Günəşdən lap öncə səhər, sübh çağı,

İsidir aləmi nurlu qucağı.
“Allahu əkbər” söyləyir dili,
Qəflətdən oyadır o azan səsi.

Məhəmməd ümmətin yığıb bir yerə,
Çağırır imana səsləyir dinə.
Nəfəs aldığımız səhər mehinə
Təravət bəxş edir o azan səsi.

Hər gün oxunarkən tükü ürpədən,
Qəlbləri oyadan, içi titrədən,
Qafil könülləri dilə gətirən
İlahi çağırışdır o azan səsi.

İmansız ruhları kafir qəlbləri
Oyatmaz yüksələn o azan səsi.
İnamı nurlu, imanı kamil
Olanlar bilərlər nə azan səsi.

Bu ilahi qüvvə, ecaz çağırış
Sirli bir aləmə aparır səni.
Dərgah qapıların açır taybatay,
Sübh tezdən səslənən o azan səsi.

Tanrı yazdığını yoxdur bir pozan
Əsrlər keçsə də, dəyişsə zaman,
Obaş sakitliyi vardırsa pozan,
Təkcə bir səs var o azan səsi.

 

VÜSALƏ…

islammektebi.org


more post like this