Sual: 63. Oğlanların toydan öncə izdivac üçün topladığı əşyalar cehiz kimidirmi və xümsü yoxdurmu?

Cavab: İmam (r), Xamenei, Fazil, Behcət və Nuri: Əgər ehtiyacları olduğu şeyləri lazım olan vaxtda hazırlaya bilmirlərsə və bu şeyləri həmin ilin gəlirindən hazırlayırlarsa, xümsü yoxdur.

Təbrizi və Safi: Xüms düşür.

Məkarim, Sistani və Vəhid: Əgər bu iş qızın cehizinin hazırlanması kimi xalq arasında yayılmış və adi xərc hesab olunarsa, xümsü yoxdur.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this