islamic mənbələri

    1. home

    2. article

    3. Bərəkət

    Bərəkət

    Bərəkət
    Rate this post

     

    229.Bərəkət

    Quran:

    «O, harada oluramsa olum, məni bərəkətli edib və mənə nə qədər ki, diriyəm namaz qılmağı və zəkatı tövsiyə edib.»[1]

    Hədis:

    764.İmam Sadiq (ə) «O, harda oluramsa olum, məni bərəkətli edib» ayəsinin təfsirində buyurmuşdur:«  (Bərəkətlidən məqsəd) çox xeyir və fayda verəndir.»[2]

     

    230.Bərəkət gətirən bərəkəti aradan aparan şeylər

    Quran:

    «Əgər o məmləkətlərin əhalisi iman gətirib təqvalı olsaydılar, göyün və yerin bərəkətlərini   üzlərinə açardıq. Lakin onlar peyğəmbərləri təkzib etdilər. Biz də əməllərinin cəzası olaraq onları yaxaladıq.»[3]

    Hədis:

    765.Allahın Peyğəmbəri (s):«Yeməklərinizi ölçün, çəkin! Həqiqətən bərəkət (ağırlığı) çəkilmiş yeməkdədir.»[4]

    766.Allahın Peyğəmbəri (s):«Bərəkət on hissədir. Onun doqquz hissəsi ticarətdə, bir hissəsi isə heyvandarlıqdadır.»[5]

    767.Allahın Peyğəmbəri (s):«Dörd şey var ki, onlardan hansı biri evə daxil olsa onu viran edər və bərəkətlə abadlaşmaz: Xəyanət, oğurluq, şərab içmək və zina.»[6]

    768. İmam Əli (ə):«Ədalətlə bərəkətlər qat-qat artır.»[7]

    769.İmam Əli (ə):«Cinayətlər aşkar şəkildə ediləndə bərəkətlər aradan gedər.»[8]

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     



    [1] Məryəm, ayə 31

    [2] əl-Kafi, c.2, səh.165, hədis 11

    [3] Ə’raf, ayə 96

    [4] Kənzul-Ummal, hədis 9434

    [5] Biharul-Ənvar, c.103, səh.5, hədis 13

    [6] Biharul-Ənvar, c.79, səh.19, hədis 4

    [7] Ğurərul-Hikəm, hədis 4211

    [8] Ğurərul-Hikəm, hədis 4030