islamic mənbələri

    1. home

    2. article

    3. Bəsirət

    Bəsirət

    Bəsirət
    Rate this post

     

    232. Bəsirət

    Quran:

    «Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvanlar kimi, hətta onlardan da azğındırlar. Onlar həmin qafillərdir.»[1]

    780.Allahın Peyğəmbəri (s):«Kor, gözü görməyən deyil, (həqiqi) kor– bəsirət gözü kor olandır.»[2]

    781.İmam Əli (ə):«Bəsirət gözü kor olan zaman gözün baxmasının faydası yoxdur.»[3]

    782.İmam Əli (ə):«Bəsirətli eşidərək düşünən, baxaraq görən, ibrətlərdən bəhrələnən, sonra aydın yolları qət edən və beləliklə uçurumlara düşməkdən çəkinən şəxsdir.»[4]

    783.İmam Əli (ə):«Görmək baxmaqla deyil. Çünki gözlər bə‘zən sahiblərini aldadırlar. Lakin ağıl ondan nəsihət istəyəni aldatmır.»[5]

    784.İmam Əli (ə):«Gözü itirmək bəsirəti itirməkdən asandır.»[6]

    785.İmam Əli (ə):«İnsanların ən bəsirətlisi öz eyblərini görən və öz günahlarından əl çəkən şəxsdir.»[7]

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     

     



    [1] Ə’raf, ayə 179

    [2] Kənzul-Ummal, hədis 1220

    [3] Ğurərul-Hikəm, hədis 9972

    [4] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.9 səh.158

    [5] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.19 səh.173

    [6] Ğurərul-Hikəm, hədis 6536

    [7] Ğurərul-Hikəm, hədis 3061