islamic mənbələri

    1. home

    2. article

    3. BƏRZƏX HƏYATI NECƏ OLUR?

    BƏRZƏX HƏYATI NECƏ OLUR?

    BƏRZƏX HƏYATI NECƏ OLUR?
    Rate this post

     

     

    Dünya həyatı sona çatan kimi, ruh lətif bir cismə girər. Maddi cismin bəzi çatışmamazlıqlarından uzaqdır. O, maddi cismə bənzədiyi üçün ona misal bədəni deyirlər. O, nə kamilən mücərrəddir və nə də maddi. Bərzəx aləmini dərk etmək, maddi dünyanın əsiri olan bizlər üçün çətindir. O, bu dünyadan daha üstün bir dünyadır. (Əndişeyi-Qum saytı)

    Ancaq bəzi hədislərə istinadən edərək, demək olar ki, o, bir növ yuxuya bənzəyir. Sadiq yuxularda insan ruhu müxtəlif yerləri seyr edir. İnsan öləndən sonra bərzəx aləminə gedər və Qiyamət gününə qədər orada qalarlar. Bu müddətdə ya bərzəx nemətlərindən bəhrələnərlər, ya da əzaba düçar olarlar.

    İnsan bərzəx aləmində olanda diri olur və Allahın ona əta etdiyi bu bədənlə o aləmə münasib şüura malik olar. Ona görə də elm və agahlıq gah dərs oxumaqla olar, gah da nəfsi islah etməklə. Bərzəxdə belə bir elm mövcuddur.

    Quran buyurur: “Allah buyurdu: «Az bir zamandan sonra (ölüm zamanı və Bərzəx aləmində) mütləq peşman olacaqlar»”. (“Möminun” 40).

    “Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə (onların ruhları Bərzəx aləmində müstəqil şəkildə, yaxud «misal» qəlibinə daxil olmaqla) diridirlər və lakin (bunu) siz dərk etmirsiniz”. (“Bəqərə” 154).

    Bərzəx aləminin bu aləmlə əlaqəsi vardır. Belə ki, İmam Əli (ə) Siffeyn döyüşündən qayıdan zaman Kufənin arxasında olan qəbiristanlıqda dayanır və onlarla söhbət edir. Sonra buyurur: “Onların danışmağa icazəsi yoxdur. Əgər icazələri olsaydı, sizə deyərdilər ki, axirət üçün ən yaxşı azuqə əməlisalehlikdir”.

    Bərzəx aləmi ilə əlaqəsi olan alimlərin hekayəsi onu göstərir ki, oradakı insanların idrakı bizimkindən üstündür. Bəzən elmlərini bu dünyanın insanları ilə rabitə quraraq, onlara ötürürlər.

    Bərzəx elə bir aləmdir ki, insana həqiqəti dərk etdirir. İnsan bu dünyada dərk etmədiklərini o biri dünyada dərk edir. Bərzəx aləmində əməl yoxdur, ancaq bu daha çox agahlıq əldə etməyə mane olmur. İmam Kazım (ə) buyurur: “Bizim dostlarımızdan və davamçılarımızdan hər kim ölərsə, Quranı hələ kamil öyrənməmişsə, qəbirində ona təlim verilər ki, Allah dərəcəsini buna görə qaldırsın”.

    Beləliklə deyə bilərik ki, bərzəx aləmindəki agahlıq bu dünyanın agahlığından daha üstündür. İnsanın bu aləmdəki məlumatı ilə axirətdəki məlumatı fərqlidir. İnsan təbiət aləmində hiss orqanları ilə agahlıq əldə edər. Ancaq bərzəx aləmində şühud vasitəsilə.

     

     

     

     

     

    http://sualcavab.ge