Bunu da bilirəm ki, Suyuti öz təfsirində Buxari, Müslim, Əbu Davud, Termizi, Nəsai, və İbn Macədən nəql edir ki, bir kişi Peyğəmbərə dedi: Sənə salam etməyi bilirik. Sənə salavat nə formadadır? Peyğəmbər (s) buyurdu: De, Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd kəma səlləytə əla İbrahimə, İnnəkə həmidun məcid. Allahummə barik əla Muhəmmədin və ali Muhəmməd kəma barəktə əla İbrahimə və ali İbrahim. İnnəkə həmidun məcid. Suyuti bundan əlavə, daha on səkkiz hədis nəql edib ki, onların hamısı salavat zamanı ali Məhəmmədi də artırmağın lazım olmasını çatdırırlar. İbn Həcər Səvaiqdə nəql edir: Peyğəmbər (s) möminlərin ona naqis salavat deməsini və yalnız “Allahummə səlli əla Muhəmməd” demələrini qadağan edib və tapşırdı ki, salavat zamanı deyin: “Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd”. Şiənin rəvayətləri də bu barədə xeyli çoxdur. Amma mənim sualım budur ki, Quran ayəsi açıq formada təkcə Məhəmmədə salavat göndərməyi demirmi? Ali Məhəmmədə salavat deməyin vacib olmasını necə demək olar? Bu bir növ dində bidət deyilmi? Alimlər azanda “Əşhədu ənnə Əliyyən vəliyullah” demək barəsində deyirlər: Əgər azanın bir hissəsi olmadan deyilsə, savabı var, amma əgər bir nəfər azanın bir hissəsi kimi desə, dində bidət olmasına görə haramdır. Belə olduqda ali Məhəmmədə salavatı, salavatın bir hissəsi bilmək olarmı? Halbu ki, ayə açıqca deyir: Allah və mələklər Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Ona salavat göndərin. Burada nə Peyğəmbəri Əhli- beytə şamil etmək olar, nə də “ələyhi” əvəzliyini onlara aid etmək olar. Quranın digər yerlərində, Əhli- beyti ulul- əmr, imam və rəhbərlə təfsir etmək olar. Amma Peyğəmbəri yalnız Məhəmməd (s)- ə aid etmək mümkündür. Quranın açıq buyurmasını nəzərə alaraq, ali Məhəmmədə salavatın, salavatın əsas hissəsi olmadığını və müstəhəb olaraq demək olduğunu deyə bilərik. Deməli, salavat zamanı ali Məhəmmədi demək vacib deyil. Xahiş edirəm, kəlami və fəlsəfi cavab verin. Şiə və sünni rəvayətlərindən ali Məhəmmədə salavat deməyin qəti olmasına dair hədisləri qeyd etməyin. Çünki onların hamısını bilirəm.

Peyğəmbər (s)- ə salavatla yanaşı ali Məhəmmədə (s) salavat bidət deyil. Hətta Quran, rəvayət, ağıl və irfana da uyğundur. Çünki:
1. Bidətin mənası odur ki, dində olmayan şey, dinin bir hissəsi sayılsın. Biz Peyğəmbərin ailəsinə salavat göndərməyi bidət saymırıq. Çünki Peyğəmbər (s) və Əhli- beytin rəvayətlərində bu məsələ gəlibdir.
2. Allah öz bəndələri üçün vəzifələr təyin edib və Qurani- məciddə ümumi və qısa formada vacib olma və onların bəzi xüsusiyyətlərini açıqlamışdır. Amma onların bütün xırdalıqlarını və şərtlərini Quranda zikr etməyibdir. Digər xırdalıqların hamısından xəbərdar olmaq üçün, Quranın həqiqi təfsirçiləri və həqiqi xitab olunanlar yəni Peyğəmbər (s) və imamlara müraciət etmək lazımdır. Allah Peyğəmbər (s)- i Quranın təfsirçisi və açıqlayanı təyin edibdir.
Buna əsasən, Peyğəmbər (s) ayənin təfsirində “ali” mənimlə birgə salavatda deyin buyurduğu zaman, yəni bu məsələ Qurandan əldə olunur.
3. Quranın zahiri mənasından əlavə, dərin batini mənaları da var. Peyğəmbər (s) və onun Əhli- beyti (ə) onun barəsində məlumat verə bilərlər. “Ən- nəbiy” kəlməsinin zahiri mənası baxmayaraq ki, “Ali- Məhəmmədə” şamil olmur. Amma batini mənaya əsasən ali- Məhəmmədə şamil olur.
4. Quran ayələri, Peyğəmbər (s) və o həzrətin Əhli- beytini vahid həqiqət formasında nəzərə alır. Bundan əlavə ürf və ağıl sahibləri, həmfikir və həm əqidə olan insanlara, bir gözlə baxırlar. Çoxlu rəvayətlər də var ki, Peyğəmbər (s) və o həzrətin Əhli- beytini bir nurdan bilir. Ona görə də bu vahid nura, yəni Peyğəmbər və o həzrətin Əhli- beytinə, həqiqəti Muhəmmədiyyə və ilk göndərilən deyilir. Buna əsasən, insanın Peyğəmbərə salavat göndərib, amma Əhli- beytinə salavat göndərməməsi necə mümkündür. Başqa sözlə, Əhli- beytə salavat, Peyğəmbərə salavatdır və onların hər ikisi bir həqiqətdirlər.
Axırıncı məsələ budur ki, Peyğəmbərə salavat mütləq formada vacib deyil, yalnız xüsusi yerlərdə namazın təşəhhüdü kimi, vacibdir. Əlbəttə salavat vacib olan yerdə, “ali Məhəmməd” demək də vacibdir. Müstəhəb yerlərdə “ali- Məhəmməd” demək də müstəhəbdir və “ali Məhəmməd” deməmək, salavatın naqis olmasına səbəb olacaq. NUR-AZ.COM


more post like this