1033. Bədbəxtin xüsusiyyətləri

3310. İmam Əli (ə): «Bədbəxt öz nəfsi istəklərinə aldanandır.»[1]

3311. İmam Əli (ə): «Bədbəxt, öz əqlindən və təcrübəsindən bəhrələnməyəndir.»[2]

3312. İmam Əli (ə): «Günahları tərk edin və öz nəfslərinizi onlardan çəkindirin. Çünki bədbəxt öz cilovunu günahlar meydanına buraxandır.»[3]

 

1034. Bədbəxt, anasının bətnində bədbəxtdir.

3313. Allahın Peyğəmbəri (s): «Xoşbəxt insan, anasının bətnində xoşbəxtdir. Bədbəxt, anasının bətnindən bədbəxtdir.»[4]

3314. İmam Sadiq (ə): «Allah-taala Öz məxluqatını yaratmamış xoşbəxtliyi və bədbəxtliyi yaratdı. Beləliklə, Allah xoşbəxt bildiyi şəxslə düşmənçilik etməz. Əgər pis iş görərsə, onun işi ilə düşmən olar, özü ilə yox. Amma bədbəxt bildiyi şəxsi heç vaxt sevməz. Əgər yaxşı iş görərsə onun bu işini sevər, ancaq taleyinə görə ondan xoşu gəlməz.»[5]

3315. İmam Sadiq (ə): «Allah-taala bəndəni bədbəxtlikdən xoşbəxtliyə köçürər, amma xoşbəxtlikdən bədbəxtliyə köçürməz.»[6]

3316. İmam Kazim (ə) (Peyğəmbərin (s) «Bədbəxt insan, anasının bətnində bədbəxtdir..» sözü barədə ibn Əbi Uməyrin sualına cavabında): «Bədbəxt insan, hələ anasının bətnində olarkən Allah-taala bilir ki, o gələcəkdə bədbəxtlərin iş və əməllərini görəcəkdir. Xoşbəxt olan insansa, hələ ana bətnində olarkən, Allah-taala onun gələcəkdə xoşbəxtlərin əməllərini və rəftarını edəcəyini bilir.»[7]

 

1035. Bədbəxtliyin amilləri.

3317. İmam Əli (ə): «Bədbəxtliyin səbəbi dünyapərəstlikdir.»[8]

3318. İmam Hüseyn (ə)- Ərəfə gününün duasında buyurur- «İlahi! Özün tərəfindən gəlbimə elə bir qorxu sal ki, sanki Səni görürəm. Təqva və Özündən qorxu vasitəsi ilə məni xoşbəxt et, günah və itaətsizliklə məni bədbəxt etmə.»[9]

 

1036. Ən bədbəxt insan

3319. Məsih (ə): «İnsanların ən bədbəxti xalq arasında öz elmi ilə məşhurlaşan və əməli ilə tanınmayandır.»[10]

3320. Allahın Peyğəmbəri (s): «Ən bədbəxt insan dünyanın yoxsulluğunu və axirətin əzabını özündə cəm edəndir.»[11]

3321. İmam Əli (ə)- «Ən bədbəxt insan kimdir?»  sualının cavabında- «Öz dinini başqasının dünyasına satan.»[12]

 

1037. Bədbəxtliyin əlamətləri

3322. Allahın Peyğəmbəri (s): «Bədbəxtliyin əlamətləri bunlardır:  ağlamayan göz, daşgəlblilik, ruzi istəməkdə çox hərislik etmək və günaha israrlı olmaq.»[13]

3323. İmam Əli (ə): «Bədbəxtliyin əlamətlərindən biri dosta qarşı hoqqabazlıq etməkdir.»[14]

3324. İmam Əli (ə): «Bədbəxtliyin nişanələrindən biri yaxşılara pislik etməkdir.»[15]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Nəhcül-Bəlağə, xütbə 86

[2] Nəhcül-Bəlağə, məktub 78

[3] Ğurərul-Hikəm,hədis 4499

[4] Kənzul-Ummal, səh. 491

[5] ət-Tovhid, səh. 357 , hədis 5

[6] ət-Tovhid,səh. 358 , hədis 6

[7] ət-Tovhid,səh. 358 , hədis 3

[8]Ğurərul-Hikəm,hədis 5516

[9] Biharul-Ənvar, c.98, səh. 218 , hədis 19

[10] Biharul-Ənvar, c.2, səh. 52 , hədis3

[11] Kənzul-Ummal, hədis 16683

[12] Əmali-Səduq,səh. 322, hədis 4

[13] əl-Xisal,səh. 243, hədis 96

[14] Ğurərul-Hikəm, hədis 9297

[15] Ğurərul-Hikəm, hədis 9307


more post like this