Qəbir aləminin məşəqqətlərinin çox əhatəli olmasına baxmayaraq, onlardan nicat tapmaq yolu vardır. Bəzi hədislərdə qəbir əzabından qurtulmağın yolları göstərilmişdir. Bərzəx əzabından nicat tapmaq üçün insan əməllərini düzəltməlidir. Bəzi əməllər isə məxsusən qəbir əzabından qurtulmaq üçün qeyri-adi təsirə malikdir. İmam Həsən Əsgəri (ə) buyurmuşdur: “İmam Əli (ə) buyurub: “Hər kəs dinində miskin, mərifət və elmində zəif olan birini müxalif düşmən qarşısında (dinində və əqidəsində, ona elm və dinini öyrətməklə) qüvvətləndirsə, o da nəticədə güclü dəlillərlə onun cavabını vermə qüdrətinə sahib olsa, bu zaman Allah-Taala ona qəbirdə mühakimə və sorğu-sual zamanı (mələklərin sualina cavab verməsi üçün)təlqin edər ki, ”Rəbbim Allahdır”,”peyğəmbərim Muhamməddir”, “Əli də İmamımdır”, “Kəbə də qibləmdir”, “Quran səadət və axirət azuqəmdir”, “möminlərdə qardaşlarımdır” sözlərini deyə bilsin. Bu zaman ona Allah-Taala belə xitab edər: “Höccət və dəlillə(suallara) cavab verdin. Buna görədə sənə cənnətin üstün dərəcələri vacib oldu. Bu zaman onun qəbri cənnət bağlarından birinə çevrilər”. Etiqada zəif olanlara, dini bilgiləri olmayan insanlara elm öyrətmək, hər hansı bir yol ilə onları dində möhkəmləndirmək, qəbirdə Allahında o insana sorğu-sual zamanı yardım etməyinə səbəb olar.

Əhli-beytə olan hədsiz sevgidə qəbir əzabından nicat tapmağa səbəb olar. Hədislərə görə hər kəs peyğəmbərin (s.ə.a.s) əhli beytinə məhəbbət bəsləsə və bunu da öz həyatında əks etdirsə, bu sevgi səbəbilə qəbr əzabından nicat tapar. Həmçinin qəbir əzabından insan nicat tapmaq üçün əvəəlki bəhslərdə bəyan etdiyimiz günahlardan da mütləq olaraq çəkinməlidir.

 

http://sualcavab.ge

 

 

 


more post like this