Bəli! Əksər valideynlər uşaq pis iş görənə də ona diqqət göstərmirlər. Onlar öz övladlarına vaxt ayırmır, demək olar ki, yalnız öz problemləri ilə məşğul olurlar. İnanın ki, valideynin diqqətinə ehtiyaclı olan körpə məhz bu diqqəti cəlb etmək üçün pis işə əl atır. Məsələn, iməkləyən körpə sizin ona fikir vermədiyinizi görüb, əlindəki şeyi hara gəldi çırpır. Yalnız onun bu hərəkətindən sonra siz onunla məşğul olursunuz. Başqa bir misal: qucağında körpəsini tutduğu halda telefon söhbətinə şirnikən ana, demək olar ki, öz körpəsini unudur. Bu vaxt körpə ananın diqqətini özünə cəlb etmək üçün əlindən gələn bütün pis işlərə əl atır.
Körpəsini yalnız hədiyyə ilə sevindirmək istəyən valideyn körpəni başqalarına qarşı biganə edir. Amma məhəbbət təmənnalı körpə ətrafına diqqətli olur və istənilən bir adamdan məhəbbət gözləyir. Bəli, məhəbbət həyatın ən böyük dərsidir. “Hədiyyə” üsulu isə insani dəyərləri aradan qaldırır, tamahkarlığı gücləndirir. Övladlarınıza sevgini tanıtdırın. Bunu bacarsanız o sizə və başqalarına qarşı diqqətli olacaqdır.


more post like this