Cavab: Əvvəla, küfəlilər ərəb mənşəli olublar. Farsların onlara heç bir aidiyyatı yoxdur. Bu arada farsların adının hallandırılması, yalnız subyktiv səbəblərdən irəli gələ bilər. İkincisi, belə yersiz, məntiqsiz, əsassız ittihamlarla şıxış edənlər bəzən fars sözü əvəzinə şiə kəlməsindən istifadə edirlər. Bu ittihama əsasən, güya İmam Hüseyni (ə) şiələr şəhid etmişlər. Bu sualın cavabında deməliyik ki, əməvi hakimiyyətinin ədalətsizliyi, fəsad və pozğunluqlarına etiraz olaraq Kufə camaatı İmam Hüseynə (ə) məktub yazırlar. İmam Hüseyn (ə) da onların dəvətini qəbul edib, Küfəyə yola düşür. İmama (ə) məktub yazanlar yekdil olaraq şiə olmayıblar. Onların arasında əsil şiələr çox az olub. Və bu az şiələr də sonuna qədər İmama (ə) sadiq qalmış və onun uğrunda şəhid olmuşlar. Misal olaraq, Hani ibn Urvənin adını qeyd etmək olar. Hani (r), İmamın Küfəyə göndərdiyi səfiri Müslim ibn Əqilə (ə) öz evində yer verir. Onu evi Müslim ibn Əqilin tərəfdaşlarının mərkəzinə çevirilir. Üçüncüsü, Küfədə Müslim ibn Əqilin ətrafına çoxlu adam toplaşır. Lakin, Yezid ibn Muaviyənin (l) göstərişi ilə Ubeydullah ibn Ziyad (l) böyük bir ordu ilə Kufəyə gəlib, camaatı zərərsizləşdirir, onların müqavimətini qırır. Demək, kanardan sıravi vətəndaşlara güc tətbiq olunmasaydı, onlara olmazın zülümlər verilməsydi, onlar öz əhdlərinə sadiq qalardılar. Avam camaatın iradəsini sarsıltmaq isə çox asandır. Dördüncüsü, İmam Hüseyn (ə) Kufəyə daxil ola bilmir. Yezidin (l) əmri ilə Kərbəla səhrasında İmam Hüseynin (ə) qarşısı alınır. Onun az saylı qoşunu Ubeydullah ibn Ziyadın böyük qoşunu ilə üz-üzə gəlir. İmam Hüseyn bu zaman öz kimliyini açıqlayır. Hz. Məhəmmədin (s) nəvəsi, İmam Əli və Fatimə Zəhranın (ə) övladı olduğunu deyir. Lakin Yeziddən (l) göstəriş almış İbn Ziyad heç nəyə fekir vermədən İslam peyğəmbərinin (s) Əhli-beytini (ə) amansızcasına şəhid edir. İndi özünüz hökm edin, İmam hüseyn (ə) və onun Əhli-byetini (ə) şiələr öldürmüşlər, yoxsa Yezid ibn Müaviyə (l), İbn Ziyad (l) və onun tərəfdaşları?

NUR-AZ.COM


more post like this