    929.Sələmə ibn əl-Əkvə «Hüdeybiyyə günü Peyğəmbərlə hansı işə görə bey’ət etdiniz?» sualının cavabında deyib:«Ölümə görə!»[5]

     

    275.Qadınların beyəti

    Quran:

    «Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı, bəyənilən işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə bey’ət etmək üçün yanına gəldikləri zaman onların bey’ətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən Allah bağışlayan və rəhm edəndir.»[6]

    Hədis:

    930.İmam Cavad (ə):«Allahın Peyğəmbərinin qadınlarla bey’əti belə idi ki, o Həzrət əlini içində su olan bir qabın içinə qoyub sonra çıxarardı və qadınlar Allaha olan imanlarını (dildə) iqrar və aşkar etməklə, Onun peyğəmbərini təsdiqləməklə əllərini həmin qabın içinə salardılar.»[7]

    276.Beyəti pozmaq

    931.Allahın Peyğəmbəri (s):«Allah üç nəfərlə danışmayacaq …. (Onlardan biri də) öz imam və rəhbəri ilə dünyəvi məqsədlər üçün bey’ət edən şəxs. Əgər (imamı onun) istəyini yerinə yetirsə əhdinə vəfa edir, yerinə yetirməsə isə əl çəkir.»[8]

    932.İmam Əli (ə):«Həqiqətən Bərzəx aləmində Həsinə adında bir şəhər var. Məndən həmin şəhərdə nə olmasını soruşmaq istəmirsiniz?» Dedilər:«Ey Əmirəl-möminin, o şəhərdə nə var?» Buyurdu:«Bey’ətlərini pozanların əlləri!»[9]

    933.İmam Rza (ə):«Bey’ətini pozan şəxs pis hadisədən amanda deyil.»[10]

     

    277.Müsəlmanların imam Əli ilə beyəti

    934.İmam Əli (ə):«Camaat! Siz məndən əvvəlkilərlə bey’ət olunduğu kimi mənimlə də bey’ət etdiniz. İnsanlar bey’ət edəndən qabaq azad və ixtiyar sahibidirlər. (Amma bey’ət etdikdən sonra mənə tabe olmaq məcburiyyətindədirlər.)»[11]

    935.İmam Əli (ə) «Təlhə və Zübeyr ilə nə üçün vuruşurdun?» sualının cavabında buyurmuşdur:«Çünki mənimlə olan bey’əti pozdular və mənə tabe olan möminləri öldürdülər.»[12]

    936.İmam Əli (ə):«Mənə bey’ət etmək üçün gölməçənin ətrafına toplaşan susuz dəvələr kimi şövqlə ətrafıma toplaşdınız.»[13]

     

     

     

     

     

     

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild



    [1] Fəth, ayə 10

    [2] Nəhl, ayə 91

    [3] Fəth, ayə 18

    [4] Təfsir Qumi, c.2, səh.315

    [5] səhih-Müslim, hədis 1760

    [6] Mumtəhinə, ayə 12

    [7] Tuhəful-Uqul, səh.457

    [8] əl-Xisal səh.107, hədis 70

    [9] Biharul-Ənvar, c.67, səh.186, hədis 7

    [10] Biharul-Ənvar, c.67, səh.186, hədis 4

    [11] əl-İrşad, c.1, səh.243

    [12] Nəhcüs-Səadə, c.1, səh.375

    [13] əl-İrşad, c.1, səh.260