Qurani-kərimdə behiştin maddi və mənəvi nemətlərindən ətraflı şəkildədanışılmışdır. Səkkiz qapısı olan behiştdə, möminləri səkkiz böyük nemətin gözlədiyi bildirilmişdir:

1. Yamyaşıl behişt bağları, göz yaşı tək duru bulaqlar;

2. Bütün xəstəliklərdən və ağrılardan uzaq sağlamlıq;

3. Asayiş və əmin-amanlıq;

4. Kin-küdurətsiz, xəyanətsiz açıq ürək;

5. Məhəbbətlə müşayiət olunan qardaşlıq;

6. Taxtlarda üz-üzə əyləşib, kimsənin kimsəyə arxa çevirməməsi;

7. Yorğunluq və zəhmətdən uzaq təravət;

8. Mövcud nemətlərin əbədiliyi .

Maraqlıdır ki, bütün bu nemətlər təqvalı insanlara vəd edilir. Amma bu nemətlər haqqında eşidib, öz günahlarına peşman olan insanlar da məyus edilmir. Allah-təala Quranda belə buyurur: «Qullarıma xəbər ver ki, Mən, həqiqətən, bağışlayan və rəhm edənəm»

 

http://sualcavab.ge

 

 


more post like this