1. Sualda qeyd olunur ki, İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi va səlləm) nəql olunur ki, Həzrət buyurur: “Təmizik imanın yarısıdır!” Halbuki belə bir hədis heç bir hədis kitabında gəlməmişdir.
2. İslam Peyğəmərindən (səlləllahu ələyhi və alihi va səlləm) bu mövzuda nəql olunan hədis belədir” “Təmizlik imandandır.” Hədisin mənası isə belədir ki, iman, təmizliyin köküdür və ya təmizik imanın bir qismini təşkil edir. Ona görə də imanlı şəxsin təmizliyə xüsusi diqqəti olmalıdır.
3. İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi va səlləm) nəql ounmuş bəzi rəvayətlərdə gəlib ki din təmizik üstündə qurulub və ya məsum İmamların (əleyhimussalam) hədislərində gəlmiş – “Namaz yalnız, təmizliklə ola bilər!” – kimi hədislərdə “paklıqdan” məqsəd təkcə namaz yox, təmizlikdir. Məsələ burdadır ki, heç bir əməl təharət və təmizlik olmadan qəbul olmaz. Baxmayaraq ki, təharət və ya paklığın özünə məxsus mərtəbələri vardır. (kiçik işlərdə pak olmaq, məsələn, dəstəmaz və qüsl, yaxud nəcis şeylərdən pak olmaq..)
4. İslam nəzərində evlənmək və aliə həyatı qurmaq xüsusi əhəmiyyət kəsb edir; çünki, evlənmək bir tərəfdən paklığa, cinsi hissləri ram etməyə, aram tapmağa və kamala tərəf aramcasına hərəkətə səbəb olur. Digər tərəfdən rahiblik (evlənməyin və dünya ləzzətlərinin tərk olunması) İslamda məzəmmət olunmuş və bu əməl insanın kamala və səadətə çatmasında böyük maneə kimi tanıtdırılır. Bu nöqteyi-nəzərdən hədislərdə var ki, elənmək dinin yarısını hifz etməkdən ötrü vəsilədir.
5. Hədisdə qeyd olunmuş “dinin yarısı” ifadəsi əslində ürfi mənada işlənmiş bir ifadədir. Adətən, el arasında hər hansı bir məsələnin əhəmiyyətini çatdırmaqdan ötrü belə ifadələrdən istifadə olunur.
6. İslamda rəvayətlərdə oruc, namaz, həcc, cihad və vilayət kimi mövzular haqqında gələn təkidlər və ifadələr heç də evlənmək və təmizlik haqqında gələn təkidlərdən az deyildir.
7. Çox rəvayətlərdə İslamda hüdudlar, cəza iman; məsələn, təvəkkül, işlərin Allaha tapşırılması, ilahi qəzavətə razı olmaq,Allah dərgahında tam təslim olmaq, sədaqət, yaxşılıq, vəfa, elm və helm, təqva, namaz və vilayət kimi məsələlərə də çox təkidlər olunmuş və bəzən onlar da “dinin yarısı” kimi tanıtdırılmışdır. Belə ifadələrin bu mövzularda qeyd olunması təkcə, nisbi bir məsələdir. NUR-AZ.COM


more post like this