1-İmam Baqir (ə) buyurdu: Bir kəs “Ləm yəkun” surəsini oxusa, şirkdən uzaq olub, onu Məhəmmədin (s.ə.v.v) dininə daxil edərlər. Böyük Allah onu Qiyamətdə mömin simasında qəbirdən qalıdırar və onun hesabını asan çəkər.
2-Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Ləm yəkun surəsini vətəndə və yaxud səfərdə oxusa, Qiyamət günündə Xəyrul-bəriyyə ilə birlikdə olacaqdır. Əbiddərdadan rəvayət olunub ki, Nəbiyyi-Əkrəm (s.ə.v.v) belə buyurdu: Əgər insanlar Ləm yəkun surəsinin necə təsirli və faydalı olduğunu bilsəydilər, ailə işlərini və mal toplamağı tətil edib, onu öyrənərdilər. Xəzaə qəbiləsindən olan bir kişi dedi: Xəzaə qəbiləsindən olan bir kişi dedi: Ya Rəsullah (s.ə.v.v) onun oxumağın nə əcri vardır? Həzrət buyurdu: Allah-taalaya qarşı qəlbində şəkk olan adam və münafiq heç vaxt onu oxumaz. Allaha and olsun ki, Mələklər Allah səmaları və yerləri yaradan gündən onu oxuyurlar, və onu oxumaqdan yorulmurlar. Allah bu surəni gecə oxuyan və üçün mələkləri seçər ki, onu dinində və dünyasında qoruyub, onun üçün bağışlanmaq və rəhmət tələb edərlər.
Beləliklə əgər bu surəni bir kəs gündüzlər oxusa, Allah ona, günəş saçmış və gecənin qaranlığı on pərdə çəkilmiş mövcudatın sayı qədər savab əta edər. Sonra Qeys Əylan qəbilsindən olan bir kişi dedi: Ya Rəsullah: Atam anam sizə fəda olsun, bu hədisi çox izah edin. Həzrət buyurdu: “Əmmə yətəsaəlun”. “Qaf vəl Quranil Məcid” “Əssəmai zatil buruc” “Əssəmai vəttariq” surələrini öyrənin. Əgər siz onları öyrənib və öyrətmətdə nə qədər əcr və savab olduğunu bilsəydiniz, yəqin ki, hər biri işdən əl çəkib onları öyrənərdiniz, və onları öyrətməklə Allaha yaxınlaşmaq səbəbinə nail olardınız. Allah şirkdən başqa, hər bir günahı bu surələrin oxunması səbəbilə bağışlayar. Bilin Mülk və padşahlıq o Allahın əlindədir ki, Qiyamət günündə bu surələrin sahiblərindən mücadilə edib, onların günahlarını bağışlayar.
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.


more post like this