islamic mənbələri

    1. home

    2. article

    3. BEHİŞTİN DÖRD BULAĞI KİMİN ÜÇÜNDÜR?

    BEHİŞTİN DÖRD BULAĞI KİMİN ÜÇÜNDÜR?

    BEHİŞTİN DÖRD BULAĞI KİMİN ÜÇÜNDÜR?
    Rate this post

     

     

     

    “Təqvalılara vəd edilmiş cənnətin vəsfi (belədir): Orada dad və ətiri qaçmamış sudan çaylar, tamı dəyişməmiş süddən çaylar, içənlər üçün büsbütürn ləzzət olan şərabdan çaylar və saflaşdırılmış baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və həmçinin Rəbbləri tərəfindən bağışlanma vardır. (Məgər bunlar) odda əbədi qalacaq və bağırsaqlarını parçalayan su içirdiləcək kəslər kimidirlər?!” (“Muhəmməd” surəsi, 15).

     

    Allah bu ayədə behiştin bir neçə nemətlərindən bəhs edir ki, onlardan bu dünyada da vardır. Bu ayədə Allah bildirmək istəyir ki, siz bu nemətləri tanıyırsınız, ancaq onlar bu dünydakından da ali və yüksək dərəcədədir. Bu nemətlər içərisində dörd bulaq xüsusi diqqəti cəlb edir. Bu bulaqlar İlahi nemətin nümunələridir.

     

    Su: susuzluğu aradan aparmaq üçün. Halal şərab: ləzzət bəxş edər.

     

    Süd: aclığı aradan aparmaq üçün. Bal: güc və sevinc gətirən.

     

    Göründüyü kimi, bu dörd bulağın hər biri Allahın mühüm nemətlərindəndir. Bu nemətlərdən yer üzərində də vardır. Bir fərqlə ki, behiştin şərabı insanı məst etmir, ona ləzzət bəxş edir.Yəni dünyada olan nəcis şərabın xüsusiyyətlərinə malik deyildir. Bu bulaqların hər biri nemətdir. Bu dünyadakı bulaqlar adətən sudan olurlar.

     

    Təsəvvür edin ki, süddən, baldan və halal şərabdan axan bir bulaq vardır. Su bir qədər qalandan sonra iyini və dadını dəyişir, ancaq behişt suyu çox sərin, dadlı və xarabolmayandır. Süddən axan bulaq da onun kimi xarab olmur və həmişə təzə və xoşməzzədir. Bal bulağı xalis baldandır və ona heç bir əlavələr edilməmişdir.

     

    Allah bu ayədə nemətlərin adını çəkəndən sonra ən üstün nemət olan İlahi məğfirətin də adını çəkir. Yəni, Allah onlardan razıdır və rəhmətini onlara şamil etmişdir. Dünyada işlətdikləri günahı üzlərinə vurmaz. Təqva əhli də Allahın İlahi lütf və fəzlindən razıdırlar. Həzrət Peyğəmbər (s) buyurur: “O gecə ki, məni yuxarıya apardılar, bütün behişti mənə göstərdilər, orada dörd bulaq gördüm. Sudan olan bulaq, süddən olan bulaq, şərabdan olan bulaq və baldan olan bulaq. Cəbrailə (ə) dedim ki, bu bulaqlar haradan gəlir və hara gedir? Dedi ki, Kövsər hövuzuna tərəf gedir. Ancaq bilmirəm ki, haradan gəlir. Allahdan istə ki, səni onun məbdəsindən agah etsin. Ya da bulaqların axdığı qaynağı sənə göstərsin”. Həzrət Peyğəmbər (s) dua etdi, duadan sonra Peyğəmbərin (s) yanına bir mələk gəlir. Ona salam verir və deyir: “Gözünü bağla” və mən gözümü bağladım. Sonra dedi: “Gözünü aç” və açdım, özümü bir ağacın kənarında gördüm. Gözüm ağ dürrdən olan bir günbəzə dəyir ki, onun qapısı qızıldan idi və üzərində qıfıl var idi. Bu günbəzin hündürlüyü o qədər əzəmətli idi ki, əgər bütün cin və insanları orada qərar versəydilər, dağın üzərində oturan quşa bənzəyərdilər. Nəhayət gördüm ki, bu bulaqlar həmin günbəzin altından axır. Geri qayıtmaq istəyəndə həmin mələk dedi: “Niyə günbəzə daxil olmursan?” Dedim ki, necə daxil olum ki, qapısı bağlıdır və mənim açarım yoxdur. Mələk dedi: “Açarı – Bismilləhir-Rahmənir-Rahimdir!” O zaman ki, həmin qapıya yaxınlaşdım və Günbəzə daxil oldum və gördüm ki, bu dörd bulaq dörd sütundan axır. Hər dörd sütuna “Bismilləhir-Rahmənir-Rahim!” nəqş olunmuşdu. Su bulağı “Bismilləh”in mimi ilə, süd bulağı “Allah”ın “ha”sı ilə, şərab bulağı “Rahman”ın mimi ilə, bal bulağı isə “Rahim”in mimi ilə hərəkət etdiyini gördüm. Bildim ki, bu dörd bulağın bünövrəsi şərif “Bismilləh” ayəsindəndir. Allah-Təala buyurdu: “Ey Muhəmməd! Ümmətindən hər kəs riyadan pak və xalis qəlblə Məni bu adlarla yada salarsa və dilində deyərsə ki, Bismilləhir-Rahmənir-Rahim! Ona bu bulaqlardan dadızdıraram”. (Tebyan/ deyerler.org)

     

     

     

     

    http://sualcavab.ge