Daha yetişibdir zaman an saat
Dayanır bu günden bilginən həyat
Mən yoxam sənsəda xatirə oyat .
Royanda an məni cağır gələrəm
Bax belə yetişdi bu an gedirəm …

Hər şeyin sonu var yetişdi sonda
Nələri mən gördüm neçə min donda,
Haqsıza haqq verib haqlı o yanda,
Əyrini doğrunu görüb bilirəm
Bax belə yetişdi bu an gedirəm …

Bəlke o dunyada görüşərik biz ,
Qovuşdurar bizi uca Rəbbimiz ,
Vəl mömin müslimat,dildə Həmdimiz ,
Əynimdə bir ehram yolum seçirəm
Bax belə yetişdi bu an gedirəm …

Yolum uzun yoldu məkanım böyük
Çixmadım heç kimə sözümdə dönük ,
Bəlkəm əbədilik bəlkəm ömürlük ,
Tərk edib əlvida deyib gedirəm
Bax belə yetişdi bu an gedirəm …
http://www.muselman.ws/


more post like this