İnsanda “bəda”nın mənası budur ki, hansısa bir şey barəsində əvvəldə mövcud olmayan bir rəymeydana gəlir, onun fikri, görmək istədiyi bir işdən dönür. Çünki, onun rəyini və o rəyəsasında əməl edəcəyini dəyişəcək bir şey qarşıya çıxır, nəticədə görmək istədiyi fe”li tərk etməli olur. Bu da öz mənafe və məsləhəti barədə bilməməzliyindən, yaxud əvvəlki fe”llərindən peşman olmasından irəli gəlir.
Amma “bəda”nın qeyd edilən bu mənası Allah-Taala barəsində qeyri-mümkündür. Çünki, bədanın bu mənası nöqsan və cəhldən (bilməməzlikdən) irəli gəlir və bunların da hər biri (İmamiyyə məzhəbinin əqidəsinə görə) Allah barəsində qeyri-mümkündür.
İmam Sadiq (əleyhis-salam) buyurur:
“Hər kəs Allahda peşmançılıq səbəbilə nəzər dəyişikliyi baş verdiyini güman etsə, bizim nəzərimizə görə, Əzim Allaha kafir olmuşdur.”
Yenə də buyurur:
“Hər kəs güman etsə ki, Allahda dünən bilmədiyi hər hansı bir şey barəsində (bu kimi) nəzər və rəydəyişikliyi hasil olubdur, bu halda mən ondan bizarlıq edirəm.”
Amma məsum İmamların (əleyhis-salam) hədislərində gələn bəzi kəlamlarda, nəzər dəyişilməsinin qeyd olunan mənasının Allah barəsində səhih olması başa düşülə bilər. Məsələn, İmam Sadiq (əleyhis-salam) buyurur ki:
“Allahda oğlum İsmail barəsində olan bəda (rəydəyişikliyi) heç bir şey barəsində baş verməyib.”
Məhz bu səbəbə görə də İslam firqələrinin bəzi müəllifləri (İmam Sadiq (əleyhis-salam)-ın sözünü yanlış təfsir edərək) Peyğəmbər Əhli-beytinin ardıcılları olan haqq İmamiyyə məzhəbinə bədanın qeyd olunan mənasını irad tutaraq onlara tə”nə vururlar.
Bu barədə səhih mətləb, Allahın Quranda buyurduğu kimidir:
“Allah istədiyini məhv edir, istədiyini də öz yerində təsbit edir və yalnız Onun yanındadır Ümmül-Kitab.”
Bunun mənası belədir ki, Allah bə”zi vaxtlar hansısa bir şeyi Öz peyğəmbəri, yaxud övliyasının dili ilə aşkar edir, yaxud zahirən müəyyən bir məsləhətli iş bu cür izhar etməyi tələb edir. Sonra isə onu aradan aparır, ilk dəfə zahir olduğundan başqa şəkildə baş verir. Allah da öncədən buna elmli olur. Məsələn, həzrət İsmail yuxuda görür ki, atası onu Allah yolunda qurbanlıq edir.
Deməli, İmam Sadiq (əleyhis-salam)-ın buyuruğunun mənası budur ki, “Allah-Taala heç bir məsələni, oğlu İsmailin məsələsi kimi aşkar etməyib. Çünki zahirən camaat arasında təsəvvür olunurdu ki, o Həzrətin oğlu İsmail böyük övlad olduğundan, ondan sonrakı İmam da o olacaqdır. Allah onun canını aldı ki, camaat onun sonrakı İmam olmamayacağını bilsin.
Bədanın bu mənası sabiq şəriət hökmlərinin bizim əziz Peyğəmbərimizin vasitəsi ilə qüvvədən salınmasına (nəsxə) çox yaxındır. Hətta bizim Peyğəmbərin gətirdiyi şəriət hökmlərinin bəzisi də sonradan qüvvədən salınaraq başqası ilə əvəz edilmişdir.


more post like this