islamic mənbələri

    1. home

    2. article

    3. BEHİŞTDƏKİ BULAQLARIN HANSI XÜSUSİYYƏTLƏRİ VAR?

    BEHİŞTDƏKİ BULAQLARIN HANSI XÜSUSİYYƏTLƏRİ VAR?

    BEHİŞTDƏKİ BULAQLARIN HANSI XÜSUSİYYƏTLƏRİ VAR?
    Rate this post

     

     

     

    Mübarək “Muhəmməd (s)” surəsinini 15-ci ayəsində behişt bulaqları haqqında məlumat verilmişdir. Allah buyurur: “Təqvalılara vəd edilmiş cənnətin vəsfi (belədir): “Orada dad və ətri qaçmamış sudan çaylar, tamı dəyişməmiş süddən çaylar, içənlər üçün büsbütün ləzzət olan şərabdan çaylar və saflaşdırılmış baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və həmçinin Rəbbləri tərəfindən bağışlanma vardır”. Bu bulaqların iyi və dadı heç bir zaman xarab olmaz. İyi və dadı dəyişməz. Behişt yeməkləri uzun vaxt keçsə də, xarab olmaz. Bu dünyadır ki, mirkobların sayəsində qidalar tez bir zamanda xaran olur və məhv olurlar. Ancaq o biri dünyada mikrob yoxdur. Bu ayədən göründüyü kimi, behiştdə dörd cür bulaq vardır: xalis su, süd, pak şərab və saflaşdırılmış bal. “O iki cənnətdə daim axan iki bulaq vardır”. (“Rəhman” 50). “O iki cənnətdə fəvvarə vurub qaynayan iki bulaq vardır”. (“Rəhman” 66).

    Allah Təala başqa ayədə buyurur: “(Və zəncəfil) orada elə bir bulaqdan (çağlayır) ki, (nuş olduğu, ləzzət verdiyi və tez həzm olunduğu üçün) «Səlsəbil» adlanır”. (“İnsan” 18). Təfsirçirlərin yazdığına görə cahil ərəblər zəncəfil qarışmış şərabdan ləzzət alardılar. Çünki o şəraba tündlük verərdi. Təbiidir ki, bu dünyadakı şərablarla behiştin pak şərabları arasında fərq vardır. Səlsəbil elə bir içkidir ki, çox dadlıdır və rahatlıqla boğazdan keçər.

    Allah Təala başqa ayədə buyurur: “Və o şərabın qarışığı (yuxarıdan aşağıya axan) «təsnim» (çeşməsin)dəndir. O elə bir çeşmədir ki, ondan (Allah) dərgahına yaxın olanlar içərlər”. (“Mutəffifin” 27-28). Bu ayədən göründüyü kimi, təsnim behiştin pak şərablarındandır. Onun lüğəti mənası yuxarıdan aşağı tökülən deməkdir. Belə görünür ki, bu bulaq yuxarıdan aşağı tökülür. Təfsirçilərin fikrinə görə, bu bulaq ancaq behiştin yuxarı mərtəbəsində yerləşir. Bəziləri deyirlər ki, bu bulaq behişt səmasıdan yerə tökülür. “Şübhəsiz, yaxşı əməl sahibləri (o aləmdə sərin və xoş ətirli) kafur qatılmış camdan içəcəklər. (Orada) elə bir bulaq (vardır) ki, Allah bəndələri ondan içəcək və onu hər hansı bir tərzdə istəsələr, axıdacaqlar”. (“İnsan” 5-6). “(Çeşmədən) axan şərab kuzələri, bardaqları və piyalələri ilə! Ondan (o şərabdan) nə başları ağrıyar, nə də ağıllarını itirərlər”. (“Vaqiə” 18-19).

    Quranın başqa ayəsində oxuyuruq ki, bu bulaqlar çox ətirli bulaqlardır. Allah buyurur: “Və Cənnətdə onlara (xoş ətirli) zəncəfil qatılmış camdan içirdərlər”. (“İnsan” 17).

    Hər şeydən mühüm olanı odur ki, bu içkiləri Allah insana təqdim edər və behişt əhli də bu içkilərdən içərək, Onun eşqindən məst olurlar. “Rəbbi onlara pak olan və (bütün kin-küdurətdən təmizləyən) pak edici bir şərab içirəcəkdir”. (“İnsan” 21).

    Quran ayələrində oxuyuruq ki, behişt şərabları müxtəlif olur və bəziləri bulaqlardan axır. Ya da qaynayan bulaqdan axır. Bəziləri isə möhür vurulmuş qablarda olar. Allah Təala buyurur: “Sən onların üzlərində bolluca nemət sevinci və təravəti görərsən. Onlara saf və xalis, möhürlənmiş şərabdan içirdilər”. (“Mutəffifin” 24-25).

    Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli! Hər kim Allaha görə şərabı tərk edərsə, Allah onu möhürlə bağlanmış behişt müşkündəki zülal şərabla doyuzdurar”. Həzrət (s) başqa yerdə buyurur: “Hətta əgər şərabı Allahdan qeyrisi üçün tərk edərsə, Allah Qiyamət günü ona ləzzəli şərabdan içizdirər”. İmam Əli ibni Hüseyn (ə) buyurur: “Hər kim susuz mömini su ilə doyuzdurar, Allah da onu doyuzdurar”. Başqa hədisdə oxuyuruq: “Hər kim isti yay günündə oruc tutarsa, Allah Qiyamət günü onu doyuzdurar”.

    Allah Təbarəkə və Təala buyurur: “(Bulağın yanında onların qarşısına) piyalələr qoyulmuşdur”. (“Ğaşiyə” 14). Behişt içkiləri onlara qədəhlərdə təqdim edilər. Behişt əhli nə zaman qədəhlərinin dolmasını iradə edirlər, qədəhləri dolar və onlar içib doyarlar. Başqa ayədə Allah Təala buyurur: “(Çeşmədən) axan şərab kuzələri, bardaqları və piyalələri ilə!”. (“Vaqiə” 18). Kuzə elə bir qabdır ki, həm tutacağı və həm də luləsi vardır.

    Beləliklə deyə bilərik ki, behiştdə dörd bulaq vardır. Onlardan birinin adı Sərsəbil və o birisinin adı isə Təsnimdir. Bu bulaqların suyu həm dadlıdır və həm də ətirlidir. Bu bulaqların suyunu qədəhlərdə və kuzələrdə içirlər.

    (Tebyan/ Deyerler.org)

     

     

     

     

     

     

    http://sualcavab.ge