Həzrət (ə) vəsiyyətnaməsinin bu hissəsində buyurur: “Sui-zənn və bədgümanlığa təslim olma.” (“Bədgümanlıq sənə qalib gəlməsin”)
Əvvəlcə bilməliyik ki, bu ifadələrdə nəzərdə tutulan nədir? Bu barədə iki ehtimal var:
1. Bu sayaq tə’birlər, adətlər, o zaman işlədilir ki, bir sifət insanda sabit şəkil alıb, onun xarakterində möhkəmlənsin. Ərəblərin “ğələbə ələyhil-kərəm” deyiminin mə’nası budur ki, hansısa sifət (burada “kərəm”) insanda sabitləşmişdir. Bu baxımdan, Həzrətin (ə) buyuruğundan belə anlaşılır ki, sui-zənn əhli olma, bədgümanlıqdan çəkin.
2. Bu ifadələrin digər bir mə’nası ehtimala görə budur ki, Həzrət (ə) sui-zənnin əmələ çevrilməsini tövsiyyə edir. Sui-zənn bə’zən insanın daxilində qalır, bə’zən isə o qədər tə’sirli olur ki, insanı hansısa hərəkətlərə sövq edir. Belə ki, güclü sui-zənn insanın sifətində, hərəkətlərində, rəftarında aşkar müşahidə edilir. Məhz bu halda “insan sui-zənnə məğlub olub” deyirlər. Bu baxımdan Həzrətin (ə) kəlamının mə’nası budur ki, sui-zənn etdikdə ona məğlub olub, hərəkət başlamayın. Yə’ni sui-zənnə qalib gəlib, düşüncə və rəftarı onun tə’sirindən qorumaq lazımdır.

Uyğun ifadəyə hər iki mə’nanı tətbiq etmək mümkündür. Amma ərəb dilinin qanunlarına görə birinci mə’na daha münasibdir. Birinci mə’naya görə, sui-zənnin xarakterdə sabitləşməsinin qarşısı alınmalıdır.
Buna görə də kəlamın iki mümkün mə’nasından birincisini əsas götürərək deyə bilərik ki, sui-zənnə məğlub olmaqdan çəkinməliyik. Məbada, sui-zənn bizdə sabit xasiyyət şəklinə düşə və bütün ətrafdakılara qarşı bədgüman olaq. Tövsiyyənin davamında birinci mə’nanın təsdiqi olaraq, buyurulur ki, bədgümanlıq qalib gəldiyi təqdirdə dostlar arasındakı səmimiyyət aradan qalxasıdır. Belə insanlar bütün ətrafa bədbin münasibət bəsləyirlər.

http://sualcavab.ge/


more post like this