islamic mənbələri

    1. home

    2. article

    3. Bərzəx

    Bərzəx

    Bərzəx
    Rate this post

     

    226.Bərzəx

    «Onların arxalarında dirilib duracaqları günə (Qiyamətə) kimi Bərzəx vardır.»[1]

    Həmçinin müraciət et: Aliİmran 169-171; Muminun 99; Ğafir 11.

    Hədis:

    761.İmam Sadiq (ə):«Vallah, sizin üçün Bərzəxdən qorxuram.» (Ravi deyir:) Dedim:«Bərzəx nədir?» Buyurdu:«Qəbir – ölümdən Qiyamətə kimi!»[2]

     

    227.Möminlərin rühları Bərzəxdə

    Quran:

    «Allah yolunda öldürülənləri heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi yeyirlər.»[3]

    762.İmam Sadiq (ə):«Möminlərin ruhları Cənnətdə otaqlardadırlar. Oranın yeməklərindən yeyir, içməlilərindən içirlər. Bir-birilərinin görüşünə gedir və «Pərvərdigara! Bizə vəd etdiklərini həyata keçirmək üçün Qiyaməti bərqərar et!» deyirlər.»[4]

     

    228.Kafirlərin ruhları Bərzəxdə

    763.İmam Sadiq (ə):«Kafirlərin ruhları Cəhənnəm odunun içindədir. Onları odun qarşısına gətirərlər və onlar «Pərvərdigara! Qiyaməti bərqərar etmə, bizə vəd etdiklərini həyata keçirmə və bizim birincimizi sonuncumuza yoldaş etmə!» deyərlər.»[5]

    Mizanul-hikmətin xülasəsi 1-ci cild



    [1] Mu’minun, ayə 100

    [2] Nurus-Səqəleyn, c.3, səh.554, hədis 124

    [3] Ali-İmran, ayə 169

    [4] əl-Məhasin, c.1, səh.285, hədis 562

    [5] Biharul-Ənvar, c.6, səh.270, hədis 127