Behişt elə bir yerdir ki, bütün insanlar ora çatmağı arzulayırlar. İman əhli də bu cavidan aləmə çatmaq üçün əziyyət və narahatlıq çəkir. Onlar varlıq aləminə bəsirət və ürfan gözü ilə baxırlar. Özlərini pak və saleh hiss edirlər. Bəs behişt necə bir yerdir? Behiştə girmək amilləri nədir və behiştlilərin dərəcələri necə olur?

 

Bu suallar insan üçün məchul suallardır, ancaq onlara cavab tapmaq insan üçün çox sevimli və xoşagələndir. İmam Əli (ə) “Nəhcul-bəlağə”də bu məsələyə işarə edərək, buyurmuşdur: “Allah təqvalı insana cavidan bir həyat verər, öz yanında dəyərli və əziz bir yerdə mənzil verər. Allahın dostları üçün yaratdığı sarayın örtüyü ərşdir, onunla görüşənlər mələklər və dostları olan peyğəmbərlərdir”.

 

 

Behiştə daxil olma amili

 

Bir insanın behiştə daxil olması üçün hansı xüsusiyyətlərə malik olması çox mühümdür? Hər bir insan onu bilməyə can atır. İmam Əli (ə) buyurur: “Həqiqətən belədir ki, əgər sizlərdən biriniz öz yatağınızda elə bir vəziyyətdə öləsiniz ki, Pərvərdigarın, Peyğəmbərin (s) və Əhli-beytin (ə) haqqı ilə tanış olasınız, dünyadan şəhid getmiş deməksiniz və şəhidlərin mükafatına maliksiniz. Qiyamət günü onun mükafatı Allah Təalanın öhdəsindədir. Görmək istədiyi yaxşı işi ki, qəlbində fikirləşmişdir, onu etmək istəyirdi, onun savabına çatar. Onun bu istəyi əgər Allah yolunda vuruşmaqdırsa, yaxşı əməl qılınc çəkməyin canişini olar”.

 

Behiştə daxil olmağın şərtlərindən biri də Allahın məqamına, Peyğəmbərə (s) və İmamlara (ə) arif olmaqdır. Hər kim bu məsələlərə arif olmazsa, hər nə qədər yaxşı əməl görsə də behiştə daxil olmaz. “Behiştə daxil olmaz, məgər o kəslər ki, İmamlarını tanıyırlar və İmamlar da onları tanıyır”. (Yəni, behiştə ancaq İmamları tanıyan və İmamların da onları tanıdığı insanlar daxil olarlar).

 

Əhli-beytin (ə) dost və yardımçısı olmaq

 

“O kəs ki, bizə yardım edər və bizi sevmiş olar, Allahın rəhməti onun intizarındadır”. Ancaq Peyğəmbəri (s) və Əhli-beyti (ə) sevmək behiştə daxil olmağa kifayət etməz. Bəlkə bu sevmək onlara hər bir sahədə kömək etməklə yanaşı olmalıdır.

 

Əməlin əqidəyə uyğun gəlməsi

O kəs ki, behiştə girməyi arzulayır, öz layilqli olmağını elə səviyyədə yerinə yetirməlidir ki, Məsum İmamlar (ə) onu Əhli-beyt (ə) davamçısı kimi qəbul etsinlər. Yəni əməlləri onların əxlaqına uyğun olmalıdır. İmam buyurur: “Allah hidayət kitabını göndərmişdir ki, orada yaxşı və pis bəyan edilmişdir. Ona görə də yaxşı yolu seçin ki, hidayət olunasınız. Pisliklərdən uzaq olun ki, müstəqim və düz yolda gedəsiniz. Vacibata əməl edin. Onu bəyənilmiş halda yerinə yetirin ki, Allahın haqqını vermiş olasınız. Vacibatı yerinə yetirmək və Allahın haqqına riayət etmək sizi behiştə tərəf çəkər”. Başqa sözlə desək, insan əməli onun etiqad və inancı ilə üst-üstə düşməlidir. İmam Əli (ə) buyurur: “Həqiqətən insanın danışığındakı mükafatı dili vasitəsilə və rəftarındakı mükafatı işi və əl və ayağı ilə etdiyi çalışma vasitəsilədir”.

