islamic mənbələri

    1. home

    2. article

    3. Batil

    Batil

    Batil
    Rate this post

     

     

    233.Batil

    Quran:

    «Haqq gəldi və batil yox oldu. Həqiqətən batil yoxluğa məhkumdur.»[1]

    «Xeyr, Biz haqqı batilin üzərinə salarıq, beləliklə onu yox edər və batil məhv olar. Vəsf etdiklərinizə görə vay olsun sizə!»[2]

    Hədis:

    786.İmam Əli (ə):«Batil hiyləgər və aldadıcıdır.»[3]

    787.İmam Əli (ə):«Batili mütləq parçalayaram ki, haqq onun böyründən çıxsın.»[4]

    788.İmam Əli (ə):«Haqq – Cənnət yoludur, batil od yolu və hər bir yolun üzərində (dayanıb ona) də‘vət edən var.»[5]

    789.İmam Əli (ə):«Batilə kömək edən kəs haqqa zülm edib.»[6]

     

    234.Haqqı batildən seçmək

    790.İmam Əli (ə):«Bilin!Haqq ilə batil arasında yalnız dörd barmaq fasilə var……Batil «eşitdim» deməyin, haqq isə «gördüm» deməyindir.»[7]

     

    235.Haqq ilə batilin birbirinə qarışması

    Quran:

    «Haqqa batil donu geyindirməyin və bilə-bilə haqqı gizlətməyin.»[8]

    Hədis:

    791.İmam Əli (ə):«Əgər batil haqq ilə qarışmasa o, haqq axtaranlara gizli qalmaz. Əgər haqq batil ilə qarışmasa onun düşmənlərinin dili kəsilər. Lakin bir ovuc ondan və bir ovuc da bundan götürülür. (Beləliklə hərəsindən bir az götürülməklə haqq ilə batil bir-birinə qarışır və nəticədə şübhə meydana çıxır.)»[9]

    792.İmam Əli (ə):«Nə çox azğınlıq ki, mis dirhəm gümüş üzlüklə bəzəndiyi kimi Allahın kitabından bir ayə ilə bəzənib.»[10]

     

    236.Batilin haqq olmasına yəqinliyin olmaması

    793.İmam Sadiq (ə):«Allah batili haqq kimi tanıtmaz. Allah haqqı möminin qəlbində şəkk-şübhə edilməyən batil kimi göstərməz. Allah batili haqq ilə mübarizə aparan kafirin qəlbində şəkk-şübhə edilməyən haqq kimi göstərməz. Əgər belə etməsəydi, haqq batildən seçilməzdi.»[11]

    794.İmam Sadiq (ə):«Qəlb heç vaxt haqqın batil və batilin haqq olmasına yəqinlik tapmaz.»[12]

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     



    [1] İsra, ayə 81

    [2] Ənbiya, ayə 18

    [3] Ğurərul-Hikəm, hədis 549

    [4] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.2, səh.185

    [5] Nəhcus-Səadə, c.3 səh.291

    [6] Ğurərul-Hikəm, hədis 6041

    [7] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.9, səh.72

    [8] Bəqərə, ayə 42

    [9] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.3, səh.240

    [10] Ğurərul-Hikəm, hədis 6969

    [11] Biharul-Ənvar, c.5, səh.303, hədis 12

    [12] Təfsir əl-Əyyaşi, c.2, səh.53, hədis 39