İmam Əli (ə) buyurur: “O kəslərdən olma ki, saleh əməl olmadan behiştə ümid bəsləyirlər. Tövbəni uzun arzularla təxirə salırlar. Dünyada zahidlər kimi danışarlar. Ancaq rəftarlarında dünyapərəstlər kimidirlər. Əgər onlara nemət çatarsa, tox olmazlar. Yoxsulluqda qənaət etməzlər. Ona çatan şeylərə görə şükür etməzlər. Olanlara görə də çox şey istəyərlər. Başqalarını çəkinməyə dəvət edərlər, ancaq özləri çəkinməzlər. Hakimlər kimi əmr edərlər, ancaq özləri əmri yerinə yetirməzlər. Yaxşı iş görənləri sevərlər, ancaq onların rəftarlarına malik deyildirlər. Günahkarları düşmən bilirlər, ancaq özləri günahkarlardan biridirlər. Günahla dolu ölümü sevmirlər, ancaq ölümü xoşagəlməz edən şeyləri edərlər. Əgər xəstələnərlərsə, peşman olarlar. Əgər onlara müsibət gələrsə, sızıldayıb, Allahı çağırarlar. Əgər genişliyə çıxarlarsa, qürurla Allahdan üz döndərərlər. Gümanla dolu nəfsi ona qələbə çalar, o isə yəqin qüdrəti ilə nəfsinə hakim olmur. Özündən az günahı olanlar üçün nigaran və əməl etdiklərinə görə ümidvardırlar. Əgər ehtiyacsız olarsa, məğrur olarlar, əgər yoxsul olarsa, məyus və tənbəl olarlar. Gördüyü işi tam görməz və istədiyi şeyi çox istəyər. Şəhvətlə qarşılaşanda günahı seçər. Tövbəni təxirə salar. Ona bir əziyyət çatarsa, İslam millətinin yolundan uzaqlaşar. İbrət verməyi planlaşdırar, ancaq özləri ibrət almazlar. Nəsihət verən zaman mübaliğə edər, ancaq özləri nəsihət qəbul etməzlər. Çox söz danışar, ancaq yaxşı rəftarları azdır. Tez keçən həyat üçün çalışar və rəqabət edərlər, ancaq cavidan axirəti asan hesab edərlər. Faydanı ziyan və ziyanı da fayda qəbul edərlər. Ölümdən qorxarlar, ancaq fürsəti əldən verərlər. Başqalarının günahını böyük hesab edərlər, ancaq özünün böyük günahlarını kiçik hesab edərlər. Öz itaətinə riyakarcasına yanaşarlar, sərvətli insanlarla xoş rəftarı, yoxsullarla Allahı yada salmaqdan daha çox sevərlər. Özlərinin xeyrinə və başqalarının ziyanına hökm verərlər. Ancaq heç bir zaman öz ziyanlarına və başqalarının xeyrinə hökm verməzlər”.

Bu cür insanlar heç bir zaman behiştə düşməzlər. Çünki əqidələri rəftarları ilə eyni deyildir.

 

Xalis niyyət

 

O zaman ki, insanın əməli düzgündür və bütün işləri Allahın, Peyğəmbərin (s) və Övliyaların göstərişinə uyğun olaraq, görürsə, qadağan edilmiş işlərdən çəkinərsə, behiştə layiqdir. Çünki pak və xalis niyyətə malikdir. İmam Əli (ə) buyurur: “Allah Təala düzgün niyyətə və pak daxilə malik olduğu üçün hər kimi istəsə, behiştə daxil edər”.

 

 

Allah yolunda cihad

 

Allah yolunda cihad etmək və mətanətli olmaq – behiştə daxil olmağın əsas amillərindəndir. İmam Əli (ə) buyurur: “Deməli, həqiqətən belədir ki, cihad – behişt qapılarındandır ki, Allah bu qapıları Özünün xüsusi bəndələri üçün açmışdır”.

 

 

Təqva

 

Təqvalı olmaq – insanı behiştə çatdıran başqa bir amildir. İmam buyurur: “Ey Allahın bəndələri! Sizi İlahi təqvaya və Allahın ardınca getməyə sifariş edərəm. Həqiqətən həmin dindarlıq, Qiyamət gününün sabahısı həmişəlik əzabdan xilas olmağa səbəb olar”.

 

 

Allah Təala bizləri behiştə daxil olanlardan qərar versin, inşəallah!

 

(Təbyan saytına istinadən) /Deyerler.org/

http://sualcavab.ge

 

 

 


more post like this